Albert isə hələ məzhəkəni davam etdirirdi:
– Ay, dördüncü hədiyyəm qalmışdır, onu da təslim alın!
Zabitlər onun arxasınca mətbəxə girdilər. Mariya başında qabaq hovuzun içində səssiz oturmuşdu.
Xuan dedi:
– Dostlar, dördüncü faşist harada gizlənib? Tapın!
Zabitlər mətbəxin hər tərəfinə baxıb bir şey görmədilər. Albert gülə-gülə qabağı Mariyanın başından qaldırdı. Zabitlər heyrətlə bir-birinin üzünə baxdı; sonra ucadan güldülər. Hamı balaca Albertin kələkbazlığına heyran qalmışdı. Zabitlərdən biri soruşdu:
– Kiçik qəhrəman, bu fikirlər sənin başına haradan gəldi? Bunları böyük adam da düşünüb tapa bilməz.
Albert qaşlarını çataraq dərhal cavab verdi:
– Bu fikirləri məndə oyadan vətənimə olan sevgimdir. Biz ölənəcən faşistlərlə çarpışacağıq, torpağımızdan onlara bir qarış da verməyəcəyik!
Zabitlər iftixarla Alberti bir neçə dəfə atıb-tutub:
– Yaşasın vətənimizin qəhrəman oğlu kiçik Albert! – deyə çığırdılar.
Mariya saçları dağınıq halda qorxa-qorxa hovuzdan çıxdı. Onu da jandarmlara qatıb küçədəki gözətçilərə təslim etdilər.
Albert zabitlərlə yan-yana at üstündə gedirdi. Küçədən keçən xalq bağırırdı:
– Yaşasın ispan xalqının yenilməz ordusu!
Zabitlər də Alberti göstərərək deyirdilər:
– Yaşasın ispan xalqının qəhrəman balaları!
KİÇİK QƏHRƏMAN
Azayın atası Böyük Vətən müharibəsinin lap birinci ilində əsgər getmişdi. Anası da dəmir yolunda işə düzəlmişdi. Atasının ayrılığı Azaya çox təsir edirdi, onu hər yadına salanda faşistlərə lənət oxuyurdu.
Bir gün Azay yuxudan həyəcan içində oyandı. Çox halsız və nəşəsiz idi. Anası oğlunun bu vəziyyətindən narahat oldu.
– Oğlum, niyə qəmlisən, nə olub?
– Heç!
– Necə heç, rəngin qaçmış, üz-gözünə qəm, kədər tozu çökmüş, yoxsa atanın xiffətini edirsən?
Azay başını köksünə dikərək bir az sakit durdu, sonra başını qaldırmadan dedi:
– Ana, atamı əsgər paltarında cəbhəyə göndərdiyimiz gün yadındadırmı?
– Yadımdadır, oğlum, o gün həm şən, həm də kədərli idi. Əsgər paltarı isə ona gözəl yaraşırdı. Qatar yola düşəndə gülə-gülə səni qucaqladı: “İgid oğlum, mərd ol, – dedi, – atanı düşünmə, mənim üçün darıxsan, ana Vətənə qulluq et, o mənim üçün hər şeydən: atadan, anadan da əzizdir”.
Azay anasının sözünü bitirməyə imkan vermədi:
– Yadımdadır… mən onun boynunu qucaqlayıb hönkür-hönkür ağlayırdım. O məni qucaqlayıb öpəndə yaşlı kirpikləri üzümü islatdı. Qatar hərəkət etmək üzrə idi. Məni zor-güc sakit edib vaqona atıldı. Qatar fit çala-çala hərəkət etdi. O, pəncərədən bizə baxırdı, mən də ona… bunlar yadındadırmı?
– Yadımdadır, oğlum!..
– Bu gecə olduğu kimi bunları yuxumda görmüşəm. Qatar hərəkət edərkən sənə baxıb hönkür-hönkür ağlarkən öz səsimə oyandım.
– Xeyirdir, oğlum, ağlamaq sevinməkdir. İnşallah, müharibə zəfərlə başa çatar, atan da sağ-salamat qayıdar.
Azayın gecədən bəri köksünə sığmayan kədəri elə bil bir qədər sovuşdu…
Sərin, buludlu bir gün idi. Azay dəmir yolunun şimala doğru uzanan yaşıl çəmənliyində çiçək dərə-dərə gedirdi. Əlvan çiçəklərdən bir dəstə bağladıqdan sonra dincəlmək üçün bir komanın ətəyində uzandı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.