Uşaqlar üçün hekayələr. Народное творчество
Чтение книги онлайн.

Читать онлайн книгу Uşaqlar üçün hekayələr - Народное творчество страница 5

Название: Uşaqlar üçün hekayələr

Автор: Народное творчество

Издательство: Hədəf nəşrləri

Жанр:

Серия: Uşaq ədəbiyyatı

isbn:

isbn:

СКАЧАТЬ çığırıb bağırdı. Onun oğlu sə-həri günü bazardan çox eybəcər görünüşü, özü də çox kobud dü-zəldilən bir taxta çanaq aldı. Qoca bundan sonra yeməyini həmin əcaib çanaqda yeyəcəkdi.

      Bir gün evin xanımı və qocanın oğlu mətbəxdə oturarkən dörd yaşlarında olan oğlu içəri girdi. Uşağın əlində bir neçə dənə taxta parçası vardı.

      Atası oğlundan:

      – Oğul bala, bu taxtaları nə eləyəcəksən? – deyə soruşdu.

      Uşaq dedi:

      – Bir taxta çanaq düzəldəcəyəm, ata. Düzəldəcəyəm ki, yaş-lananda siz də o çanaqdan yemək yeyəsiniz…

      Bu sözləri eşidəndə atanın da, ananın da gözləri yaşla doldu. Elədiklərindən utanıb peşman oldular. Babanı yenidən süfrə başında oturtdular. Yeməyini üstünə-başına töksə belə, artıq ona qəlbinə toxunacaq, güldən ağır söz də demədilər.

      BALACA HƏSƏNLƏ ANASI

      Balaca Həsən bir axşam atasının ödəməli olduğu borcları he-sabladığını görəndə tez öz otağına getdi. Çünki ağlına bir fikir gəl-mişdi; anasına göstərdiyi xırda-para yardımların haqqını pul şəklin-də çox rahatlıqla istəyə bilərdi.

      Ertəsi gün kiçik Həsənin anası mətbəxdə stolun üstündə bir parça kağız gördü. Kağız parçasında bu sözlər yazılmışdı:

      Ananın, oğlu Həsənə olan borcu:

      Bazardan çantaları evə daşımaq haqqı – 550 lirə

      Məktubları poçta aparmaq haqqı – 300 lirə

      Yaxşı bir övlad olduğuna görə – 1500 lirə

      Çiçəklərə su vermə haqqı – 900 lirə

      Cəmi: 3250 lirə

      Həsənin anası kağızın üzərində bu yazılanları oxuyandan sonra heç nə demədi.

      Həsən həmin axşam mətbəxdəki stolun üstündə 3250 lirə pulu görəndə o qədər sevindi ki… Görən kimi də tez götürüb cibinə qoydu. Lakin pulun yanında bir hesab kağızı da vardı. Kağızda yazılmışdı:

      Həsənin anasına olan borcu:

      Evdə xoşbəxtlik içində keçirdiyi on ilin haqqı – sıfır

      On il ərzində evdə yediyi yeməyin haqqı – sıfır

      Xəstələndiyi zaman baxmaq xərcləri – sıfır

      Yaxşı bir anası olduğuna görə verməli olduğu haqq – sıfır

      Cəmi – sıfır

      Balaca Həsən kağızda bu yazılanları oxuyanda yaman peşman oldu. Elədiyi səhvi başa düşdü. Gözləri yaş içində anasının yanına qaçdı. Onun qolları arasına atılaraq bağışlanmasını istədi və 3250 lirəni yavaşca anasının cibinə qoydu.

      ANA SEVGİSİ

      Evin ən gözəl yeri üst mərtəbədəki otağın pəncərəsiydi. Ordan bütün küçə görünürdü. Şəhəri əhatəyə alan dağlara ordan rahatlıqla tamaşa eləmək olurdu. Hər gün günortadan sonra ana orda oturar, uşaqlarıyla birlikdə evdən çıxan həyat yoldaşını salamlayardı.

      Bazar axşamıydı. Yenə də həmin yerdə oturmuşdu. Həyat yol-daşının və uşaqlarının qayıtmağını gözləyirdi. Onlar isə hələ heç evə çatmamış, ananı uzaqdan salamlayırdılar. Ana yeriyə bilmirdi. İllər-dən bəri xəstəydi və ayaqları tutmurdu. Ancaq ana yenə də gözünü uşaqlarının üstündən qətiyyən ayırmazdı. İstəməzdi ki, balalarının əyin-başında bir balaca ləkə olsun, ya da ayaqqabılarında bir palçıq izi qalsın. Uşaqları da ona gəzib gördüklərindən, eşitdikləri musiqi-lərdən və dərslərindən danışardılar. Onlar danışdıqca ananın gözləri-nə işıq gələrdi. Ana onları sevinclə dinləyərdi. Çayırlıqlarda otlayan inəklərdən, bir gün qarşılarına birdən gözləmədikləri halda çıxan dovşandan danışanda ana özünü o qədər bəxtiyar sanırdı ki… Uşaq-ları ona bir hədiyyə gətirdikləri zaman dünyalar qədər sevinirdi. Ən çox da əkiz balalarının çöllərdən topladıqları çiçəkləri xoşlayardı. Gə-tirən kimi həmin çiçəkləri güldana qoyar, sonra da düz bir həftə onlara həvəs və qürurla tamaşa eləyərdi. Baxırdın ki, uşaqlar bəzən də içiboş balıqqulağı, ya da bir quş yuvası gətirdilər. Ananın sevinc-dən az qalırdı ürəyi yerindən oynasın…

      Günlərin bir günü ata əziz balalarına dedi ki, gələn bazar günü yaxınlıqdakı qəsəbəyə gedəcəkdir. Çünki orda bəzi işləri var.

      Atalarından bu sözləri eşidən uşaqlar sevinclə əllərini bir-birinə vuraraq:

      – Yaxşı oldu, səhər tezdən qatarla yola çıxarıq, axşam da qayı-darıq, – dedilər.

      Bu, qeyri-adi bir şey idi… bütün günü meşəlikdə, çayın kənarında əylənəcək, şənlənəcəkdilər. Tez nə almalı olacaqlarını fikirləşirdilər… Çiyinə atılan bir çanta, bardaq, futbol topu, tor yelləncək… daha nə qədər şey alacaqdılar… Uşaqlar öz aləmlərindəydilər, şirin-şirin da-nışırdılar.

      Ana bir tərəfə çəkilib yazıq-yazıq oturmuşdu. Bütün günü evdə tək başına qalacaqdı. Pəncərənin kənarında oturacaq, ürəyi sıxıla-sı-xıla gözlərini yollara zilləyəcək, nə isə bir şey oxumağa çalışacaqdı. Yenə də vaxt keçməyəcəkdi… Nə olardı uşaqlardan heç olmazsa biri yanında qalaydı. Ancaq heç bir kəlmə də demədi. Uşaqlarının kefini pozmağa haqqı yox idi…

      Günortadan sonra Yavuz anasının yanında oturub kitab oxu-yurdu. Bir sözü düz oxumayan kimi anası həmin sözü təkrar eləyir, oğlunun səhvini düzəldirdi.

      Bir azdan Yavuz kitabdan oxuduğu parçanı bitirdi. Elə bil anidən ağlına gəlibmiş kimi anasının qoynuna sığındı. Qollarını onun boy-nuna dolayaraq:

      – Anacan, bazar günü mən səninlə qalmaq istəyirəm. Ancaq heç kim heçnə bilməsin. Öz aramızda qalsın, olarmı?

      Anası oğlunu öpüb oxşayaraq:

      – Yaxşı, əziz balam. Bu hərəkətin məni çox sevindirdi… Bazar günü mənim də ürəyim sıxılmaz…

      Səhəri gün balaca qız mətbəxdə işləyən vaxt əlindən bir qəza çıxdı. Ayşə yuduğu tabağı silib qurulamaq istəyirdi ki, tabaq əlindən yerə düşdü və qırıldı. Uşağın canına birdən qorxu düşdü.

      Tabağın qırıldığını anası görmüşdü. Ona görə də qızına nəva-zişlə yaxınlaşıb:

      – Canın СКАЧАТЬ