Son cənnət. Orhan Aras
Чтение книги онлайн.

Читать онлайн книгу Son cənnət - Orhan Aras страница 2

Название: Son cənnət

Автор: Orhan Aras

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ içimi çəkdim.

      – Qardaşım, sizlər də dinc dayanmırsınız… Tələbələrin hoqqa çıxarmadığı gün yoxdu ki… Artıq xəbərlərə baxa bilmirəm. Hər gün qan, hər gün ölüm! Bu işlərin axırı necə olacaq, bilmirəm.

      – Mən də bilmirəm – deyə mızıldandım. Amma yalnız biz deyi-lik ki? Onlar da bizi öldürürlər“.

      – Onlar sizi, siz onları! Sanki sizlər rus, onlar da amerikanlardır.

      Bir an köhnə vərdişimlə içimdəki ağrıları və narahatlıqları unut-dum və cəngavər cildinə büründüm.

      – Problemə bu qədər sadə yanaşmaq olmaz. Görürsən, məmlə-kət batıb gedir. Respublikanın qurulmasının üstündən hələ altmış il keçməmiş idarəçilər müstəmləkəçi dövlətlərin xidmətçisi oldular. Hələ Amerikanın dəstəklədiyi Milliyyətçi Cəbhə hökumətlərini qu-rur! Əks-partizan ov axtarır. Hər gün onlarla adam ya öldürülür, ya da itir!

      – Bəs siz heç öldürmürsünüzmü?

      – Məcbur olmayanda öldürmürük.

      – Boş sözdür! Sağçılar solçuları öldürür, solçular da sağçıları… Mənim başqa şeylərdən başım çıxmır, yoldaş! Amma bunu bir kəna-ra yaz! Bu işin sonu yaxşı bitməyəcək. Görəcəksən, əsgər gələcək və qundağının altında anamızı ağladacaq.

      Mənim danışmama fürsət vermədən avtomobili işə saldı.

      – Burada gözləyə bilmərik. Bu ara yoldan yola davam edək. Bəl-kə irəlidə yenidən ana yola çıxa bildik.

      Yarım saata qədər baxımsız, xaraba yolla getdik. Yolun ortasın-da bitmiş kollara, otlara toxunduqca sağa-sola yellənirdik. Təkər hər çuxura düşəndə, sürücü söyüş yağdırırdı. Mən özümü o yerə qoymurdum. Fikrim Yusifin yanındaydı. Görəsən, vaxtında xəstəxa-naya çatdıra bildilərmi? Güllə harasına dəyib? Mən atəş açanda mə-ni görmüşdümü? Xilas olsa məndən şikayətçi olardımı? Yanında kimlər vardı? Vurulandan sonra mütləq faşist yoldaşları ona sahib çıxmışdılar.

      Sürücünün ah çəkməsi ilə özümə gəldim. Yenidən asfalt yola çıxmışdıq. Bir neçə kilometr sonra İqdıra çatdığımızı bildirən yol işarəsi göründü. Sürücü başıyla yol işarəsini göstərdi:

      – Elə də yolumuz qalmayıb, – dedi. Burdan sonra daha diqqətli olmalıyıq. Sən kəndinizə gedən ara yolu vaxtında de, başqa yola gi-rib vaxt itirməyək! Bir də ana yoldan davam eləsək axtarış qrupları ilə qarşılaşa bilərik.

      – Oldu, – dedim.

      Kəndə yaxınlaşınca beton kanal boyunca uzanıb gedən qumlu Yaycı yolunu göstərdim, ana yoldan ayrıldıq. Səhərin soyuq işıqları-nı içinə çəkən kanaldakı su, yolboyu par-par parıldayırdı.. Səhər sa-at beşi bir az keçmiş kəndə çatdıq. Həyəcanımın davam etməsinə baxmayaraq qorxularım birazca azalmışdı. Avtomobilin şüşəsini en-dirdim. İçəriyə dolan soyuq külək daralmış nəfəsimi asanlaşdırdı. Dərin-dərin nəfəs aldım. Kəndin girişində qarşımıza çıxan kiçik çay boyunca sıralanmış iydə ağaclarının yanında sürücüyə dayanmasını söylədim. Atamgili bu saatda oyandırmaq və qorxutmaq istəmir-dim. Onsuz da saat altıda qalxır, heyvanları yemləyirdilər. Sürücü yolun ortasında dayanıb qərar verməyimi gözləyirdi. İrəlidəki qum mədənini göstərdim.

      – Burada bir az gözləyək, dedim. Atamgil oyansın kəndə sonra girək.

      – Necə məsləhətdi… – dedi.

      Yoldan çıxaraq avtomobili qum mədəninə doğru sürdü. Buralar qonşu kəndə qədər qumluq idi. Yaşlılar, qədimdən bu yerlərdə göl olduğunu və zamanla suyu çəkilərək quruduğunu danışardılar. Uşaqkən yoldaşlarımla az qala hər gün bura iydə yeməyə gəlirdik. Buranın iydələri “barmaq iydə“ deyilən növdən idi və xurma kimi ətli olardı.

      Sürücü qazılmış böyük çuxurun yanında avtomobili saxladı. Qarşıda böyük qum yığını vardı. Alt tərəfində kiçik-kiçik çuxurlar açılmışdı. “Yenə yumşaq qum üçün yeri qazıblar“ – deyə düşün-düm.

      Uşaqkən bizlər də bəzən əllərimizlə, bəzən də kiçik kürəklərlə qumu qazardıq. İbtidai məktəbdəykən hava yaxşı olanda müəllimi-mizlə bura gəlirdik. Ağacların kölgəsində qumların üstündə səpələ-nib oturar, dərsə hazırlaşar, müəllim yanımızdan uzaqlaşar-uzaqlaş-maz da qışqıra-bağıra danışar, gülərdik. Açıq hava, gömgöy səma, çəmənə yayılmış müxtəlif rəngli otlar və qarmaqarışıq qoxular ze-hinimizi açar, sevincimizə sevinc qatardı. Gülə-gülə, oynaya-oynaya o günə qədər bilmədiyimiz yeni məlumatlar öyrənərdik. Müəllimi-miz sərt, amma məlumatlı adamlar idi. Oyunlarla, mahnılarla ürəyi-mizi almağı bacarar, təptəzə, bomboş yaddaşımıza növbənöv məlu-matların ilk sözlərini doldurardılar. Marşlar oxuyanda o uşaq ürək-lərimizlə həyəcanlanar, yerimizdə dayana bilməzdik. Ayaqlarımızı yumşaq qumlara vura vura, hamı bir ağızdan; “Dağ başını duman almış, yürüyelim arkadaşlar”, marşını oxuyardıq. Bu marş Mustafa Kamal Atatürkün yoldaşlarıyla birlikdə oxuduğu marş imiş.

      Müəllimimiz, dərsdən sonra bizi sərbəst buraxar, özü də bizlər-dən bir az kənarda bir yerə yanpörtü uzanıb kitab oxuyardı. O, Cila-vuz Kənd İnstitutunu bitirmişdi və əlindən hər iş gəlirdi. Gündüz bizə dərs verər, axşamları kafedə saz çalar, hekayələr danışardı. Boş zamanlarında kəndlilərə kömək edər, onlara divar hörməyi, toyuq və balıq artırmağı öyrədər, tarladan necə yaxşı məhsul alınacağı ba-rədə nəsihət edərdi. Mənim ürəyimdə müəllimlik atəşini o alovlan-dırmışdı. Hələ orta məktəbdəykən müəllimlik məktəbinə getmənin yollarını axtarmış və imtahanla qəbul edilən müəllim məktəbinə bi-rinciliklə qəbul olunmuşdum.

      Baxışlarım yenidən ucsuz-bucaqsız qumluğa sataşdı. Müəllimi-miz bizi sərbəst buraxınca qarışqa kimi hər yerə yayılar, bəzilərimiz yemlik və ya saqqız otu axtarışına çıxar, bəzilərimiz də yeri qazaraq qumdan ev düzəldərdik.

      Mən çox vaxt Yusiflə oynayardım. Mən material daşıyardım o isə qumla, budaqlarla xəyalındakı evləri qurardı. Divarları, qapıları, pəncərələri, damları elə həqiqi hörərdi ki, hamı heyranlıqdan donub qalardı.

      Yusifin xəyalı birdən ortaya çıxaraq qumluğun ortasında qar-şımda dayandı. Qorxuyla əlimi gözlərimin üstünə apardım. O isə mənə gülümsəyirdi. Şalvarının uzun və geniş paçaları paramparçay-dı və ayaqqabısız ayağındakı dəlik corablarından çölə çıxmış baş barmağı gözlərimdə böyüdükcə böyüyürdü.

      O anda səhərin səssizliyi bir sağsağan çığırtısıyla pozuldu. Qor-xudan diksindim. Ürəyim əsdi, titrədim. Bu saatda sağsağanın bura-da nə işi vardı? Yusifin anasına xəbərmi aparırdı, görəsən? Kəndi-mizdəki СКАЧАТЬ