Skelliq. Дэвид Алмонд
Чтение книги онлайн.

Читать онлайн книгу Skelliq - Дэвид Алмонд страница 5

Название: Skelliq

Автор: Дэвид Алмонд

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952243666

isbn:

СКАЧАТЬ o, soyuducuya tərəf gedib oradan daha bir şüşə pivə və pendir çıxartdı.

      Mənsə 27 və 53-dən nə qalmışdısa plastik qutuya doldurdum və küçədəki zibil qabının içində gizlətdim.

      Doqquzuncu fəsil

      Həmin axşam mən yenə Minanı gördüm. Atamla evin qarşısındakı bağçada, qanqal və zəncirotunun arasında dayanmışdıq. O, tezliklə buranın necə qəşəng olacağı barədə danışırdı: güllər, kollar, ağaclar, pəncərənin altında isə oyma skamya. Elə bu vaxt Minanı gördüm.

      O, küçənin bizim evimiz olan tərəfində, ağacların birinin başında oturmuşdu. Əlində kitab və qələm vardı; hiss olunurdu ki, budağın üstündə özünə rahat yer tapıb. Qələmin ucunu ağzına aparmışdı, yarpaqların arasından səmaya baxırdı.

      – Görəsən, bu kimdir? – atam maraqlandı.

      – Onun adı Minadır.

      – Aydındır.

      Mina, çox güman, bizim ona baxdığımızı gördü, amma özünü o yerə qoymadı.

      Atam evə, sementin bərkiyib-bərkimədiyini yoxlamağa getdi.

      Mənsə küçəyə çıxdım, Mina oturan ağacın altında dayanıb ona baxdım.

      – Sən orda neynirsən?

      – Ay sarsaq! Ürkütdün. Hamınız beləsiniz.

      – Kimi ürkütdüm?

      – Qaratoyuğu.

      O, kitab və qələmi dişlərinin arasında sıxaraq budaqdan sallandı və bağa hoppandı. Qamətini düzəltdi, sonra isə uzun-uzadı və diqqətlə mənə baxdı. Boyu balaca, saçları kömür kimi qapqara, baxışları isə kəskin idi… Sanki adamın ürəyindəkiləri dəqiqliklə oxuyurdu.

      – Yaxşı, eybi yoxdur. Gələn dəfə yekunlaşdıraram.

      O, barmağı ilə damı göstərdi. Orada, damın lap başında qaratoyuq oturub fit çalır, quyruğunu oynadırdı.

      – Onlarda bu, siqnaldır. Qohum-əqrəbasını təhlükədən xəbərdar edir. Təhlükə isə sənsən.

      O, başı ilə ağacı göstərdi.

      – Mən oturduğum budağın ucunda yuva var. İçində də üç bala. Amma nəbadə ora çıxasan.

      O, hasara çıxdı, üzü mənə tərəf oturub ayaqlarını salladı:

      – Mən burada yaşayıram. Yeddi nömrəli evdə. Səninsə, deməli, balaca bacın var?

      – Hə.

      – Adı nədir?

      – Hələ fikirləşməmişik.

      Dili ilə qeyri-müəyyən səs çıxarıb gözlərini səmaya dikdi.

      Sonra kitabı açdı:

      – Bura bax.

      Quş şəkillərini göstərdi. Onlar qələmlə çəkilmişdi, bəziləri mavi, yaşıl və qırmızı boyalarla rənglənmişdi.

      – Bax, qaratoyuq budur. Onları tez-tez görmək olar, çox qəşəngdirlər. Bu, sərçədir, bu da arıquşu. Bunlarsa qar quşları. Buna bax, bu, payızbülbülüdür, keçən cümə axşamı pəncərədən içəri girmişdi. – O, albomu çırpıb örtdü. – Bəs sən quşları sevirsən? – o mənə acıqla baxırdı, sanki nədəsə günahkar idim.

      – Bilmirəm.

      – Tanış mənzərədir. Bəs şəkil çəkməyi?

      – Hərdənbir.

      – Şəkil çəkəndə istər-istəməz dünyaya daha diqqətlə baxırsan. Bu onu olduğu kimi görməyə kömək edir. Bunu bilirsən?

      Susdum.

      – Qaratoyuq nə rəngdədir? – o soruşdu.

      – Qara.

      – Olduqca tanış cavab.

      O, ayaqlarını öz bağları tərəfə çevirdi:

      – Nə isə, hələlik. Gələn görüşlərədək. Mən, mümkünsə, sənin bacını görmək istərdim.

      Onuncu fəsil

      Var qüvvəmlə yatmamağa çalışırdım, di gəl ki gözlərim yumulurdu. Uzanmağa macal tapmamış yuxu məni apardı. Yuxuda gördüm ki, bizim cumbulu Minagilin bağındakı yuvadadır. Qaratoyuqlar ona milçək və hörümçək yedizdirir, o, tədricən möhkəmlənib cana gəlir və pırıldayıb yuvadan uçur, göylərə qalxır, ağacların başı üzərindən, damların üstündən uçub qarajımızın başına qonur. Mina yaxınlıqdakı hasarın üstündə oturub. O, balacanın şəklini çəkməyə başlayır, mən yaxınlaşanda isə deyir: “Çıx get. Sən təhlükəsən!”

      Bu vaxt qonşu otaqda qız həqiqətən ağladı və mən oyandım.

      Anam ona layla çalır, balaca isə ciyildəyir və zıqqıldayırdı. Pəncərənin o tayında quşlar civildəşirdi. Anam, nəhayət, uşağı yedizdirdikdən və o sakitləşdikdən sonra mən yerimdən qalxdım, fənəri götürdüm, əlimə keçəni tələsik əynimə keçirdib gizlicə valideynlərimin otağından adladım, əvvəlcə hamama girib aspirin götürdüm, sonra aşağı düşüb arxa qapıdan küçəyə çıxdım.

      İçində yemək olan qablar gizlətdiyim yerdə, zibil yeşiyinin içində idi. Düzdür, üstlərinə köhnə qəzet və bir qucaq alaq otu tökmüşdülər, qutular çevrilmiş və sous, demək olar ki, axmışdı. Qapağın birini araladım. Qırmızı şar sui yapışqan kimi olmuş və donmuşdu. Mən nəmlənmiş kökələri də həmin qaba boşaldıb qaraj tərəfə yollandım.

      – Səfeh, – özümü danlayırdım. – Gör bir nələr uydurmusan!

      Qarajın başında sarı dimdiyini geniş açaraq qaratoyuq oxuyurdu. Şəfəqin ilk şüalarında onun qara lələkləri qızılı və göy rəngə çalırdı.

      Mən fənəri yandırdım, dərindən nəfəs alıb içəri keçdim.

      O dəqiqə künclərdə yenə nəsə xışıldayıb qaçmağa başladı. Kiminsə pəncələri düz ayağımın üstündən addımladı, bu vaxt az qaldı əlimdəkiləri yerə salım. Bufetə çatıb uzaq divara qədər olan məsafəni işıqlandırdım.

      – Yenə sənsən? – o, xışıltılı səslə dilləndi. – Elə bildim getmisən.

      – Sizə bəzi şeylər gətirmişəm.

СКАЧАТЬ