–Oğul, yaşamaq çox çətindir, – deyərdi.
–Yaşamaq nədir nənə? – deyə soruşardım maraqla. Getmək ki-mi bir şey… Yox, yox, ot biçmək, ata minmək, qoyun sağmaq kimi-dir, – deyərdi. Amma bunlar çətin deyil ki, nənə, – deyib gülərdim.
İzah edə bilməməyin çətinliyi gözlərində toplanardı. Badam gözlərini gözlərimdən qaçırardı.
–Gözlə, səhər açılanda sənə göstərərəm, – deyərdi.
Eləcə qolboyun yatardıq. Sonra səhər oyanar oyanmaz nə isə yeyib tarlaya gedərdik. Əli əlimdə bir gənc qız kimi yellənə-yellənə gedərdi. Yeni biçilmiş otların arasından keçərdik. Hər yer nanə və jasmin qoxusu verərdi. O, arada bir dayanar, gözlərini yumaraq bü-tün qoxuları içinə çəkərdi.
–Sən də bir iylə, bax, yaşamaq budur, – deyərdi.
Dayanıb qoxlayardım. Heç bir şey anlamazdım və zəhlətökən-liyə başlayardım.
–Hanı nənə, haradadır yaşamaq?
Gümüş üfüqləri, incə uzun qovaqları, yaşıl söyüdləri, unlu yar-paqlarıyla yaşıl qabıqlı iydələri, analarının qarınlarına başlarıyla vu-ran quzuları göstərərdi.
–Yaşamaq budur, bax – deyə qışqırardı. Səsi dəryaz çəkən kənd-lilərin səs-küyü arasında itər gedərdi. Mən də ona baxıb gülərdim.
–Heç də çətin deyil yaşamaq, deyərdim öz-özümə. Ah, həyatın nə qədər çətin olduğunu daha yeni-yeni anlamağa başlamışdım.
Böyüdükcə nənəmlə daha konkret mövzular haqqında danışar-dıq. Ondan, babamın onu necə qaçırdığını soruşardım. Hər dəfə qa-çırıldığını zövqlə danışardı. Danışarkən sanki o günlərə dönər, at üzərində otururmuşcasına çiyinlərini düzəldib, donqar kürəyini dimdik tutmağa çalışardı.
–Babanız, qorxmaz adam idi, deyə danışardı. Heç biriniz ona bənzəməmisiniz! Ata minməyi, at üzərində dayanması, atı mahmız-lamağı başqa aləm idi. Bu mövzuda kimsə onunla yarışa bilməzdi! Bizim tərəflərə gələndə mən Qurusuda paltar yuyurdum. Evlənmək üçün qız axtarırmış. Bir neçə dəfə bir-birimizi görmüşdük. O gün məni tək-tənha Qurusunun sahilində görəndə atını üstümə sürdü. Üstümə elə gəldi ki, qaçmağa fürsət belə tapa bilmədim. Bir qartal kimi məni tutdu və qucağında möhkəm sıxaraq atını şimşək kimi sürdü. Ağladım, çırpındım, söydüm, amma fayda etmədi. Sonunda təhdid etdim: “Mənim beş qardaşım var”, – dedim. “Bilirsən, bura-dakı insanlar namus məsələsində həssasdırlar, hara qaçsan da tapar-lar səni! Əhəmiyyətsiz hesab etdi, güldü, keçdi. Məni kəndə gətirdi. Sonra bir molla çağırıb nikahımızı kəsdirdi. Bir neçə gün içində onun yad kənddən qız qaçırdığı xəbəri hər yerə yayıldı və qardaşla-rımla qohumlarım bir gecə yarısı kəndə hücum etdilər. Yağış kimi yağan güllələrin səsləri, ürkən atların kişnəmələrinə qarışırdı. Mən qorxumdan yatağa girib üstümüi möhkəm-möhkəm örtmüşdüm. İki tərəfdən də ölən olmasın deyə dalbadal dua edirdim. Qarşıdurma uzandıqca, güllə səsləri artdıqca narahatlığım artırdı. Bir an hər şeyi gözə aldım və çölə atıldım. Başımdakı ağ başörtüyü açdım və dö-yüşənlərin aralarına atdım. Güllələr bir müddət susunca, səssizlik-dən faydalanan bir neçə ağsaqqal araya girib və iki tərəfi barışmağa razı saldı.
Barışıqdan sonra qardaşlarım, əmioğlanlarım mənim əvəzimə günlərlə burdan evlərinə saman, ot, buğda daşıdılar. Bir il boyu on-lara işlədik. Sonra get-gəl oldu, dostlaşdıq və aradakı buzlar əridi getdi.
Atamla Məcid dayı söhbət edərkən mən nənəmin danışdıqlarını xatırlayır, daşdan hörülmüş və tavanından qırıq qamışlar sallanan otağının ən qaranlıq küncünə çəkilərək, dar pəncərəsindən tünd qa-ranlığa gözlərimi dikərək atamı düşünürdüm. Məktəbdən qaçıb gəl-diyimdə necə də sarsılmışdı! O an artıq bütün ümidlərinin bitdiyini analmışdım! Özünün, kiçik də olsa bir məmur, ya da baş məmur atası olma xoşbəxtliyini dada bilməyəcəyini anladığını, kiçik gözləri-nə çökən kədərdən oxumuşdum.
Titrək neft lampasının birtəhər işıqlandırdığı dağların yamacın-dakı daş evin içində, gözyaşlarını içinə axıdan igid atamla Məcid da-yı gecəyarısına qədər söhbət etdilər. Bəzən baxışların mənə döndü-yünü, dərin nəfəslərin alınıb verildiyi, başların kədərlə yelləndiyi söhbətlərin məzmununa fikir vermədən, çəkildiyim küncdə öz özü-mü sorğulamaqla vaxt keçirdim.
Bir gün sonra atam məni Məcid dayıya əmanət etdi və kənddən ayrıldı. Gedərkən uzun-uzun sarıldı, öpdü, dəfələrlə, “Özünə diqqət yetir”, – deyə tapşırdı.
Atına minib dağların arxasında itənə qədər onu izlədim. Atının qarınına tez-tez toxunuşundan və arxasına heç baxmadığından, ata-mın ağladığını anlamışdım. Ağlamaq üçün evin arxasına qaçdım. O an bütün ideallarımın coşqunluğu içimdən silinib getmiş, döyüşüm və kapitalist nizamın yıxılması üçün sıxdığım güllə bütün şiddətiylə dönüb öz böyrümə girmişdi. Evdə boyunubükük qoyduğum iki qo-canın dözülməz gözyaşları, peşmanlığımı və özümə olan əsəbimi son həddə çıxarmışdı. Özümə də, həyata da, ideologiyalara da nifrət edirdim artıq!
Yusifin günahsız və əzik baxışları gözlərimin qarşısından get-mirdi. Onun o mehribanlığı və uşaq məsumluğu vicdanımın alınına silinməz bir damğa kimi vurulmuşdu. Kənd küçələrində çiling-ço-maq oynamağımız və yoxsulluğu ən dözülməz nöqtəsinə qədər pay-laşdığımız günlər, yaddaşımın dərinliklərindən bir-bir çıxaraq bü-tün düşüncələrimi alt-üst edirdi. Yusif, günəşdə yanmış üzü, qəmzə-li yanaqları, canlı, incə dodaqları, işıltılı qara gözləriylə, cırıq pencə-yi, yuyunmaqdan rəngini itirmiş köynəyi və kəmərsiz, paçaları yer-də sürünən СКАЧАТЬ