Uşaqlar üçün hekayələr. Народное творчество
Чтение книги онлайн.

Читать онлайн книгу Uşaqlar üçün hekayələr - Народное творчество страница 3

Название: Uşaqlar üçün hekayələr

Автор: Народное творчество

Издательство: Hədəf nəşrləri

Жанр:

Серия: Uşaq ədəbiyyatı

isbn:

isbn:

СКАЧАТЬ yerli camaatı: yaşlı-cavan, kişili-qadınlı hamısı şəhəri tərk edib gölün üstünə toplaşdılar.

      Kimisi xizəyə minir, kimisi buzun üzərində sürüşürdü. Çadırlar-dan gur musiqi sədaları və şən qəhqəhələr ətrafa yayılırdı. Gənclər sevinc içində atılıb düşür, yaşlılar da bu əyləncəli və xoş mənzərəni zövqlə seyr eləyirdilər.

      Günün batmağına az qalmışdı. Bir azdan təpələrin arxasından gülərüzlü ay yüksəlməyə başlayacaqdı…

      Ortalıq getdikcə qızışırdı. Şəhərdə tək bir yaşlı qadın qalmışdı. O, zavallı da neçə vaxtdan bəri xəstə idi, yatağa möhtac olmuşdu. Onun ayaqları işləmirdi. Sahildə yerləşən balaca evinin pəncərəsin-dən buz bağlamış gölə və şən-şən oyun oynayanlara tamaşa eləyirdi. Axşamüstüydü. Üfüqə baxarkən günbatan tərəfdə çox kiçik və ağ bir bulud gördü. Bulud az qalırdı ki, üfüqə dəysin. Bunu görəndə yaşlı qadının canına dəhşətli bir qorxu düşdü. Və birdən gənclik günləri xatirinə gəldi… Yenicə evlənmişdilər. Həmin vaxtlar idi. Həyat yol-daşıyla gölün üzərində gəzərkən də belə bir bulud görmüş və qorxu içərisində qaçmışdılar. Həqiqətən də çox keçməmişdi ki, dəhşətli bir fırtına qopmuşdu və buzlar qırılmışdı.

      Yenə də çox yəqin ki, elə olacaqdı. Heç bir saat keçməyəcək ki, fırtına qopacaq, buzlar qırılacaq, hər şey və hər kəs bir anda məhv olacaqdı. Ona görə də bacara bildiyi qədər yüksək səslə bağırmağa başladı?!.

      Evdə özündən başqa heç kimsə yox idi. Bütün qonum-qonşular da buzun üstündə sürüşməyə, əylənib oynamağa getmişdilər. Bulud isə getdikcə böyüyür və getdikcə qaralırdı. Bir azdan sonra dəniz dalğalanıb cuşa gələcək, güclü dalğalar gölü qoynuna alacaq, buz qırılacaq və hər kəs də boğulub gölün dibində batacaqdı. Fırtına artıq qopmaq üzrəydi.

      Qadın bütün gücünü topladı. Əlləri üstündə sürünərək yataqdan yerə düşməyi, çətinliklə də olsa, bacara bildi. Sobaya yaxınlaşdı. Ordan bir od parçası götürüb yatdığı yeri yandırdı. Sonra da güc-bəla ilə sürünə-sürünə evdən bayıra çıxdı.

      Balaca ev bir anda alovlara qərq oldu. Yanğından qopan və göy-lərə uzanan alov dilimlərini buzun üzərində oynayanlar artıq uzaq-dan görmüşdülər. Yanan evin kimin ola biləcəyini də təxminən bil-mişdilər. Şikəst qadını xilas etmək üçün yanğın yerinə özlərini çat-dırmağa çalışdılar.

      Həmin vaxt külək də qopmuş, göyü qara buludlar sarmışdı. Buz çatlamış, yerindən oynamağa başlamışdı. Axırıncı qoca bir kişi də özünü gölün sahilinə çatdıranda elə biləsən göyün üzü dağıldı. Dəh-şətli bir fırtına qopdu. Bir göz qırpımında nəhəng dalğalar göyün üzünü sardı. Ancaq heç kimsəyə heç nə olmadı.

      Bu xəstə, həm də şikəst qadın varını-yoxunu odlara qərq eləməli olsa da, qəsəbədə yaşayanları qarşısıalınmaz ölüm fəlakətindən bax beləcə qurtardı.

      ƏN BÖYÜK ŞAHZADƏ

      Vorm şəhərindəki sarayda toplanan alman şahzadələri sanki bir-biriləriylə yarışa girmişdilər. Hər biri də öz ölkəsinin genişliyindən, sərvətinin bol olmağından ağız dolusu danışır, sinələrinə döyərək öyünürdülər.

      Saksoniya şahzadəsi:

      – Mənim ölkəm zəngindir, çox varlıdır. Qüdrətim isə sonsuzdur!

      Mənim ölkəmin dağları da dərinliklərinə qədər gümüş mədən-ləri ilə doludur, – deyirdi.

      Saksoniya şahzadəsi belə danışanda Reyn şahzadəsi o biri yan-dan özünü ortaya atdı:

      – Mənim ölkəmin vadilərində başaqlar qızıl rənginə bürü-nübdür.

      Bağlarımızda ən gözəl üzümlər yetişir.

      Bavariya şahzadəsi dilləndi:

      – Mənim yurdumda böyük-böyük şəhərlər, ən gözəl və ən bə-zəkli kilsələr var. Mənim torpaqlarım öz varına-dövlətinə görə sizin torpaqlardan heç də geridə qalmaz.

      Saqqallı Vürtenberq şahzadəsi isə sözə belə başladı:

      – Mənim ölkəmdəki şəhərlər çox balacadır. Dağlarımızda gümüş mədənləri də yoxdur. Özünüz bilirsiniz, geniş vadilərimizdə yoxsul əlindən tərpənmək olmur. Ancaq sakitlik və əmin-amanlıq içərisində başımı xalqımın dizləri üstünə rahatlıqla qoya bilirəm.

      Reyn, Saksoniya və Bavariya şahzadələrinin gözləri yaşardı. Onlar bir ağızdan dilləndilər:

      – Şahzadə Eberxard!.. Ən varlı, ən zəngin ölkə sənin ölkəndir, şərəf medalını da sənin ölkən daşımalıdır…

      ÇOBAN UŞAĞI

      Bir vaxtlar hər soruşulana insanı çaşdıracaq cavablar verən ağıllı bir çoban uşağı var imiş. Onun şöhrəti ətrafa o qədər yayılıbmış ki, hətta padşah da marağa düşüb həmin uşağı bir gün saraya çağırtdırır:

      – Sənə üç sual verəcəyəm. Əgər mənə doğru-düzgün cavab ver-sən, səni sarayda saxlayacağam və sənə öz oğlum kimi baxacağam, – deyir.

      Çoban uşağı çəkinmədən:

      – Soruşun, deyə cavab verir.

      – Birinci sualım belədir. De görüm, dünyadakı bütün dənizlərdə neçə damla su var?

      – Padşah sağ olsun… Yer üzündəki bütün çayların axınını bir müddətə dayandırın ki, damcıları sayarkən səhvə yol verməyim. Sonra isə sizə söyləyərəm ki, dənizlərdə neçə damla su var.

      Belə ağıllı cavaba heyrət eləyən padşah ikinci suala keçir:

      – İndi de görüm, göy üzündə neçə dənə ulduz var?

      Çoban uşağı:

      – Mənə böyük bir kağız verin, – deyir.

      Ona böyük və qalın bir kağız gətirirlər. Kağız gətiriləndən sonra çoban uşağı həmin kağızın üzərinə bir qələmlə çoxlu sayda nöqtələr qoyur. Nöqtələr o qədər çoxmuş ki, saymaqla qurtarmaq olmazmış. Kağızı nöqtələrlə doldurandan sonra, uşaq həmin kağızı padşaha uzadaraq:

      – Bu kağızın üzərində nə qədər nöqtə varsa, göy üzərində də o qədər ulduz var. Əgər inanmırsınızsa sayın.

      Padşah axırıncı sualını verir:

      – Sonsuzluq СКАЧАТЬ