Qiyamət günü açarı. Джеймс Роллинс
Чтение книги онлайн.

Читать онлайн книгу Qiyamət günü açarı - Джеймс Роллинс страница 1

Название: Qiyamət günü açarı

Автор: Джеймс Роллинс

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ Tarixi xarakterli qeydlər

      On birinci əsrin ikinci yarısında ingilis kralı Fateh Vilhelm özünün yeni torpaqlarının ətraflı təftişinin aparılmasını əmr etdi. Bu cəhdlərin nəticəsi olaraq, “İngiltərənin torpaq siyahısı” adını almış – orta əsrlərdəki həyat tərzinin ən ətraflı təsvirini əks etdirən böyük bir cild alındı. Tarixçilərin çoxu bu nəticəyə gəlirlər ki, bu cür möhtəşəm bir iş İngiltərə əhalisindən alınan vergilərin dəqiq ölçüsünü təyin etmək üçün görülüb, amma buna tam əminlik yoxdur. İndiyədək, bu tədqiqat xeyli sirlərlə bağlıdır: məsələn, aydın deyil, niyə bu işlər belə tələskənliklə edilirdi, həmçinin niyə bəzi yaşayış məntəqələri məlum olmayan səbəblərdən yalnız latınca olan kəlmə

      ilə – “Vastare”, yəni “viran edilmiş” olaraq qeyd olunub. Bu siyahıya-alınmanın tərtibatını müşayiət edən çoxlu xeyli təf-silatlı qəribə hallar müasirlərin bu kitaba son dərəcə qərəzsiz ləqəbin qoyulmasına səbəb oldu. O, tarixə “Qiyamət günü kitabı” adıyla daxil oldu.

      On ikinci əsrdə, sonralar müqəddəs Malaxiya adlandırılan, Mel Medok adlı irland katolik keşişinin Romaya ziyarəti zamanı öncəgörməsi oldu.

      Ekstaz halındaykən ona, dünyanın sonunadək Müqəddəs taxta başçılıq etməli olan bütün papalar haqda məlumat əyan oldu. Bu geniş siyahı – yüz on iki papanın özünəməxsus kataloqu – yazılıb və saxlanmaq üçün Vatikan arxivlərinə yerləşdirilmişdi, amma kitab tezliklə yoxa çıxdı və yalnız on altıncı əsrin axırında müəmmalı şəkildə yenidən peyda oldu.

      Bəzi tarixçilər hesab edirlər ki, qaytarılan kitab çox güman sax-4

      tadır. Hər halda, sonrakı yüzilliklər ərzində təəccüblü olsa da, məlum olurdu ki, hər növbəti papanın, hətta indiki Roma-katolik kilsəsinin papası XVI Benadiktin təsviri də dəqiq imiş.

      Müqəddəs Malaxiyanın öngörməsində indiki papa “De Glora Olivae” (“Zeytunlar zəfəri”) kimi təsvir olunmuşdu. Benedikt-lilərin təriqət rəmzi şərəfinə papanın özünə götürdüyü ad həqiqətən zeytun budağı mənası verir. Lakin hər şeydən çox XVI Benedikitn yüz on birinci papa olması narahatlıq törədir.

      Əgər bu qorxunc ehkama inanılsa, növbəti papa ilə dünyanın sonu gələcək.

      Elmi xarakterli qeydlər

      Cəmi üç il ərzində – 2006-2008-ci illərdə Birləşmiş Ştatlarda bütün əhliləşdirilmiş arıların üçdə bir hissəsi (həm-çinin Kanada və Avropadakı arıların xeyli hissəsi) izsiz-soraqsız yox oldu. Bir qədər əvvəl həyatla qaynayan arı pətəkləri qəflətən boşaldılar. “İctimai həşəratlar koloniyasının fəlakətli dağın-tısı” adını daşıyan bu hadisə, xeyli qorxu və fövqəladə mə-qalələr yaratdı. Bəs əslində arılara nə oldu?

      Cavab bu kitabın səhifələrində yerləşir…

      Ən qorxulusu isə bunun həqiqətə uyğun olmasıdır.

      5

      Proloq

      1086-cı ilin baharı

      İngiltərə

      Fəlakətin ilk əlaməti qarğalar oldu.

      Tək ata qoşulmuş, üstüörtülü araba ucsuz-bucaqsız arpa tarlaları arasında dolaşan çala-çuxur yolla gedirdi ki, qəflətən havaya qara bulud kimi qarğa dəstəsi qalxdı.

      Onlar hay-küylü dövrələrlə get-gedə yüksələrək mavi səmaya yönəldilər. Lakin, bu qorxmuş quşların qeyri-adi təlaşı idi. Qarğalar ənginliklərdə dövrə vurur, qanadlarını qıc olmuş

      halda çırpır, havada mayallaq aşaraq qəfildən yerə düşürdülər. Quşlar göydə bir-birilə toqquşur, yağış kimi yerə ya-ğırdılar. Balaca qara topalar qanadlarını və dimdiklərini sın-dıraraq, zərblə yerə dəyirdilər. Şikəst quşlar sınıq qanadlarını zəifcəsinə qaldıraraq titrəyirdilər.

      Lakin bütün bunda ən qorxulu olan tam səssizlik idi.

      Nə bir hənirti, nə bir qışqırıq.

      Sadəcə çılğın qanad çırpıntısı – sonra isə quş cəsədlərinin döyəclənmiş yerə və daşlara dəyən yumşaq şappıltısı.

      Arabaçı xaç çəkib, arabanı saxladı. Onun ağır göz-qapaqları ilə yarıaçıq gözləri səmaya zillənmişdi. At başını silkələyib, sərin səhər havasına ağzından buxar buludu buraxaraq, ağır-ağır nəfəs alırdı.

      − Yola davam edək, − arabada oturan səyyah dedi.

      Bura Kral Vilhelmin gizli fərmanı ilə göndərilən Martin Borr, kral müstəntiqlərindən ən gənci idi.

      Martin yun plaşa bürünərək, mumla bərkidilmiş, kral möhürü ilə möhürlənmiş fərman haqqında fikirləşirdi. Xəzinə

      müharibə zamanı dağıdılmışdı və Vilhelm ölkənin hər tərəfinə

      6

      onlarla krallıq komissarı göndərmişdi ki, onun bütün torpaqlarının və əmlakının siyahısını tərtib etsinlər. Toplanan bütün məlumatlar müəmmalı latıncada bir alim katib tərəfindən

      “İngiltərənin torpaq siyahısı” adlı nəhəng kitaba qeyd olunurdu. Bütün bunlar xəzinə tərəfindən toplanmalı olan vergilərin həcmini dəqiq müəyyən etmək üçün edilirdi.

      Hər halda belə deyilirdi.

      Torpaqların belə dəqiq öyrənilməsinin başqa məqsədlə

      həyata keçirilməsindən şübhələnənlər də vardı. Bu insanlar kitabı Bibliyanın Qiyamət günü təsviri ilə müqayisə edirdilər.

      Bibliyada deyilir ki, Allah Həyat kitabında bütün insan əməl-lərinin hesabını aparır. Və tədricən, şayiə bu tədqiqatların arxasında başqa ad möhkəmlətdi: “Qiyamət günü kitabı”

      Skeptiklərin özləri belə, bunu bilmədən, həqiqətə yaxın idilər.

      Martin, mumla möhürlənmiş fərmanı oxudu. O, tənha katibin kral komissarlarından gələn məlumatları incəliklə böyük cildə necə daxil etdiyini görürdü. Sonda alim latınca tək bir sözü qırmızı mürəkkəblə fərqləndirdi:

      “Vastare”. Yəni, “viran edilmiş”.

      Bu sözlə çox vilayətlər, eləcə də müharibə zamanı dağıdılmış və talan edilmiş torpaqlar qeyd olunmuşdu.

      Ancaq iki qeyd tamamilə qan-qırmızı mürəkkəblə yazılmışdı. Bunlardan biri İrlandiya və İngiltərə sahilləri arasında itmiş tənha adanı təsvir edirdi. İndi isə Martin ətraflı tədqiqat aparmaq haqqında kral əmri alıb bu yerlərdən ikin-cisinə yaxınlaşırdı. O, susacağına and içmişdi. Kömək üçün ona üç adam verilmişdi. Onlar at belində arabanın arxasınca gedirdilər.

      Arabaçı nəhəng yük atının addımlarını yeyinlətmək üçün yüyənini dartdı. Araba çarxları ilə qarğaların titrəyən cəsəd-7

      lərinin üstündən keçib, xırçıltı ilə sümükləri əzib və qanı ətrafa sıçradaraq irəlilədi.

      Nəhayət onlar yoxuşa qalxdılar, oradan aşağıdakı münbit vadiyə mənzərə açıldı. Uzaqda, aşağıda bir tərəfdən daş malikanə, digər tərəfdən isə şpilli kilsəylə СКАЧАТЬ