İdeal. Muğanna İsa
Чтение книги онлайн.

Читать онлайн книгу İdeal - Muğanna İsa страница 7

Название: İdeal

Автор: Muğanna İsa

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ hər şeyi görürdü, hər şeyi eşidirdi. Əmma buna nə görmək demək olardı, nə də eşitmək. Çünki Səməd üçün indi dünyada Sultan əmidən başqa heç kəs və heç nə yoxdu. Atası, anası da, o tayda şeyx əmilərinin oğul-uşaqları da, “vaxtı çatanda partbiletin arasında gəzdirmək” üçün pencəyinin qoltuq cibinə qoyduğu şəkillər də – hamı və hər şey ancaq Sultan əmidən ibarət idi.

      Qocalar tabutun yanından ayağa qalxıb, qəbrin dövrəsində cərgələnib Sultan əmiyə baxanda, Səməd yenə əmisinin səsini eşitdi.

      Yolboyu Sultan əmi qolunu onun boynundan çəkməmişdi. “Ağla bircə bala, ağla”, – demişdi. “Ağlıyammıram mən, bircə bala, yaş düyünlənib qalıb, ağlıyammıram, mənim əvəzimdə də ağla”, – demişdi. Qəlyanlı qocalar cərgələnib bəri baxanda Səməd böyründə yenə hamanca səsi eşitdi, Sultan əminin birdən-birə rusca danışmağının səbəbini isə, yalnız onun əlində “pravitelstvennaya teleqramma”nı görəndən sonra başa düşdü, buna görə də o teleqramdan yadında cəmi üç kəlmə qaldı: “ Prekratite bezobraziye. Stalin”18.

      Kimin üstünə vurulmuşdu teleqram? Bakıya, o “Mirqəzəb”in özünün, yoxsa “o taydan qəbir şəkli gətirdib bu tayda kommunist Sultan Əmirliynən kommunist Mədəd Əmirlinin çək-çevirə salan”ların üstünə? Bu sual Səmədin beyninə tük kimi toxundu, fikir oyatmadan, iz salmadan keçdi. Beyninə, ürəyinə və bütün varlığına o üç kəlmədən bircəsi hakim oldu- “Stalin”.

      Sultan əmidən sonra kimlərsə nə isə danışdılar. Sovet sədri Qılınc Qurban, qəlyanlı qocalardan Təftiş Abbas da nə isə dedilər. Qəbir daşlarının aralarında nəfəsi buğlanan, lal-dinməz cəmaat da dilləndi. “Pers adında bədxah”ın, “Xudiyev dəstəsi”nin, doğrudan da, “bezobraziye”nin barəsində söz deməyən bircə adam qaldı ki, o da “bezobraziyenin qurbanı olan” sədrin oğlu idi. Qəbiristanda, qapağının hər küncündə bir mismar işıldayan tabutun beş addımlığında yox, Səməd indi atasının kabinetində idi, üzünü soyuq şəkillərə söykəyib yatmışdı və yata-yata fikirləşirdi ki, Stalin adı, Stalin teleqramı olan yerdə “Mirqəzəb” kimdir, Pers-mers, Xudiyev-mudiyev kimdir, “bezobraziye” nədir?! Sudüşən yerdə qaratikan yığını ilə saqqız ağacı da, tabutla Sura Əmirlinin qəbrinin böyründə qazılmış qəbir də taxtın üstündə yuxuya gedib qalan Səmədin röyasıdır, keçib gedəcək, qurtaracaq, hamı, hər şey yoxa çıxacaq, təkcə şəkillər qalacaq, bir də özü; oddan qızarmış dəmir peçin yanında taxtdan qalxıb yenə “qonaq yeri”ndə – kresloda oturub, atasının yolunu gözləyəcək və bir azdan motor səsi eşidiləndə yenə pəncərədən baxıb, Çax-çuxun kötüyünü vurub yıxan, kişmişi dağıdan maşını görəcək.

      Əmma röya qurtarmadı. Hər şeyin keçib gedəcəyinə, yoxa çıxacağına Səmədin əməlli-başlı inandığı bir vaxtda, cəmaatın arasından uzun, qara bir adam çıxdı, hönkürə-hönkürə yüyürüb, tappıltı ilə dizləri üstə düşüb, Sultan əminin çəkmələrini qucaqlayıb yalvarmağa başladı:

      – Ayağıyın altında ölüm, bağışla məni! İki qardaşın bircə balasının başına çevir məni, keç günahımdan! Mədəd deyil ölən, mən bəxtiqarayam ölən! Bu rəhmətliyin barəsində heç vaxt pis fikirdə olmamışam. Özün bilirsən, dilimdən nə çıxıbsa, tapşırıqnan olub hamısı. Yoxsa… bu gözəl, bu igid kişinin barəsində hansı köpəyoğlunun dili gələr bir söz desin! Əgər buna əl qaldıran olubsa, başa düşürəm, mənim danışdıqlarım əsasında olub. Öldür məni öz əlinnən! Bağışlayammırsan, öldür! Atamız rəhbərimiz Stalinin bu cür teleqramından sonra yaşamaq istəmirəm mən, yoldaş Əmirli!..

      Çoxdanışan adam, sözlərindən də bilindiyi kimi, Çax-çux Xalıqdı. Sultan əminin qabağında, qəbir üçün yoğrulmuş gilli, qumlu palçığı ovuclayıb üzünə yaxa-yaxa ağlayırdı.

      –Qaradı üzüm yanında, yoldaş Əmirli, qaradı! – deyirdi. – Stalininə də qurban olum, teleqramına da, sənə də! Öldür öz əlinnən! – deyirdi.

      Qəlyanlı qocalardan ən cavanı, nəhəng boy-buxunlu Təftiş Abbas çəkib onu Sultan əmidən araladı.

      –Çıx get, çıx get! – dedi.

      Çax-çuxun beli əyilmişdi. Qolları birə-iki uzanmışdı. Qara, palçıqlı üzündə göz yaşları işıldaya-işıldaya, qıçları bükülə-bükülə uzaqlaşdı, birdən-birə kükrəyən dəhşətli bir şübhədən içərisi alışan Səmədi də elə bil ardınca aparıb, atasının dəfn mərasimindən, hamıdan və hər şeydən ayırdı.

      Bu ayrılma Əmirli yeniyetməsi Səməd Əmirlinin ruhi sıxıntısının, mənəvi həyatının başlanğıcı idi.

      Əmisinin hələ müharibə illərində, əvvəlcədən proqramlaşdırdığı həyat yolu zahirən eynilə qalsa da, bu yol gözlənilmədən Səmədin içərisinə doğru burulduğuna görə, Səmədin özündən başqa heç kəs bilmədi ki, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan Əmirli mülkü ilə vidalaşıb kənddən gedəndə, qapağının hər küncündə bir mismar işıldayan tabutla birgə, o illərdə ikiillik ali-orta institutun auditoriyalarında, yataqxanada, kitabxanada, yeməkxanada o uzun adamın o qara, palçıqlı üzü havadan asılıb bircə gün də Səməddən ayrılmadı. Qırx doqquz-əlli ikinci illərdə o qara üz həyulaya çevrilib, raykomun təlimatçılar otağında məskən saldı, “sezonun işinə nəzarət üçün kolxoza təhkim edilən” Səmədlə birgə əkində, səpində, pambıq yığımında Səmədlə birlikdə çölləri gəzdi, Mədəd Əmirli ilə Sura Əmirlinin qoşa, aylı-ulduzlu qəbirlərinin yanında dayandı, sonra isə Bakıya getdi, partiya məktəbinin auditoriyalarında, kitabxanada, yeməkxanada, yataqxanada tez-tez görünüb, müharibədən sonrakı bu “quruculuq illərində” sürətlə dəyişməkdə olan dünya ilə Səmədin arasında əməlli-başlı səddə çevrildi.

      2

      Bu illərdə iyirminci-otuzuncu illərin yadigarı “şinel” və müharibənin yadigarı “teloqreyka”19 yavaş-yavaş sıradan çıxırdı. Kənddə yaxşı maaş alan müəllimlərin, qulluqçuların hamısı, ticarətdə, fermalarda, taxıl, yun, yağ tədarükündə gizlin varlanan adamların isə əksəriyyəti “kitayski makentoş” – plaş geyinirdi və hamı bilirdi ki, makentoşları Çax-çux gətirir… Axşamlar idarəyə gedən, idarədən qayıdan briqadirlərin, manqabaşıların20, xeyir-şər yığnaqlarından dağılışan ahıl adamların, hətta həyətlərdə tərpənişən qocaların, qarıların əllərində güclü “mil” işığı uzağı vuran Çin fənəri parıldayırdı. Elektrik işığından məhrum, zülmət küçələrdə, cığırlarda hamı Çin fənəri ilə gəzirdi və hamı bilirdi ki, fənərləri də Çax-çux gətirir, köhnə arvadı Badsəbanın öhdəsinə verib gedir, Badsəba isə hökumət adamı sayılan göyü, yəni kürəkəni Məsimin narazılığına, deyintisinə baxmayaraq malı açıq-açığına ortalığa töküb satır, hətta Qurbanlı sovetliyinin21 üç para kəndində, o cümlədən burda, Qonaqlıda da alverçiliyə qılınc çəkən Qılınc Qurbandan da ehtiyatlanmayıb, СКАЧАТЬ