Kiçik qəhrəman. Abdulla Şaiq
Чтение книги онлайн.

Читать онлайн книгу Kiçik qəhrəman - Abdulla Şaiq страница 7

Название: Kiçik qəhrəman

Автор: Abdulla Şaiq

Издательство: TEAS PRESS

Жанр:

Серия:

isbn: 978-9952-311-55-6

isbn:

СКАЧАТЬ düz altında durub.

      – Yox, Xuanın pəncərəsi altındadır, – dedi.

      Albert tez qapını açıb dışarı çıxdı. Albaressa çocuğun bu hərəkətindən şübhələndi. Onun nə üçün getdiyini və nə yapmaq istədiyini bilmək üçün arxasınca getdi. Albert yarım pudluq qalın bir dəmir parçasını qolları üstünə götürüb hıqqana-hıqqana pəncərəyə tərəf apardı. Albaressa əsəbi səslə bağırdı:

      Albert, neyləyirsən?

      Albert qaşlarını çataraq kəskin bir səslə:

      – Bunu faşist zabitinin başına salacağam, – dedi.

      Albaressa ona mane olmaq istədi. Albert öz fikrində inad göstərdi. Albaressa ona dedi:

      – Sənin gücün çatmaz, onu ver mən atım.

      Albert razı olmadı. Bunların səsinə qonşu Xuan gəldi. Xuan köhnə əsgər idi. Onun atası və kiçik qardaşı əsgərlikdə ölmüşdü. Özü də bütün həyatını əsgərlikdə keçirmişdi. Mərakeş xalqı İspaniya hökumətinə qarşı üsyan etdiyi zaman Xuan da orduya göndərilmişdi. Müharibədə ayağından aldığı yaradan şikəst qalmışdı. Xuan əhvalatı anlayanda dəmir parçasını Albertin əlindən dartıb aldı. Sonra əli ilə onları itələyib:

      – Siz gördüyünüzü mən də görmüşəm. O bizim pəncərənin altında durur. Siz buradan çəkilin. Bu mənim işimdir! – dedi.

      O bu sözləri elə qəti dedi ki, Albert və Albaressa susmağa məcbur oldu. Xuan dəmir parçasını öz otağına gətirdi. Küçələrə qarşı olan pəncərələri açmaq yasaq olduğu halda, pəncərəni yavaşca açdı və dəmir parçasını düz zabitin başına atdı. Dərhal pəncərədən çəkildi. Dəmir zabitin başını partlatdı. Dərhal küçədə səs-küy qopdu. Pəncərəni yaylım atəşinə tutdular.

      Çox çəkmədi ki, həyətin dəmir darvazası şiddətlə döyülməyə başladı. Xuan Albertə və Albaressaya dedi:

      – Siz çəkilin, məni aparmağa gəlirlər.

      Albert onun əlindən tutub:

      – Qorxma, gəl, mən sizi gizləyəcəyəm, heç görməyəcəklər, – dedi.

      Xuan onun sözünə əhəmiyyət vermədi. Albert isə əl çəkmədi, onun qolundan tutub:

      – Xuan dayı, mən səni elə yerdə gizləyəcəyəm ki, heç kəs tapa bilməyəcək. Bircə sən gəl! – deyə fikrində inad etdi.

      Darvaza qapısı açılıb jandarmlar, polislər içəri girmişdi. Həyətdə səs-küy getdikcə çoxalırdı. Xuan otağının içində durub yerindən tərpənmirdi. Albaressa işə qarışdı. Albert onu Albaressanın otağına gətirdi. Albaressanın böyük bir palazı var idi. Albertin göstərişi ilə palazı tez açdılar. Xuanı palaza bürüyüb divara söykədilər.

      Jandarmlar dəmir atılan pəncərənin olduğu otağa girib Xuanı axtarırdılar. Orada tapmayınca qonşu otaqları bir-bir gəzdilər. Albaressanın otağını da aradılar. Otağı alt-üst etdilər. Hətta əyri və ağzı qıfıllı sandığın da ağzını açıb baxdılar. Xuanı tapmadılar. Jandarmlar acıqlarından dil-dodaqlarını çeynəyirdilər. Albaressanın otağına bitişik olan qonşusu Mariya Albaressanı şübhəli baxışlarla süzərək:

      – Yəqin, onu gizləmişlər, – deyirdi.

      Jandarmlar Albaressanı çox sıxma-boğmaya saldılar. Yoğun və qısaboylu jandarm tüfənginin qundağı ilə onu vurmağa başladı. Albert:

      – Mənim babamı niyə vurursunuz? – deyə babasına sarıldı.

      Ucaboylu, canlı bir jandarm Albertin qolundan tutub özünə tərəf çəkərək:

      – De görüm, o kişini harada gizləmisiniz? Yoxsa hər ikinizi öldürəcəyik, – dedi.

      Albert:

      – Bizim xəbərimiz yoxdur! – dedi.

      Jandarm onun üzünə üç-dörd şillə çəkdi. Kiçik Albertin üzündə jandarmın barmaq yerləri qıpqırmızı görünür, gözlərinə qan çökmüşdü, ağlaya-ağlaya cavab qaytardı:

      – Bizi nə üçün döyürsünüz? Onunla bizim nə işimiz var? Qoçaqsınız axtarın, tapın!

      Jandarmlar söylənə-söylənə getdilər. Fəqət o evi dörd tərəfdən əhatə etmişdilər. Döyüş şiddətlənirdi. Komandanı ölmüş olan faşist dəstəsi respublikaçıların şiddətli atəşi altında yavaş-yavaş geri çəkilirdi. Oğlu faşist zabiti olan Mariya get-gedə əsəbiləşirdi. O faşist komandanının ölməsini bu evdə yaşayan adamlardan gördüyü üçün hamıya düşmən kəsilmişdi. Albaressanın bu işdən xəbəri olduğunu duymuşdu. Ona görə də Xuanı harada gizlətmiş olduğunu bilmək üçün Albaressanı pusurdu.

      Jandarmlar getdikdən sonra Albert ilə Albaressa Xuanı palaz içindən çıxartdılar Xuan ələ keçmədiyindən, jandarmları aldada bildiklərindən Albert çox sevinirdi. Onlar öz aralarında şən-şən danışırdılar. Mariya onların danışığını eşidib qapı ağzından pusmağa başladı. Xuan deyirdi:

      – Sağ ol, Albert, sən məni ölümdən qurtardın, bu palaz sənin yadına haradan düşdü? Palaz olmasaydı, neylərdiniz?

      – Palaz olmasaydı, başqa şey düşünərdim, – deyə Albert ona cavab verdi.

      Mariya bunu eşidincə tez aşağı endi. Əhvalatı dəmir darvaza ağzında duran jandarmlara xəbər verdi. Jandarmlar yenidən həyətə doldular. Fəqət onlar respublikaçıların irəlilədiyini və faşist ordusunun geri çəkilməkdə olduğunu bilirdilər. Ona görə də könülsüz olaraq yenə haman jandarm Albaressanın evini yoxlamağa çıxdı. Albert onların gəldiyini görmüşdü. Xuanı tez böyük sandığın içinə qoyub ağzını bağladı. Jandarmlar gəldilər. Albaressanın otağına girincə palazı açdılar. İçində heç bir şey yox idi. Albaressanı və Alberti yenə çox incitdilər. Bir fayda vermədi. Onlar gedirkən:

      – Biz səninlə atışma sakit olandan sonra danışacağıq, – dedilər.

      Jandarmlar getdilər. Albert sandığı açıb Xuanı çıxartdı. Hər üçü sevinə-sevinə oturub danışırdı.

      Albaressa dedi:

      – Bu azğınlar qurd kimi qoxu bilir. Onlar Xuanı palaz arasında gizlətdiyimizi eşidib gəlmişdilər. – Sonra əlavə etdi: – Bu, Mariyanın işi olacaq. O faşistin bizi görən gözü yoxdur.

      Albaressa onun sözlərini təsdiq etdi:

      – Jandarmlar bu dəfə gələndə mən çox qorxdum. Yoğun və qısaboylu jandarm sandığa bir neçə dəfə əyri-əyri baxdı. “Sandığı açın”, – desəydi, neylərdik?

      Albert ayaq tappıltısı СКАЧАТЬ