Название: Uşaqlar üçün hekayələr
Автор: Народное творчество
Издательство: Hədəf nəşrləri
Серия: Uşaq ədəbiyyatı
isbn:
isbn:
– Rahatlıq, bolluq içərisində yaşayanlar necə olur ki, ömürlərinin bahar çağında bu dünyadan gedirlər, sən isə bu qədər ağır, bu qədər əziyyətli işinə baxmayaraq, yenə də uzun ömür yaşaya bilibsən? – deyə soruşur.
Suçu alnının qırış-qırış qatlarına bir fərəh və aydınlıq gətirən təbəssümlə cavab verir:
– Bunun çox asan bir izahı var, möhtərəm xəlifə. Həyat çeş-məsindən bizə bu damcı-damcı axıb gəlirsə, zənginlərin, var-dövlət sahiblərinin üzünə həyat bulağının gözü birdən-birə açılır və bütün gücüylə sel olub aşır-daşır. Buna görə də onların həyat tuluğunun suyu çox tezliklə boşalır.
Cavab xəlifənin yaman xoşuna gəlir. Fikirləşir ki, yaşlı adamdır, ömrünün qalan günlərini bir kimsəyə möhtac olmasın. Bunun üçün içi qızıl dolu bir balaca kisəni ona hədiyyə eləyir.
Aradan çox keçmir ki, xəlifə su daşıyan qocanın öldüyü xəbərini eşidir. Eşidəndə acı bir təbəssümlə yanındakı adamlara tərəf dönür və deyir:
– Adam haqlı imiş… Sözlərinin doğru olduğunu hətta öz ölümü ilə də sübuta yetirdi… Onun həyat tuluğunun suyu, demək ki, birdən-birə boşaldı…
AĞILLI HAKİM
Bundan çox-çox əvvəl, hələ ta 1506-cı ildə bir tacir şəhərin damlar qaynaşan böyük bazarında gəzərkən içərisində səkkiz yüz qızılı olan pul qabını əlindən salır, ya necə olursa itirir. Pul qabını bir dülgər tapır, götürüb evinə gəlir. Pul qabının ağzını açıb baxanda nə görsə yaxşıdır?! Görür ki, qabın içi doludur pul ilə. Qərara gəlir ki, sahibi ortalığa çıxana qədər pul qabını gizlətsin.
Ertəsi gün bazar günü imiş. Kilsənin keşişi bazar yerində bir tacirin pul qabını itirdiyini, tapana da yüz qızıl verəcəyinə boyun olduğunu söyləyir. Həmin dülgər o günü kilsəyə getmədiyinə görə, əlbəttə ki, bunu bilmirdi. Kilsədən qayıdan arvadı isə yemək ye-dikləri vaxt bir tacirin bazar meydanında içərisində səkkiz yüz qızıl olan pul qabını itrdiyini, tapana da yüz qızıl verəcəkləri xəbərini söylədi və sonra da:
– Ah… nə olardı. Kaş ki, pulları biz tapaydıq, yüz qızılı da biz alardıq… deyə əlavə elədi.
Dülgər qayıdıb arvadına:
– Ay arvad, yuxarıdakı otağımıza çıx, masanın yanındakı divarın oyuğunda dəri bir çanta var. Onu götür bura – aşağıya gətir.
Arvad dülgər deyən kimi də eləyir. Dəri çantanı götürüb gəlir aşağı. Həqiqətən də, keşişin dediyi kimi pul qabının içində səkkiz yüz qızıl vardı. Dülgər yollanır birbaşa keşişin yanına. Keşişdən soruşur ki, içi pul dolu dəri çantanı tapan adama yüz qızıl hədiyyə ediləcəyi söhbəti doğrudur, ya yox.
Keşiş başı ilə təsdiq edərək:
– Əlbəttə, doğrudur. Belə deyəndə dülgər qayıdır keşişə ki:
– Yaxşı, elə isə taciri çağırın gəlsin, pulu mən tapmışam.
Tacir isə sevindiyindən az qalırmış uça. Qaça-qaça gəlir keşişin yanına. Pullarını diqqətlə sayandan sonra çıxarır dülgərə beş qızıl uzadır.
– Bu beş qızılı da hədiyyə eləyirəm sənə. Ona görə ki, vəd elə-diyim yüz qızılı onsuz da götürmüsən. Pul qabında düz doqquz yüz qızıl vardı.
Dülgər tacirin bu sözlərindən elə hiddətlənir ki, rəngi qıpqırmızı olur.
– Bunu mənə söyləməyə necə dilin gəlir. Tapdığım bu pulların içindən bircə qızıl da olsun götürməmişəm… Namuslu, vicdanlı bir adamam mən…
Tacir dediklərinin üstündə ayaq dirədiyindən iş gedir məhkəmə-yə çıxır. Hakim tacirdən soruşur ki, doqquz yüz qızıl itirdiyinə and içə bilərsənmi. Tacir:
– Əlbəttə-əlbəttə, deyə and içir.
Hakim bu dəfə dülgərdən soruşur:
– Sən də səkkiz yüz qızıldan artıq pul tapmadığına and içə bilər-sənmi?
Dülgər “bəli” deyib and içir.
Hakim bu dəfə üzünü hər ikisinə – həm tacirə və həm də dülgərə tutub deyir:
– İkinizin də doğru and içdiyinizə inanıram. Biriniz deyirsiniz ki, doqquz yüz qızıl itirmişəm. O biriniz də səkkiz yüz qızıldan artıq pul tapmadığınızı söyləyirsiniz. Tapılan pul qabında səkkiz yüz qızıl olduğuna görə tacir getsin doqquz yüz qızıl tapan adamı axtarsın. Dülgər də səkkiz yüz qızıl itirən bir adam ortalığa çıxana qədər pul qabını bir yanda gizlətsin.
Beləcə, haqq-ədalət öz yerini tapır. Sözünün üstündə durmayan, acgöz, tamahkar tacir bütün pulundan-parasından olur.
ŞORBA
Balaca uşaq süfrəyə təzəcə oturmuşdu ki, “bu şorba yaman duzludur, mən yemirəm“, – deyib qaşığı əlindən yerə qoydu.
Anası da onu çox məcbur eləmədi:
– Yaxşı… Axşama sənə daha gözəl yemək hazırlayaram, – deyib süfrəni yığışdırdı.
Ana bir azdan sonra tərəvəzə getdi. Tərəvəzdə yeri qazıyıb kartof çıxarmağa başladı. Balaca uşaq da gün batana qədər qan-tər içində anasına kömək elədi.
Axşam düşdü. Onlar evə qayıtdılar. Ana süfrə saldı. Yeməyi çəkdi. Balaca uşaq yeməkdən bir qaşıq ağzına aparan kimi:
– Oho… Bax bu yemək həqiqətən gözəldir. Gör nə gözəl də tamı var, – dedi.
Uşaq iştahla bir qab dolusu şorbanı tez içdi. Anası gülə-gülə:
– Mənim əziz balam. Bu, həmin günorta bişirdiyim şorbadır.
Bəyənməmişdin. Ancaq indi yaman xoşuna gəldi. Çünki bütün günü axşama qədər ürəklə işləyibsən, – dedi.
TAXTA ÇANAQLAR
Bir СКАЧАТЬ