ÖTÜKƏNİN MAHİR OXATANI
Ertəsi gün günortadan sonra ox atma yarışları keçirildi. Günortadan öncə güləşlər bitmişdi.
İnal Tarkan və Doqquz Oğuz bəyi Bilgə Tudun digər güləşçilərin hamısını yenəndən sonra bir-birləri ilə tutaşmış, qalib gələ bilməyərək, bərabərə qalmışdılar. Onbaşı Yamtar isə ilk güləşdə Bilgə
Tuduna məğlub olmuşdu. Bilgə Tudun cox güclü bir pəhləvan idi, amma onbaşı Yamtarın ona tezliklə məğlub olması onbaşı Parsın qanını qaraltmışdı. Guləşdən sonra Yamtardan soruşdu:
− Sən ona bəlkə də qalib gələ bilməzdin, amma bu qədər tez də yenilməməliydin. Sənə nə oldu?
Bir yerinmi ağrıyır? Xəstələnmisən?
− Xəstə deyiləm. Ağrıyan yerim də yoxdur. Başa düş ki, qarnım tox deyil. Kişi savaşa güləşə
çıxmazdan öncə üç günlük azuqəsini birdən yeməsə, onun qolunda gücümü olar? Gün doğarkən yalnız bir çamçaq kımız içdim. Boş mədə ilə edilən güləş bu qədər olar. Sonra Doqquz Oğuzlar 23
savaşda da, döyüşdə də qatı qollu olurlar. Doqquz Oğuz bəyi bizim Ötukən buğrası16 İnal Tarkanı da yenməsindən qorxmuşdum.
Bu zaman nağaralar çalınıb borular gurladı. Oxatma yarışları başlayırdı. Hər kəs öz yerini tutmağa çalışdığı zaman gur səslə bir carçı car çəkirdi:
− Ötükənin ərləri ox atacaqlar. Göy Türk kağanına baxan bu qədər boyun sayılan igidləri oz məharətlərini göstərəcək-lər. Göy Türk ərləri: Tomis, Taqduş əsgərləri, doqquz oğuz igidləri, Karluq bahadurları, Qırğızlar, Bayırkurlar, Kurikanlar, Basmıllar, Kitaylar, Tatarlar, Oğuz Tatarlar, bütün təginlər, şadlar, yabqular, iltəbərlər, bəylər, buyruqlar, tarkanlar17, əsgərlər, ox atacaqlar! Qara Kağanın əziz qonağı məşhur Çin bəyi, Şen-kinq də ox atacaq! Hər kəs yerini tutsun!…
Aradan çox qısa bir zaman keçdi. Böyük meydan minlərlə əsgər və bahadırla dolmuşdu.
Ortalıqda bir uğultu vardı. Kağanın çadırı hər zmankı kimi bu uğultudan uzaqdı. Çevrəsində heç bir səs eşidilmirdi. Əsgərlərin toplanması bitincə Qara Kağan sağında Katun, solunda qonaq çinli bəy Şen-kinqlə birlikdə göründü. Həmin anda da hər yan sakitlikdi. Hə kəs yerə diz vurdu. Bir az sonra da bəylər, kağanın soluna və sağına düzüldülər. Yerlər tutulduqdan sonra carçıların gur səsi ortalığı bürüdü.
− Ulu Kağan Ötükənin ərlərini yarışa çağırır. Qolunun gücünə, gözünün itiliyinə güvənən, meydana çıxsın!…
Bu gün ortadakı meydan həmişəkindən daha böyük görünürdü. Əsgərlər çevrəni bir az da geniş
tutmuşdular. Kağanın oturduğu yerin solunda nişan taxtası yüksəlir, üstündə qaraya boyanmış nişan çevrələri yaxşıca seçilirdi. Bu nişan çevrələrinin sayı dörd idi. İlk yarış bu çevrələri yuxarıdan aşağı vurmaqla başlayacaq, bacarmayanlar mey-dandan çəkiləcəkdir. Kağanın sol tərəfində, uzaqda olan tamaşaçılar oxların nişan taxtasına necə sancıldığını görə bilməyəcəkdilər. Carçı onlara nəticəni qışqıracaqdı, amma bu, gözlə görmək ləzzətini veməyəcəkdi.
Türk adətincə, qonaq hörmətli tutulduğundan kağan bu sınaqlarda iştirak etməyi özü diləmiş
olan Şen-kinqə ilk oxu atması üçün izn verdi. Çinli bəy yerindən qalxdı. Ona yol verən bahadırların arasından keçərək meydana çıxdı. Yerişində bir əda, qoluna və nişançılığına güvənən bir öyünmə
halı vardı. Əvvəlcədən müəyyən edilmiş yerə çatanda dayandı. Bir əsgərin uzatdığı yayla oxu aldı.
Oxunu yerləşdirib yayı gərərək nişan aldı. Ətrafı səssizlik bürüdü. Surətlə uçan oxun səsini ən uzaqlarda dayanmış olanlar belə eşitdi. Birinci ox taxtaya dəydi. Amma ən üstdəki çevrəyə düşmədi.
Ondan bir az yuxarıdakı açıq yerə saplanıb qaldı. Carçı oxun çevrədən dörd barmaq aralı saplandığını hayqırarkən sanki ortalıq bir az da səssizləşdi. Hamı ikinci oxun atılmasını gözləyirdi.
Şen-kinq sanki bu uğursuzluğa əhəmiyyət vermirdi. İkinci dəfə əsgərin uzatdığı oxu aldı. Yayı yenidən çəkdi. Ox yenə taxtaya, amma ikinci cevrəyə deyil üçüncüyə saplandı. Ortalıqda yenə
səssizlikdi. Yalnız çinli bəyin üzü bir az avazımışdı. Üçüncü ox birinci çevrənin bir qarış yuxarısına dəydi. O ana qədər qımıldanmayan, nəfəs çəkməyən ərlərin arasında yenə səs çıxarmadan bu vəziyyəti izləyən Kür Şad yerindən qalxdı. Kağanın önünə gələrək qəzəbini bildirdi:
− Çinli qonaq bizimlə neyçün əylənir?
Katunun önündə sorulan bu sorğuya kağanın sərt bir cavab verməsi gərəkdi. Amma o, hələ
ağzını açmamış əsgərlər arasında bir səs-küy qopdu. Hələ arxa tərəfdə ərlər dalğalanır, uğultu getdikcə artırdı. Kür Şad surətlə döndü. Amma vəziyyəti görüncə onun da dodaqlarına xəfif bir təbəssüm çökdü. Kağana baxdı. O da istər-istəməz yavaşca gülümsəyirdi.
Əsgərlərin belə coşmasına səbəbkar onbaşı Sançardı. Gənc onbaşının ildə bir dəfə, o da heç gözlənilməyən vəziyyət qarşısında gülərdi. Özgə zamanlarda isə Onbaşının heybətli üzü daim sərt, düşüncəli olar, dəstəsindəkilərdən və silahlarından başqa heç nə ilə maraqlanmazdı. Bu gün də sərt üzlə meydana çıxdı. Arxada qaldığından atından enməyərək gözlədi. Şen-kinqin çıxışını və yayını gərməsini ürəyi titrəyərək seyr etdi. Əcaba bu yabançı kişi nə dəyərli usta nişançıdır ki? Onbaşı Sançar bunu öyrənməyi çox istəyirdi. Birinci oxun hədəfə dəyməməsi onbaşının halını heç dəyişdirmədi. Yalnız qorxunun azaldığını göstərən dərin bir nəfəs aldı. İkinci, üçüncü oxların 16 Buğra − erkək dəvə
17 O dönəmin boy adları
24
uçuşunu da izlədi. Amma, Kür Şad çinlinin bu bacarıqsızlığını istehza sanıb da kağana deyərkən atılan dördüncü ox gedib nişan taxtasının kənarından keçərək türk əsgərinin börkünü havaya uçurunca onbaşı özünü saxlaya bilmədi. Qəhqəhələrlə bayılacaq, qəşş edəcək kimi gülür, atının üzərindən sola doğru əyilirdi. Yaxındakılar və uzaqdakılar bir an ona çaşqın gözlərlə baxdılar.
Amma az sonra onbaşı Sançarın qəhqəhəsini batıran bir çox yeni qəhqəhələr də yüksəldi. Böyük meydanı dərin bir uğultu СКАЧАТЬ