Название: Uşaqlar üçün hekayələr
Автор: Народное творчество
Издательство: Hədəf nəşrləri
Серия: Uşaq ədəbiyyatı
isbn:
isbn:
– Belə təmizqəlbli və başa düşən uşaqlarının olmağından idi ki, ananın gözləri yaşla dolmuşdu. Axşam həyat yoldaşına olanları bir-bir gizlincə çatdıran zaman həyat yoldaşı da:
– Bazar günü gəl belə bir iş eləyək. Mən fabrikin sahibi ilə danı-şaram, avtomobilini bir günlüyə alaram. Oturmağa dörd adamlıq yeri var. Yavuz sürücünün yanında otursa, biz də arxaya rahatca sığı-şarıq. Sən də gələrsən. Hə, nə deyirsən?
Ana əlini əlinə vuraraq bu təklifi sevinclə qəbul elədi. Həmin bazar gününü onlar həqiqətən də çox gözəl keçirdilər. O sevinc dolu istirahət gününü illər boyu yadlarından çıxara bilmədilər.
ANANIN ƏLLƏRİ
Analar bayramı günündə müəllimimiz evə bir tapşırıq vermişdi. Anamızın əlləri haqında hər birimiz bir inşa yazmalıydıq. Tapşırığın mövzusunu müəllimimiz bir o qədər də geniş izah etmədi. Təkcə ananla-rımızın çalışqanlığından, heç bir şeyi bizlər üçün əsirgəməməyindən bəhs etdi. Onu da bir neçə sözlə başa saldı…
İki-üç gün sonra müəllimimiz yazdığımız inşanı sinifdə bizə oxut-dururdu. Oxumaq növbəsi rəfiqələrimdən birinə gəlib çatmışdı. O, yazı-sına bu sözlərlə başlayırdı.
“Anamızın əlləri… Əllərindən biri ilə anam nehrə çalxalayır, bir əliylə ürəyinin başında dini kitabımızı tutur, bir əliylə isə atamın pencə-yini yamayır, bir əliylə yemək bişirir, o biri əliylə məktəbə getməzdən əvvəl mənim saçlarımı hörür. Digər əliylə də…”
Müəllimimiz gülə-gülə:
– Bu nə deməkdir, qızım? O biri əliylə… Digər əliylə… Sənin anan qırxayaqdır, nədir yoxsa? Bir insanın da bu qədər əli olarmı? Bütün bunları özündən uydurursan axı?
Ələ salırmışıq kimi biz də gülüşməyə başladıq. Rəfiqəm isə özünə arxayın, rahat bir şəkildə təmkinlə cavab verdi:
– Xeyr, özümdən uydurmuram bunları, əziz müəllimim!..
Anamın iki əli atam üçün.. Yeddi övladı var anamın. Hər biri üçün də iki əldən hesablasanız, on dörd eləyər. Mətbəx, tövlə, bağ-bağça işlə-rini görməyi elə iki əldən hesab eləyəndə bu da altı edər… Yoxsullar üçün iki əl, dua eləmək üçün iki əl… Bunları da hesaba alsanız düz iyirmi altı əl eləyər. Anamın düz iyirmi altı əli var. Hörmətli müəllim…
Biz əvvəl gülüşdüyümüzə görə indi utanırdıq. Hamımız başımızı aşağı dikmişdik. Müəllimin üzündəki çaşqınlıq dolu heyrət ifadəsi də yox olmuşdu. Bu dəfə ciddi, həyəcandan titrəyən bir səslə:
– Doğrudur, yazdıqların doğrudur, sevimli qızım! Allah anana kömək olsun! Ulu Tanrının rizası ananla bərabər olsun! Tapşırığı ən yax-şı sən yerinə yetirmisən. Sənə beş verirəm. Həm də ulduzlu beş, – dedi.
BÖYÜK İSKƏNDƏRLƏ HƏKİMİ
Böyük İskəndər səfərlərindən birində Kiçik Asiyadan keçib, Tar-sus şəhərinə gəlib çıxır. Şəhərin ortasından çox soyuq və tər-təmiz su-yu olan bir çay axırmış. İsti havanın təsirindən təntiyən Böyük İskən-dər tez soyunub özünü çayın sərin sularına atır. Aradan çox keçmir ki, ona dəhşətli dərəcədə soyuq dəyir. Bu soyuqlama onu ölmək təhlükəsiylə üz-üzə qoyur. Böyük İskəndər ağır xəstələnir. Onu sa-ğaltmaq üçün göstərilən bütün cəhdlərin heç bir faydası olmur.
İskəndərin Filip adında xüsusi bir həkimi varmış. Onun üçün olduqca qüvvətli, lakin eyni zamanda da çox təhlükəli bir dərman hazırlayıbmış.
Böyük İskəndər dərmanı içmək istəyirmiş ki, elə bu vaxt ordu başçılarından biri ona gizlincə bir məktub çatdırır. Məktubda İran hökmdarının həkimi aldatdığı və ona zəhərli dərman hazırlatdığı ya-zılıbmış. Orda yazılıbmış ki, İskəndər həmin dərmanı içsə öləcək.
Məktubu gözucu oxuyan İskəndər həkimin ona uzatdığı dər-manı aldı. Dərmanı başına çəkib içərkən də məktubu həkimə uzatdı ki, oxusun. Çox keçmədi ki, İskəndər yaxşılaşdı. Həkimə qarşı olan etimadı onun həyatını xilas etmişdi.
HƏDİYYƏ
Bir kəndçi baba günlərin bir günü padşaha hədiyyə aparmaq is-təyir. Ona görə də bağ-bağçasında nə ki gözəl armud var, yığır yığış-dırır, düzəlir yola. Sarayın qapısına gələndə qapıda dayanan qapıçı onu heç cür içəri buraxmaq istəmir. Kəndçiyə:
– Əgər verdiyin hədiyyənin əvəzində padşah sənə nə versə, ver-diklərinin yarısını da mənə verməyə razı olsan, səni padşahın hüzu-runa apararam.
Zavallı kəndçi neyləsin… Çar-naçar qalır və qapıçının şərtini, təbii ki, qəbul eləyir…
Nə isə çıxırlar padşahın hüzuruna. Padşah kəndçini belə gözəl hərəkətindən ötrü təbrik eləyir və üstəlik də:
– Əziz kəndçi baba! Mən sənə bunun əvəzində nə verə bilərəm? – deyə soruşur.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.