mədəni masanın üstünə atdı. Daha bir cəld kəsik – və mədə
ikiyə ayrıldı. Elə o saat dəmirçixanaya kəskin, üfu-nətli qoxu yayıldı. Martin əli ilə ağzını və burnunu tutdu – üfu-nətdən yox, həqiqətdən qorunaraq.
– Oğlan aclıqdan ölüb; bu, açıq-aşkar görünür, – Jirar de-di. – Lakin o aclıqdan dolu mədə ilə ölüb.
Martin daxilində hər şeyin buzlaşdığını hiss edərək, geri çəkildi. Budur, təkzibedilməz sübut. Əlbəttə, tam əmin olmaq üçün digər meyitləri də öyrənmək lazım gələcək. Görünür, burda da ölümün səbəbi “Müşahidə kitabı”nda adı “viran edilmiş” göstərilən adadakı ilə eynidir.
Martin içalatı çıxarılmış uşaq cəsədindən gözünü çəkə bilmirdi.
Ardınca onların gizli missiyalarının həqiqətən nədən ibarət olduğu indi aydın idi. Doğma torpaqlara zərbə vuran mə-rəzi tapmaq və yayılmamışdan qabaq onu məhv etmək. Kənd sakinlərinin ölüm səbəbi tənha adadakı ilə eyni idi. Qə-ribə
mərəzə yoluxan insanlar elə hey yeyirdilər və yeyirdilər, lakin nəticədə qidalandırıcı maddə qəbul almadan tükənərək, aclıqdan ölürdülər.
Masadan uzaqlaşan Martin dəmirçixananın qaranlığından gün işığına çıxdı və acgözlüklə təmiz hava uddu. Nəzərini uzağa – bol yaşıllıqla örtülü olan təpələr silsiləsinə saldı. Əsən külək arpa, yulaf, buğda və çovdar sahələrini tərpətdi. Martin okeanın ortasında salda üzən, susuzluqdan yanan, hər tərəfdən içməli olmayan su ilə əhatələnmiş adamı təsəvvür etdi.
12
Burda da həmin vəziyyət idi.
Martin bahar günəşinin solğun şüaları altında titrəyərək büzüşdü. O bacardığı qədər bu vadidən uzaqda olmaq is-təyərdi… Bu vaxt onun diqqətini sağdan – kəndin əks tərəfindən gələn qışqırıq çəkdi. Açıq qapının qabağında qaraya bürünmüş bir fiqur dururdu. Martin bir anlığa qorxdu, bu fiquru ölümün özü sandı. Lakin fiqur əlini tərpədərək yaratdığı obrazı dağıtdı. Bu, kiçik dəstənin sonuncu üzvü, Kelt abbatlığının İrlandiyadakı baş keşişi abbat Orren idi. Kənd kilsəsinin girişində durmuşdu.
– Gəlin, buna baxın! – abbat qışqırdı.
Martin ona tərəf tələsdi.
Gənc müstəntiq dəmirçixanaya qayıtmaq istəmirdi. Oğlanı fransız qəssabının ixtiyarına buraxmışdı. Kənddən keçəndə Martin pilləkənləri qalxdı və katolik rahibinə qoşuldu.
– Nə məsələdir, abbat Orren?
Rahib dönərək, kilsənin içərisinə doğru irəlilədi.
– Bu, əsl kafirlikdir! – irland abbat dedi. – Baxın görün, bu insanlar müqəddəs yeri necə təhqir ediblər! Təəccüblü deyil ki, onlar hamısı Allahın bəlasına düçar olublar!
Martin abbatın ardınca tələsdi. Əyninə böyük olan isti plaşında skelet kimi arıq rahib xəyalətə bənzəyirdi. Yalnız o, İrlandiya sahilindəki ölü adaya ayaq basmış və oradakı viranlığın şahidi olmuşdu.
– Müqəddəs ata, siz axtardığınızı tapdınız? – Martin maraqlandı. Cavab vermək yerinə rahib kilsə zalının içinə doğru irəlilədi. Martinin onun ardınca getməkdən başqa yolu yox idi.
Onun daxilində qəmgin qaranlıq hökm sürürdü. Torpaq döşəməni saman qatı örtürdü. Skamyalar yox idi, sıx çatıların arxasında alçaq dam görünürdü. Yeganə işıq uzaqdakı ensiz, hündür pəncərələrdən mehrabın – sadə daş lövhənin üstünə dü-13
şürdü. Ehtimal ki, çılpaq daşı əvvəllər mehrab parçası örtürdü, lakin indi o dağıılıb ətrafa atılmışdı. Görünür bunu axtarış aparan rahib etmişdi.
Mehraba yaxınlaşan abbat Orren əsən əli ilə iri daş parçasını göstərdi. O qəzəbindən əsirdi.
– Bu əsl kafirlikdir! – o təkrarladı, – Allahın evində bütpərəst simvollarından naxış çəkmək!
Martin yaxın gəldi və mehrabın qarşısında diz çökdü.
Lövhənin üzündə çox güman ki, bütpərəstlərə aid yayılan şüalar ilə günəş diskləri və dolaşıq spirallar, dairələr və qəribə
naxışlar əks olunmuşdu.
– Niyə möminlər belə bir günah işləyiblər?
– Mən fikirləşmirəm ki, Hayqlen sakinlərinin əməlidir, –
Martin etiraz etdi.
O, əlini mehrabın üstü ilə apardı. Onun barmaqları ya-rısilinmiş şəkillərin qədimliyini hiss etdi. Şübhəsiz onlar çox qədim idilər. Martin arabaçının bu yerlərin lənətlənmiş, qədim keltlər üçün isə müqəddəs olduğu və onların nəhəng daşlarını əvvəlkitək təpələrin başındakı dumanlı meşələrdə tapmağın mümkünlüyü haqqında dediyi sözləri xatırladı. Martin qamətini düzəltdi. Görünür, bu daşlardan birini Hayqlenə gətirib, kilsənin mehrab daşına çeviriblər.
– Əgər bu kənd sakinlərinin işi deyilsə, bəs bunu kim edib? – abbat soruşdu.
O, mehrabın arxasındakı daşa yaxınlaşıb əli ilə onun üzərindəki böyük şəkli göstərdi. Xaçla dörd yerə ayrılmış dairəni təsvir edirdi.
Martin buna bənzər rəsimləri qədim başdaşılarda və xarabalıqlarda əvvəllər də görmüşdü. Kelt kahinləri bu şəkilləri müqəddəs sayırdılar.
– Bütpərəst xaçı, – Martin mızıldandı.
14
– Bunun eynisini biz həmin adada tapdıq. Bütün qapıların üzərində qeyd olunmuşdu.
– Bəs bunun mənası nədir?
Abbat boynunda asılan gümüş xaça toxundu.
– Hər şey kralın qorxduğu kimi oldu. İrlandiyada qayna-şan, müqəddəs Patrik tərəfindən adadan qovulan ilanlar bizim sahillərə keçiblər.
Martin başa düşdü ki, rahib gerçək meşə ilanlarını yox, ilanabənzər – druidləri, qədim keltlərin başçılarına bənzər əyilmiş əsa gəzdirən, bütpərəst kahinləri nəzərdə tuturdu.
Müqəddəs Patrik bütpərəstləri imana gətirdi və ya İrlandiyadan qovdu.
СКАЧАТЬ