İdeal. Muğanna İsa
Чтение книги онлайн.

Читать онлайн книгу İdeal - Muğanna İsa страница 16

Название: İdeal

Автор: Muğanna İsa

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ kəskinliyi ilə duyduğu dəqiqələrdə isə Səməd ümidsizliyin son həddində dərd yükünün ağırlığından başqa heç nə hiss eləmirdi.

      Yenə nə isə soruşmaq istəyirdi, soruşa bilmirdi.

      Dönüb getmək istəyirdi, gedə bilmirdi.

      Ovcuna nə isə soyuq, sürüşkən şey toxundu. Diksinmədən, ürpənmədən baxdı: çamadanının qulpu idi; Xeyrə arvad birdən böyründə peyda olub, biləyindən yapışıb silkələyirdi ki, çamadanını alsın.

      Ərinin əksinə, arvad elə sərtdi ki, elə bil onu cinayət üstündə tutmuşdu.

      – Söz-gap yerdən-göydən çıxıb. Sən də gəlib durubsan burda dirək təki!.. Nə baxırsan, ay oğul?! İşdi, olub də!.. Neçə kərə çalışıb özünə qəsd eləsin bu yazıq gəlin. Bir dəfə nöyüt qabını almışam əlindən. Başına tökürdü… Bir dəfə paravozun qabağından itələyib çıxartmışam. Günahı yoxdu bunun. Yoxdu! Əmin də günahsızdı. Görüş özünnən. Görüş! İndi yox… Yara təzədi hələ. Çıx get burdan. Elə qaranlıqlı get ha, gözə görükmə!..

      Arvad onun barmaqlarını çamadanın qulpunun altında qatlayıb, hətta qolundan çəkdi. Səməd bu kobud qadının iradəsinə tabe oldu, əmisinin arvadına daha ötəri baxmağa da cəsarət eləməyib, nəhayət, ayağını yerdən üzdü, başını qaldırmadan, ağır-ağır aralandı.

      * * *

      Hara gedirdi? Nə üçün gedirdi?

      Baş verən hadisənin özü də ürək də, ağıl da deyirdi ki, Gülgəzdən həmişəlik ayrılıb. Gülgəzlə birgə “Gürtikənli”, “Gurağaclı” dünyadan da, sevinclərdən, fərəhlərdən də həmişəlik ayrılıb. Dünya indi yanıq iyindən və tüstüdən ibarətdir, Başqalarına “kor” deyən Səməd özü indi kor olub, bu tüstünün içində hətta əmisini də görmür. Bundan sonra Sultan əmi ilə nəinki bir evdə, bir süfrə başında oturmayacaqlar, yəqin ki, heç üz-üzə də gəlməyəcəklər, bir vaxtkı kimi, rayonun işlərindən, şeyx əmilərin elmi fəaliyyətini davam etdirən “Batin-gizlin”, “AdıPünhan” Ağların, yəni Ağ Əmir kimi SafAğların, “Muğ”ların Sibirə, Qazaxıstana sürülüb, itib-batmağından, Cənubda şah zülmündən – savadsızlıqdan, aclıqdan danışıb dərdləşməyəcəklər. İndi tamamilə aydındır ki, Sultan Əmirli də “ölüb, stolun dalında qaraltısı qalıb”. O qaraltının isə “axırı çatıb”, tezliklə doğrudan da “yeşikdə qalacaq”, “hakimiyyəti qurtaracaq”. O vaxt Xudiyev dəstəsi ilə birgə fəallar da qorxusuz-qadağasız olub daha o səkilərdə pıçıldaşa-pıçıldaşa “konfrans” – filan gözləməyə də ehtiyac duymadan, hər gün, hər saat Gülənovun, Sayılovun, RİK Atamalının səslərinə səs verəcəklər, beləliklə, qırmızı tuf daş binadakı kabinetlərdən başlamış, o kazarmasayağı binalara, kolxoz və sovxozlara qədər, hər yerdə – ancaq “bezobraziye”nin KQB kadrları əyləşib, “bezobraziye”nin əmrlərinə “baş üstə”, “göz üstə” deyəcəklər, Səməd isə, bütöv bir rayonda hamıya, hər şeyə nifrətdən, qəzəbdən boğula-boğula tək-tənha qalıb, bu mühitdən baş götürüb qaçmağa, doğma yurddan, doğma torpaqdan da həmişəlik ayrılmağa məcbur olacaq.

      Belə bir aqibəti görə-görə hara gedir, nə üçün gedir? “Bezobraziye” kadrları arasında perspektivsiz yaşamağa dəyərmi? Ümumiyyətlə, yaşamaq mümkündürmü? Yaxşı olmazmı ki, bu saat burdan cumub bu şəhərdə az-çox hörmət elədiyi adamlar arasında, “Dəli Səməd”in köhnə dostlarından “pyanska Yusifi” “pyanskaların” daimi məktəbində – dəmiryol restoranında tapsın, iki il bundan əvvəl Bakıya yola düşəndə anasının sandıqcasından götürdüyü və birini də xərcləmədiyi qədim “axça” lardan birini ofisiant Qayım Qudalının üstünə atsın: “Bufeti köçürt bu stolun üstünə!” – deyib, Yusifin muğamlarına, təsniflərinə, bayatılarına qulaq asa-asa nə ki var “vursun”, sonra da stansiyanın ucqar, qaranlıq bir yerində başını relsin üstünə qoysun. “Pyanıska”nın o gözəl, köyrək səsi qulaqlarında cingildəyə-cingildəyə, bu yanıq iyindən, bu tüstüdən, Sultansız, Gülgəzsiz dünyadan birdəfəlik yaxa qurtarmaqdan yaxşı nə ola bilər?!

      Darvazaya qədər Səməd belə getdi. Sultansız, Gülgəzsiz, perspektivsiz dünyadan yaxa qurtarmaq ehtirası birdən-birə necə güclənmişdisə, darvazada dəmir şəbəkələrin işıltılarını seçər-seçməz dərhal özünü stansiyanın ucqar, qaranlıq yerində, relslərin arasında gördü. Bunlardan isə tamam başqa hislər törədi: ölüm niyyətli ümidsizliyin dərinliyindən etiraz kükrədi, “Dəli Səməd”in öz ətrafındakı haqsız işlərə üsyanlarına oxşayan bir üsyan dalğası qabarıb qalxdı: “Günahsız Gülgəz”lə “günahsız Sultan Əmirli”ni və “Bircə bala”nı yandırıb dünyanı yanıq qoxusuna bürüyən qüvvəni, qara həyulanın cəsarəti arxasındakı “bezobraziye” dəstəsini cismən məhv etmək! Qaçaq Nəbi, Dəli Alı, Qaçaq Kərəm, Qaçaq Ələs kimi qisasçıya çevrilmək! Öldürə-öldürə ölmək!.. Qaynar qan sifətinə, beyninə vurub gözlərini tutdu və Səməd kükrək üsyanını belə qəti qərarını necə həyata keçirəcəyini o qədər də düşünmədən, darvazadan geriyə, manqal tərəfə cumdu. Bayaq orda, manqalın yanında əmisinin ət doğramaq üçün saxladığı enli, ağdəstə xançal gözünə sataşıb, dumanlı, ötəri hiss oyadıb tüstünün altında qalmışdı. Həmin hiss indi tamam aydın, qəti fikrə, niyyətə çevrildi: “Hamısını tapmalısan bu gecə, hamısını məhv etməlisən, ey məhv olan bədbəxt!..” – Xançalı yerdən qapıb pencəyinin altında kəmərin altına soxdu… Lakin bu qan-qisas ehtirasının qabağında Xızr Abı adlanan, qara qarmon qırışları arasında açıq mavi, dərin ziyalı – alim gözləri parıldayan heybətli bir pələng dayanmışdı.

      4

      Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xırdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələ-kötür barmaqlara Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə fırlatmağı bir oldu.

      – Məqsədin nədi, nadürüst?! Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik29 qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura höküməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil?.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan30 oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa СКАЧАТЬ