Kiçik qəhrəman. Abdulla Şaiq
Чтение книги онлайн.

Читать онлайн книгу Kiçik qəhrəman - Abdulla Şaiq страница 5

Название: Kiçik qəhrəman

Автор: Abdulla Şaiq

Издательство: TEAS PRESS

Жанр:

Серия:

isbn: 978-9952-311-55-6

isbn:

СКАЧАТЬ “Allah, sən rəhm elə, yenə Cümənin bizə qəzəbi keçibdir!” – deyib yalvarırlar, ağlayırlar; amma boran daha da şiddət eləyir, ağacları sındırır, damı-bacanı bürüyüb-bükür, mal və heyvanatı qırıb tələf eləyir və bərəkəti kəsib bir çox bədbəxtliklər törədir.

      ŞƏLƏQUYRUQ

      Qarasu kəndində Qırt-qırt xanım adlı bir toyuq və Şələquyruq adında bir xoruz var idi. Bunlar kəndin yaxınlığında bir qaratikan kolunun altında yuva eləmişdilər və bir-biriylə çox məhəbbətlə dolanırdılar. Qırt-qırt xanım hər gün bir yumurta yumurtlayardı. Elə ki yumurta çoxalırdı, Şələquyruq onları səbətlərə doldurub şəhərdə satardı. Qırt-qırt xanım qızı Cik-ciklə birlikdə kənddə qalıb yuvalarına gözətçilik edərdilər.

      Şələquyruq satdığı yumurtaların puluna şəhərdən qırmızı köynək, güllü dəsmal və bir çox şeylər alıb gətirərdi.

      Bir gün yenə Şələquyruq şəhərə yumurta satmağa getmişdi. Qırt-qırt ağac altında eşələnirdi. Qızı Cik-cik xanım da otların üstündə bir çəyirtkəni tutmaqla məşğul idi. Axşamüstü idi… Günəş yavaş-yavaş saralmağa başlamışdı. Quşlar axşam nəğmələrini oxuyurdu. Qırt-qırt xanım çox səbirsizliklə Şələquyruğun yolunu gözləyirdi. Fikir edirdi ki, görəsən, Şələquyruq yumurtaları yaxşı qiymətə sata bildimi? Onun üçün nələr alıb gətirəcək? Arabir də başı üstündəki ağacda oxuyan quşun gözəl nəğməsinə qulaq asırdı. Quşun nəğməsi Qırt-qırt xanımı elə məşğul etmişdi ki, Şələquyruq onun yadından çıxmışdı. Birdən-birə qulağının ucunda “Quqquliqu” səsi eşitdi. Qırt-qırt xanım ayağa qalxdı. Gördü ki, Şələquyruq çiynində dolu xurcun gülə-gülə ona baxır. Qırt-qırt xanım cəld irəli gedib, xurcunu Şələquyruğun çiynindən alıb, yerə qoydu. Hər ikisi şad oturdu. Cik-cik xanım da oynamaqdan qayıdıb gəldi. Atasının şəhərdən alıb gətirdiyi şeyləri görüb, sevincək yerə oturdu. Şələquyruq ona qırmızı və güllü bir dəsmal verib dedi:

      – Bax, qızım, bu güllü dəsmalı sənə almışam…

      Cik-cik xanım atasından razılıq edib, sevinə-sevinə dəsmalı başına bağladı. Qırt-qırt xanım da çox şad idi. Şələquyruğun aldığı qırmızı köynək, güllü dəsmal onun o qədər xoşuna gəlmişdi ki, gözlərini ondan ayırmaq istəmirdi. Şələquyruq şəhərdə gördüyü qəribə şeylərdən ona danışırdı. Qırt-qırt xanım təəccüblə qulaq asırdı; çünki şəhəri heç görməmişdi. Axırda Qırt-qırt xanım yalvardı ki, bu dəfə şəhərə gedəndə onu da özü ilə aparsın. Şələquyruq əvvəlcə razı olmadı, dedi ki:

      – Əgər sən də getsən, yuvamızda yumurtalara kim gözətçilik edər?

      Qırt-qırt xanım isə hər nə təhər olsa, istəyirdi ki, bir dəfə şəhərə getsin. Axırda Şələquyruq razı oldu.

      Qırt-qırt xanım şadlığından yerlərə, göylərə sığmırdı. Hələ kiçik qızı Cik-cik xanım şadlığından sıçrayırdı. Qırt-qırt xanım cəld ocaq qaladı, yumurtaları bişirib səliqə ilə səbətlərə doldurdu. İyirmi yumurta da yuvada qoydular ki, şəhərdən qayıdandan sonra Qırt-qırt xanım kürt yatıb, balalar çıxarsın.

      Şələquyruq çox çalışqan idi. Hər səhər alaqaranlıqdan durar və yuvasının yanındakı ağaca çıxıb ucadan banlardı. Kənd əhli onun səsinə oyanar, hər kəs bir işlə məşğul olardı. Çobanlar sürülərini çöllərə, yamaclara otarmağa sürər, əkinçilər öküzləri qoşub cüt sürməyə gedərdilər. Biçinçilər oraq, çin götürüb taxıl və ot biçməklə məşğul olar, uşaqlar da çaylarını içib məktəbə vaxtında yetişməyə çalışardılar.

      Şələquyruq, adəti üzrə, o gün alaqaranlıqdan qalxıb, ağaca çıxıb, ucadan banladı.

      Dan qaranlıq idi. Hələ günəş doğmamışdı. Dərələri, çölləri seyrək duman bürümüşdü.

      Şələquyruq və Qırt-qırt xanım Cik-cikin əlindən tutub yola düşdülər.

      Qırt-qırt çox şad idi; çünki ömründə heç şəhəri görməmişdi. Ürəyində Şələquyruqdan razılıq edirdi.

      Gecədən şeh düşmüş yumşaq otların üstü ilə gedirdilər. Günəş yavaş-yavaş doğur, al şəfəqlərini otların, çiçəklərin üstünə dağıdırdı. Quşlar ayılıb, yuvalarında gözəl-gözəl nəğmələr oxuyurdu; arılar, kəpənəklər vızıltı ilə çiçəklərə qonub, xortumları ilə güllərin şirəsini sormaqla məşğul idi. Bunların başı söhbətə elə qarışmışdı ki, yolun zəhmətini heç hiss etmədən az vaxtda şəhərə yaxınlaşmışdılar.

      Yarım saat sonra şəhərdə idilər. Təmiz, geniş küçələrdən, iri şüşəli mağazaların, uca və gözəl imarətlərin önündən keçərkən Qırt-qırt çox heyrətlə baxır, gözlərini onlardan çəkmək istəmirdi. Hər şey ona təzə və təəccüblü görünürdü. Hətta adamlar da ona başqa təhər görünürdü; onun fikrincə, bunlar heç kənddə gördüyü adamlara bənzəmirdi. Qırt-qırt xanım heyrət içində idi. Hər şey onun yadından çıxmışdı. Addımlarını indi yavaş-yavaş atıb gedib, arabir döyüküb, ona-buna baxan qızı Cik-cikin əlindən tutub çəkirdi. Şələquyruq da çox şad idi; çünki Qırt-qırt xanımın bilmədiyi şeyləri göstərib, ona qandırırdı. Bazara yetişdilər. Qırt-qırtın gözləri dörd oldu. Minlərcə alıcı və satıcıları görüb heyran-heyran baxırdı. Bir saat içində yumurtaları satdılar, sonra oradaca gördükləri, sevdikləri şeylərdən aldılar.

      Daha kəndə qayıtmaq lazım idi. Qırt-qırt xanım və Cik-cik şəhərdən heç ayrılmaq istəmirdilər.

      İstər-istəməz yavaş-yavaş şəhərdən çıxıb, kəndə tərəf yola düşdülər.

* * *

      Kənddə Səfər və Əkbər adında iki uşaq var idi. Bunlar çox nadinc və tərbiyəsiz uşaqlar idi. Şələquyruğun və Qırt-qırtın o gün şəhərə getdiyini bilmişdilər Oynaya-oynaya Qırt-qırt xanımın yuvasına gəldilər və otların arasında gizlətdikləri yumurtaları görüb çox sevindilər. Səfər tez qaçıb evdən bir səbət gətirdi, yumurtaları səbətlərə doldurdu və bir-bir götürüb, havaya atıb-tutmağa başladı. Əkbər də istəyirdi ki, yumurtalardan alıb oynatsın, amma Səfər vermirdi. Axırda Əkbər acıqlanıb dedi:

      – O yumurtalardan indi ki mənə vermirsən, mən də xortdana deyərəm səni yesin.

      Əkbərin anası şəhərə gedəndə ona bir qutu almışdı ki, ağzını açanda ilan başı çıxırdı. Əkbər qutunu cibindən çıxarıb dedi:

      – Bax bu qutunun içində xortdan var, indicə ona deyəcəyəm ki, qutudan çıxıb səni yesin.

      Səfər irəli gəlib dedi:

      – Hanı? Görüm?

      Əkbər birdən-birə qutunun ağzını açdı, içindən qara ilan başı çıxdı.

      Səfər СКАЧАТЬ