Qiyamət günü açarı. Джеймс Роллинс
Чтение книги онлайн.

Читать онлайн книгу Qiyamət günü açarı - Джеймс Роллинс страница 5

Название: Qiyamət günü açarı

Автор: Джеймс Роллинс

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ eşidən Marko diksindi. Qatillərdən biri ona yaxınlaşırdı. Onun yalnız bir sonuncu hərəkətə vaxtı qalırdı.

      O, bir saniyə də fikirləşmədi. Marko iz buraxmamaq üçün qanayan yarasını sıxıb yana çəkildi və qorumalı olduğu şeyi gizlətdi. Bundan sonra o, apsidanın mərkəzinə qayıtdı və qur-tulmağa ümid etməyərək diziüstə çöküb ölümünü gözlədi.

      Addım səsləri mehraba yaxınlaşdı. İnsan fiquru göründü. Kişi dayandı və diqqətlə qaranlığa baxdı.

      Bu, qatil deyildi. Marko bu insanı yaxşı tanıyırdı. Covanni gələn adamın diqqətini cəlb edərək zarıdı. O, təəccübdən dondu, sonra yaralıya tərəf tələsdi.

      − Marko?

      Ayağa qalxmağa taqəti olmayan Marko bir an ümid və

      şübhə arasında qalaraq ona baxırdı. Lakin kişi üzündə təbii təlaş ona tərəf atıldı. Bu, Markonun keçmiş müəllimi gecəyarısı hazırkı görüşünü təyin edən adam idi.

      19

      − Monsinyor Verona… – Marko bütün şübhələrini unudaraq, bu adamın onu heç vaxt satmayacağına qəlbən ina-nıb çətinliklə dedi.

      Marko əlini qaldıraraq boş ovcunu açdı. O biri əli əvvəlkitək qarnına batmış oxun lələkli ucundan yapışdı.

      Yanıb-sönən işıq Markonun diqqətini aşağı çəkdi. Oxun ucundakı diodun qırmızı işığı onun gözü önündə yaşıla çevrildi.

      Yox…

      Partlayış qan, tüstü və tökülmüş içalat izini mərmər döşəmədə qoyaraq Markonu kənara atdı. Covanni ata qar-nında açılan deşiklə yanıüstə mehrabın dibinə düşdü. Süzülən gözləri ucalan zərli abidədə qaldı. Sönən hafizəsində bir ad üzə

      çıxdı.

      Petrus Romanus.

      Romalı Pyotr.

      Bu ad müqəddəs Malaxiyanın peyğəmbərlik siyahısında sonuncu idi. Hazırkı katolik kilsəsinin başçısını əvəz edib, yer üzündə sonuncu papa olacaq adamın adı idi.

      Marko uğursuzluğa düçar olduğundan belə nəticənin qarşısını almaq mümkün deyildi.

      Markonun gözləri qarşısında hər şey qaraldı. O, eşitmə

      qabiliyyətini itirdi. Onun danışmağa gücü qalmadı. O yanıüstə

      düşərək apsidanın üzərindən papa Urbanın sərdabəsinə, qə-birdən çıxan bürünc skeletə baxırdı. Covanni atanın çox qoruduğu bapbalaca kisəcik skeletin sümüklü barmağından asılmışdı. Marko dəridə yandırılmış qədim simvolu təsəvvür etdi.

      Onun içində dünya üçün yeganə ümid var idi. Son nə-fəsində Marko bunun kifayət olması üçün dua etdi.

      20

      Birinci hissə

      Spiral və xaç

      Çərşənbə axşamı,

      9 may

      Təcili nəşr üçün

      “VİATUS” ƏRZAQ ÇATIŞMAZLIĞI PROBLEMİNİN

      HƏLLİ ÜÇÜN İSTİQAMƏT ALIR

      Oslo, Norveç (“İşgüzar xəbərlər”). “VİATUS İnternational”, dünya bazarında qabaqcıl neft-kimya kompaniyası, bu gün yeni şöbənin yaradılması haqqında məlumat verdi. Bu kompaniya dənli bitkilər sahəsində biogenetik tədqiqatlarla məşğul olacaq.

      “Yeni şöbənin vəzifəsi kənd təsərrüfatı məhsuldarlığının kəskin surətdə artmasına kömək edən texnologiyaların hazırlanmasından ibarət olacaq və dünyanın ərzaq və

      yanacağa artan ehtiyacını ödəməyə imkan verəcək, − deyə

      “VİATUS International” kompaniyasının prezidenti İvar Karlsen elan etdi. – Dənli bitkilərin biogenetik tədqiqatlar şöbəsini təşkil edərək biz “Manhetten layihəsi”nin kənd təsərrüfatı ekvivalentini yaradıb, bu təhlükə ilə mübarizəyə

      bütün gücü-müzü sərf etməyə hazırlaşırıq. Heç bir uğursuzluqdan söhbət gedə bilməz – bunda bizim kompaniya kimi bütün dünya da maraqlıdır.”

      Son illər kompaniya tərəfindən patentləşdirilmiş hib-ridləşmənin və transgenli texnologiyaların yeni üsulları dənlilərin, qarğıdalı və düyü məhsuldarlığının otuz beş faiz 21

      

      artmasına imkan vermişdir. Karlsenin sözlərinə görə, “VİATUS” yaxın beş ildə bu göstəricilərin iki dəfə artacağını gözləyir.

      Buenos-Ayresdə keçirilən ərzaq problemləri üzrə bu-günkü konfransdakı nitqində Karlsen bu yeni şöbənin yaranması zərurətini izah etdi. Ümumdünya səhiyyə təşkilatını məlumatlarına əsaslanaraq, Karlsen xatırlatdı ki, dünyanın üçdə biri üçün aclıq təhlükəsi var. “Biz qlobal ərzaq böhranı qarşısındayıq, – o, dedi. – Aclıq çəkənlərin çoxu üçüncü dünya ölkələrində yaşayır. Aclıq iğtişaşları onsuzda qeyri-stabil olan regionlarda vəziyyəti daha da gərginləşdirərək bütün Yer kü-rəsinə yayılır.

      Karlsen etiraf edirdi ki, ərzaq çatışmazlığı problemi yeni minillikdə içməli su və enerji ehtiyatlarını qabaqlayaraq birinci yerə çıxır: “Yeni biotexnologiyalar hesabına ərzaq məhsullarının istehsalını qlobal təhlükəsizlik, həmçinin sırf hu-manitar nöqteyi-nəzərdən xeyli artırmaq israrla vacibdir.”

      Kənd təsərrüfatı yeniliklərində aparıcı rol: “Fortune” jur-nalının “yüz böyük şirkət” siyahısına daxil olan “VİATUS international” şirkətinin Osloda mənzil qərargahı var. 1802-ci ildə yaranmış kompaniya öz məhsullarını həyatın keyfiyyətini və davamlılığını tədqiqatlar və innovasiyalar sayəsində artıraraq dünyanın yüz səksən ölkəsinə çatdırır. Onun səhmləri Nyu-York Fond Birjasında “Vİ” simvolu altında satılır.

      “VİATUS” adı latınca iki sözdən: “Via” – yol. və “vita” – həyat sözlərindən yaranmışdır.

      22

      1

      9 oktyabr, saat 04:55

      Mali, Qərbi Afrika

      Ceyson СКАЧАТЬ