Son cənnət. Orhan Aras
Чтение книги онлайн.

Читать онлайн книгу Son cənnət - Orhan Aras страница 4

Название: Son cənnət

Автор: Orhan Aras

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ divarın dibində heykəl kimi daya-nıb, bir ağlayan anama, bir də mənə baxırdı. Onun da içindən ağla-dığını bilirdim. Arada hıçqırırmış kimi çiyinləri silkələnir, dayandığı yerdə dala-qabağa yellənirdi. Allahım bu yoxsul, bu çarəsiz, bu dün-yadan xəbərsiz adamın başına nə işlər açmışdım! Qərarsızlıq içində gözlərini qırpıb göyərmiş incə dodaqlarını dişləyərək soruşurdu:

      – Hara?

      Sonra qutunu çıxararaq siqaret yandırmağa cürət etdi. Sonra ağ-lına gələn bir düşüncənin sevinciylə qutunu yastığın üzərinə saldı. Qutunun içindəki sapsarı Muş tütünü yumru, qırmızı çiçəkli yastı-ğın üzərinə dağıldı..

      – Dağa, ananın dayılarının yanına aparım səni! – dedi.

      Anam ağlamağını kəsib dik-dik atamın üzünə baxdı.

      – Ora olmaz! – deyə qışqırdı. Oralarda jandarma qaynayır!

      Atamın çənəsi sinəsinə düşdü.

      – Düzdür, orada polis bölməsi var, – deyə mızıldandı.

      Yenidən otaqda var-gəl etmələr, ağlaşma başladı. Qardaşlarım qatıq qazanının ətrafında donub qalmışdılar. Ağlamaqla susmaq arasında çaşmışdılar. Mən gözlərimi atamın rəngdən-rəngə düşən üzünə dikmiş onun hərəkətlərini izləyirdim. Ürəyimdən daşan səs-küylər ağılımı başımdan almışdı. Başmı daş divarlara vura-vura parçalamaq istəyirdim.

      Nəhayət, atam məni Ağrıya yaxın bir kənddə yaşayan öz dayı-larının yanına aparmağa qərar verdi.

      – İllərdir görüşmürük, amma igid insanlardır, – dedi.

      Sözlərini deyib dərhal axıra qaçdı və atları hazırlamağa başladı. Anam bir tərəfdən ağlayır, bir tərəfdən də mənə nə isə yedirməyə çalışırdı. Bütün səyinə baxmayaraq boğazımdan heç nə keçmirdi. Çaxnaşma halında sağa-sola qaçır, öz-özünə zümzümə edir, arada Yusifin adını xatırlayırdı. Ağlayırdımı, ağımı, qarğışmı oxuyurdu müəyyən deyildi. Sonra arada sakitləşdi sanki, illər əvvəl cehiz ola-raq atasının evindən gətirdiyi böyük sandığını açdı. Paltarların ara-sından qalın iplə sarılı qızıllarını çıxardı. Ağ qalın iplə birlikdə qızıl-ları buşlatımın cibinə soxdu.

      – Can, gözümüzün işığı, özündən muğayat ol, nə olar, – dedi. Lazım olsa, bunlarıxırdalayıb, xərcləyərsən!

      Qızılları götürmək istəmədim. Onun illərcə qara günlər üçün saxladığı və əlində dünyadakı tək maddi varlığı olan qızılları ondan almaq mənə ağır gəlirdi. Neçə dəfə, məktəbi bitirib pul qazanmağa başladıqdan sonra ona alacağım qızılların xəyalını qurmuşdum. Ağ-laya-ağlaya cibimdən çıxardığım qızılları ovucuna qoydum.

      – Ana, məni daha çox ağlatma, götürə bilmərəm, – deyə qışqır-dım.

      Amma o israr etdi, üzümü gözlərimi öpdü, ağladı və götürmə-yim üçün yalvardı.

      – Götürməsən südümü sənə halal etmərəm, – dedi.

      Qızılları yenidən cibimə qoymasına maneə ola bilmədim. Tor-baya bir neçə parça geyim qoydu. Boynuma öz hördüyü qırmızı bir şal bağladı. Hamısına bərk-bərk büründüm. Uşaqları öpdüm, qoxla-dım. Qollarını boynumdan heç cür açmayan anamın yanaqlarından, boynundan dəfələrlə öpdüm. Atam içəri girib atların hazır olduğu-nu deyəndə həyəcanla çölə çıxdım.

      – Camaatın xəbəri olmadan kənddən çıxaq, – dedi atam.

      Arxamca çölə qaçan və yenidən boynuma sarılan anamın qolla-rından zorla qurtuldum və əlimdə anamın verdiyi xurcunla atın be-linə atıldım. Anam arxamızdan bir vedrə su səpərkən arxaya dön-düm və palçıq suvaqlı iki otaqlı evimizə, mavi boyalı pəncərənin önünə öz əllərimlə əkdiyim salxım söyüdə, boynu bükük anama və onun yanında çaşbaş olub baş verənləri seyr edən qardaşlarıma son dəfə baxdım. İçimdən bir səs, artıq onları heç vaxt görə bilməyəcəyi-mi deyirdi. Gözlərimi qapıları mavi boyalı evimizdən, ağ çadra çi-yinlərinə düşmüş gözləri yaşlı anamdan, çaşqınlıqla üzümə baxan qardaşlarımdan qaçıraraq uzaqlara, üfüqləri boydan boya əhatə et-miş böyük Ağrı dağının zirvəsindəki ağlığa dikərək atımı mahmız-ladım. At altımda yanıqlı-yanıqlı kişnədi.

      Günəş Sürməli çuxurunun üzərində yayıldıqca yayılırdı. Ürə-yim parça-parça idi. Artıq ayrılığın üzəngisinə basmışdıq. Dönüşü yox idi.

      II

      –Kirvəm, – dedi Memo. Bu Cano var ha, bu Cano, inan çox igid-dir! Sən bu kəklikləri bilməzsən. Bax, kəklik var oxumağı da bacar-mır. Oxumayan kəklik işə yaramaz, bunu biləsən! Sonra bunlar baş-qa-başqa yerlərdə oxuyarlar. Onların dilini biləcəksən! Dilini bilmə-din kəklik ovlaya bilməzsən, qaçarlar səndən!

      –Sən dillərini anlayırsanmı?

      –Mən anlayıram.

      –Bəs igidliklərini necə anlayırsan?

      –Oxumaqlarından, dedi Memo. İndi kəklik canlı oxudumu o biri kəklikləri də başına toplayar. Cansız və mənasız oxuyan kəkliyi heç bir kəklik dinləməz. Cavab belə verməzlər. Hələ bunların bir də çilli-si var. Onlar çox qürurludurlar. Onları əsla canlı tuta bilməzsən. Tu-tulduqları an öz canlarına qıyarlar.

      –Tutanda ölürlər?

      –Bəli, dedi Memo. Tutulanda elə hövllənirlər ki, o dəqiqə ölür-lər.

      Külrəngi çılpaq qayalara yapışaraq zirvəyə doğru dırmaşdıq. Yuxarı dırmaşdıqca sərinlik artırdı. Böyük bir qayanın altından bilək qalınlığında axan suyun yanına çatıb dayandıq. Memo sağ əlini alı-nına sipər edərək yuxarıya baxdı.

      –Yuxarıda kəkliklər bizi gözləyirlər, – dedi.

      –Qorxuyla yalçın qayalara baxdım. Heç bir şey görünmürdü.

      –Hələ dırmaşırıqmı? – deyə soruşdum.

      –Yox, kirvəm, – dedi Memo. – Bura gözəldir. Bizim getməyimi-zə ehtiyac yoxdur artıq. Cano onları bura gətirməyi bacarar.

      Canonun qəfəsini yastı bir qayanın üzərinə yerləşdirdi. Sonra qəfəsin yaxınındakı qayanın önünü otlarla bağladı. Hazırlığını ta-mamladıqdan sonra məni yanına çağırdı.

      –Kirvəm, bax, biz burada gizlənəcəyik, dedi. Sən heç bir şey et-mədən dayandığın yerdə gözləyəcəksən. Sadəcə izlə.

      –Oldu, – dedim.

СКАЧАТЬ