– Oğul, qaçmağın sonu yoxdur, deyirdi.
Çəliyilə Böyük Ağrını, Kiçik Ağrını göstərərdi.
– Bu gördüyün dağlarda nə qədər igidlər can verdilər. Qaçanın qovanı çox olar, deyərdi.
Onun nə demək istədiyini anlayırdım. Mənim sonumun nə ola-cağını öz-özümə soruşmağımı gözləyirdi. O gözləntilərin içində qorxunun da böyük bir yerə sahib olduğunu bilirdim. Amma çox vaxt ona cavab verəcək gücü özümdə tapa bilmirdim. Danışdıqlarını anlamazlıqdan gəlməyi seçirdim. Çünki özüm də sonumun nə ola-cağını düşünmək istəmirdim. Onun yanından qaçaraq uzaqlaşıb yaylaqlara gedir, çobanlarla qoyunlar, quzular, keçilər, itlər haqqın-da söhbət edirdim. Südün çobanlar tərəfindən necə sağıldığına, ya-ğın, pendirin necə hazırlandığına baxırdım.
Çobanlarla atlara minib yarışardıq. Sonra onlardan öyrəndiyim “Dirədöymə” oyununu oynayardım. Çəkilmiş dairənin içində saga-sola kəmər yelləyən çobana məndən başqa heç biri asanca yaxınlaşa bilməzdi. Çünki mən kəmərin bədənimdə şaqqıldamağını haqq edil-miş bir cəza olaraq görər, bədənimdən içimə doğru yayılan ağrını önəmli hesab etməzdim. Çobanlar bu halıma çox çaşardılar.
– Bu oğlan ağrıdan zövq alır, deyərdilər.
Vəhşi və heybətli dağların ortasında təkliyim və qorxularım art-dıqca artırdı. Heç bir şey məni sakitləşdirmirdi. Onlarla gözəlliyin və dincliyin içində ürək ağrılarımın və peşmanlıqlarımın iztirabıyla yanırdım.
Ölkədə baş verən hadisələr, gün keçdikcə artan təzyiq hekayə-ləri, ən ucqar kəndlərə qədər yayılmış ideoloji savaşlar, ictimai dəli-lik halını almış qarşılıqlı qətllər, hər gün fərqli gündəm tutmağa çalı-şan boşboğaz siyasətçilər artıq məni heç maraqlandırmırdı. İçimdəki yanğını dolanıb dayandığım dərələrə, təpələrə daşımaqla məşğul-dum və hər gün yeni bir peşmanlıqla geriyə dönməyi, yatağımı dü-şüncə tikanlarıyla doldurmağı vərdiş halına gətirmişdim. Hər gün yanlarına getdiyim çobanlar içində yalnız biri, Memo və onun söh-bətləri, davranışları xoşuma gəlirdi. Memo bəzən susqunluğuyla, bəzən də o cəld və şirin ləhcəsiylə mənə yoldaşlıq edirdi. Onun qo-yunları, quzuları, atı, kəkliyi, iti mənə də yoldaş olmuşdular.
Onun işləri səbəbiylə kəndə getdiyi vaxtlarda, kürəyimə onun yapıncısını atar, əlimə onun dəyənəyini götürər, belimə onun tütəyi-ni taxardım. İt, quyruğunu yelləyərək arxamdan qaçarkən, qoyun və quzular da məni Memo sanaraq qorxusuzca otlamağa davam edər-dilər. Ruhumun daraldığı, xəyallarımın tükəndiyi, səbrimin daşdığı, gözyaşlarımın bulaq kimi gözlərimdən fışqırdığı anlar Memonun ağ atına minər, dəli kimi sağa-sola sürər, qışqıra-qışqıra çapardım. Heç bir səs, heç bir gözəllik daşan duyğularımı sakitləşdirə bilməz, heç bir şey, yay kimi gərilən beynimi rahatlaşdıra bilməzdi. Aman Alla-hım, hər şey bir neçə güllə ilə necə dağılmış və paramparça olmuş-du! Ağrıdakı qar qədər ağ ümidlər itmiş, hər şey yerini dərin qaran-lığa və pessimizmə buraxmışdı. Qara və ümidsiz düşüncələrimlə baş-başaykən Memonun səsiylə özümə gəldim. Əlində qalın bir dür-məklə yanımda dayanıb məni çağırırdı.
–Kirvəm, bu kəkliyiin dadına bax, görək bəyənəcəksənmi?
Əlindəki dürüməyi götürüb dişlədim. Çörəklə birlikdə dişləri-min arasında parçalanan isti ət ağlımı başıma gətirdi.
–Memo, əlinə sağlıq, ət çox ləzzətliymiş!
Memo həm öz dürməyini yeyir, həm də yanında dayanan qəfəs-dəki Canonu oxşayırdı.
–Hələ səninlə nə ovlar edəcək, nə ətlər yeyəcəyik, deyirdi.
Mənəmi, yoxsa Canoya müraciət etdiyini bilmirdim. Yeməyimi-zi yedikdən sonra buz kimi bulaq suyundan içdik. Memo suyu saçı-na, başına çırpıb mənə eşitdirirdi:
–Kirvəm, bu su var ha, sirli sudur!
–Necə sirli?
–Nə qədər yemək yesən ye, bu sudan içdiyin zaman çox keçmə-dən yenidən acarsan, həm də mışıl-mışıl yatarsan.
Güldüm.
–Yuxu da görə bilərsənmi?
–Vallah görərsən! Həm də nə yuxu… Bir əlin yağda, bir əlin bal-da! Ye, babo, ye! Yanında huri kimi qızlar öp, babo, öp!
–Memo, – dedim, – bu huri kimi qızları həmişə yuxundamı gö-rürsən? Heç gerçək bir hurin yoxdumu?“
Memo ovucladığı suyu tüklü sinəsinə çırpıb dərindən içini çə-kərək, dikəldi.
–Qurban, vardır, amma qardaşları çox zalımdırlar.
–Öz kəndinizdəndir?
Əliylə qarşıkı dağı göstərdi.
–Bax, bu dağın arxasındakı kənddədir!
–Bəs gözəldirmi?
–Gözəl də sözdürmü kirvəm? Mələkdi, mələk! Bir xalça toxu-mağı var ki, çiçəklərini görsən oturub hönkür-hönkür ağlayarsan. Sanki bütün ürəyini, dərdini xalçanın çiçəklərinə toxuyur.
–Qardaşları nə deyirlər?
Memo bir neçə dəfə ah çəkdikdən sonra bulağın yanındakı çə-mənliyə çökdü. Cibindən çıxardığı qutudan iki kiçik həb çıxarıb ağ-zına atdı.
–Qardaşları bacılarını düşünmür kirvəm, deyə mızıldandı. On-ları yalnız pul düşündürür. Qız xalça toxuyur axı, belə bir sərvəti buraxarlarmı heç?
–Sən yenə də elçi göndərsəydin…
–Göndərdim.
–Nəticə?
–Başlıq pulu əvəzinə əlli qoyun istədilər. Məndə əlli qoyun nə gəzir?
Yanına gedib yumşaq otların üstündə oturdum. Əlimi çiyininə qoyaraq ona daha da СКАЧАТЬ