Skelliq. Дэвид Алмонд
Чтение книги онлайн.

Читать онлайн книгу Skelliq - Дэвид Алмонд страница 6

Название: Skelliq

Автор: Дэвид Алмонд

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952243666

isbn:

СКАЧАТЬ ora soxdu, yaladı və zarıldadı. Barmağını yenidən yeməyə soxdu və sousun içində olan paxla zoğunu dartıb çıxartdı. Dilini uzadıb barmağının ucundakını onun üstünə qoydu və ağzını marçıldatdı. Sonra o bu üsulla ət tikələrini, göbələkləri tutub ağzına atmağa başladı. Qırmızı sous dodaqlarından çənəsinə, oradan da qara pencəyinin üstünə axırdı.

      – A-a, – o zarıyırdı. – O-o-o…

      Yəqin, məhəbbətdən belə zarıyırlar. Yaxud da ki ağrıdan. Bəlkə, həm ondan, həm də bundan. Mən qutunu daha yaxına uzatdım.

      O elə hey barmağını ora soxur, yalayır, sorur, ağzını marçıldadır və zarıyırdı.

      Sorduğu barmaqları sosiska kimi şişmişdi.

      – Aspirini bura qoy.

      Mən sousun içinə iki həb qoydum. O, dərhal onları götürüb uddu.

      O saat da gəyirməyə başladı. Əlləri aşağı, dizlərinə tərəf uzandı. Başı tappıltı ilə arxaya düşdü.

      – İyirmi yeddi və əlli üç, – o pıçıldadı. – Tanrıların yeməyi.

      Mən qutunu yerə qoyub onun üzünə işıq saldım. Solmuş sifəti qırışmışdı, çat-çat di. Çənəsindən bir neçə nazik, rəngsiz tük çıxmışdı. Laxtalanmış qanı xatırladan sous dodaqlarında quruyub qalmışdı. Ondan toz, köhnə paltar və kəskin tər iyi gəlirdi.

      – Baxıb doydun? – o xışıldadı.

      – Siz hardan peyda olmusuz?

      – Heç yerdən.

      – Tezliklə buranı təmizləyəcəklər. Onda siz neyləyəcəksiniz?

      – Heç nə.

      – Siz neylə…

      – Heç nə, heç nə. Bir daha – heç nə.

      Yenə gözlərini yumdu.

      – Aspirini burda qoy.

      Mən qapağı açdım, dərman şüşəsini yerə qoydum. Yerdə bərk kürəciklər var idi. Birini götürdüm, işıq saldım. Xəz və dəri ilə örtülmüş xırda sümüklər idi.

      – Nə baxırsan?

      Kürəcikləri yerə atdım.

      – Elə-belə.

      Qaratoyuğun səsi getdikcə daha bərk gəlirdi.

      – Bacıma baxmaq üçün həkim gəlir. İstəyirsiniz bura gətirim?

      – Həkim-zad lazım deyil. Heç kim lazım deyil.

      – Siz kimsiniz?

      – Heç kim.

      – Sizə necəsə kömək edə bilərəm?

      – Yox.

      – Bacım çox xəstədir. Hələ lap südəmərdir.

      – Körpələr! Əmziklər, fırtıq, göz yaşları, selik.

      Mən ah çəkdim. Söhbətimiz dalana dirənmişdi.

      – Mənim adım Maykldır. Sizə yenə nəsə gətirim?

      – Heç nə. İyirmi yeddi və əlli üç.

      O, yenə gəyirdi. Ağzı qoxuyurdu. Özü də bu təkcə Çin yeməyinin yox, daim qidalandığı leşlərin, milçəklərin, hörümçəklərin qoxusu idi… Birdən onun boğazında nəsə quruldadı, o, böyrüüstə əyildi, sanki indicə qusacaqdı. Yıxılmasın deyə onu tutdum. Belində nəsə əyrilik, sanki möhkəm bir şey var idi. O çox bərk gəyirdi. Çalışırdım nəfəs almayım, çünki qoxu dözülməz idi. Amma əlimi belində gəzdirib o biri tərəfdə də nəyinsə qabardığını hiss etdim. Elə bil pencəyin altında daha bir cüt qatlanmış əl vardı. Lakin onlar elastik idi, mənə elə gəldi ki, indicə açılıb düzələcəklər.

      Xoşbəxtlikdən o qusmadı. Yenidən arxaya çəkildi və mən divara rahat söykənə bilsin deyə əlimi çəkdim.

      – Sən kimsən? – soruşdum.

      Qaratoyuğun səsi lap bərkdən gəlirdi.

      – Heç kimə demərəm, söz verirəm.

      O, əlini qaldırdı, mən fənərin işığında diqqətlə ona baxmağa başladı.

      – Mən kiməm? Demək olar ki, heç kim. Ancaq daha çox Artram, – o, səssiz güldü. – Artr İt. Artrit. O, sümükləri məhv edir. Əvvəlcə səni daşa döndərir, sonra isə daşı toza.

      Mən onun əllərinin şişmiş barmaqlarına toxundum.

      – Bəs belinizdəki nədir?

      – Pencək, bir az mən, qalanı isə artrit.

      Mən yenidən belindəkinə toxunmaq üçün əlimi uzatdım.

      – Heç cəhd eləmə, – o, xışıltılı səslə dedi. – Bir işə yarayan deyil.

      Ayağa qalxdım.

      – Mən gedim. Çalışacam ki, onların buranı təmizləməsini ləngidim. Sizə yenə yemək gətirəcəm. Doktor Ölümlünü isə gətirməyəcəm.

      O, dodaqlarını yalayıb:

      – İyirmi yeddi və əlli üç, – dedi və təkrarladı. – İyirmi yeddi və əlli üç.

      Mən əlimlə ordan-burdan tutaraq küçəyə çıxdım. Qaratoyuq səs-küylə qanad çalıb qonşu bağa uçdu. Barmağımın ucunda evə girib qızcığazın çarpayısının yanında bir dəqiqəlik ayaq saxladım. Əlimi yorğanın altına saldım. Qızcığazın xırıltılı-boğuq nəfəsini hiss etdim. Balaca necə də yumşaq və istidir, sümükləri isə lap kövrəkdir.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне СКАЧАТЬ