bu suala cavab tapa bilmirdi, ancaq bir şeydən əmin idi: Sona hələ çox var.
15
Müasir zaman
8 oktyabr, 23:55
Vatikan
Marko Covanni ata qaranlıq daşlıq meşədə gizlənirdi.
Müqəddəs Pyotr kilsəsinin tavanını saxlayan ağır mərmər sütunlar döşəməni ayrı-ayrı kapellalara, zallara, taxçalara bö-lürdü. Müqəddəs məkanı böyük ustadların əl işləri bəzəyirdi: Mikelancelonun “İsanın yasını tutmaq”, Bernininin “Müqəddəs Pyotr taxtda” adlı tunc heykəli.
Marko bilirdi ki, bu daşlıq meşədə tək deyil. Hardasa buralarda, təxminən kilsənin dərinliyində uyğun məqam gözləyən ovçu gizlənib.
Üç saat əvvəl Covanni ata Romanın Qriqoryan Universitetində təhsil alarkən keçmiş rəhbəri və həmçinin kilsə xadimi olan həmkarı – arxeoloqdan məktub almışdı. O adam Markonu gecəyarısı burada görüşməyə dəvət edirdi.
Lakin məlum oldu ki, bu, tələ imiş.
Marko sütuna söykənib qanaxmanı bir-təhər saxlamağa çalışaraq sağ əli ilə sol böyrünü sıxırdı. Yumşaq toxumalar qa-bırğalaracan kəsilmişdi. Qaynar, yapışqan maye barmaqlarının arasından axırdı. Keşiş sol əlində ona çox lazım olan sübutu – ölçücə pul kisəsindən böyük olmayan qədim dəri kisəciyi tuturdu. O, bu kisəciyi elə sıxırdı ki, sanki bütün həyatı ondan asılı idi.
Marko ehtiyatla sütunun arxasından nefi nəzərdən keçirmək üçün azca yan tərəfə çəkildi və qanaxma gücləndi.
Ağır damcılar mərmər döşəməyə töküldü. Gözləmək olmazdı, yoxsa, o, daha da zəifləyəcəkdi. Ürəyində dua oxuyub sütun-16
dan aralandı və papanın mehrabına doğru qaçdı. Hər uğultulu addım böyründə kəskin ağrı ilə nəticələnirdi. Bu yara bıçaq yarası deyildi. Markonun böyrünü dələn ox taxta skamyanın söykənəcəyinə batmışdı. O qısa, qalın, qara idi və arbaletdən atılmışdı. Sütunun arxasında gizlənərkən Covanni ata oxu diqqətlə öyrənmişdi. Onun sonunda qaranlıqda alovlu gözə bənzəyən qırmızı işıqlı diod parlayırdı.
Nə etməli olduğunu bilməyən Marko sadəcə əyilərək qaçırdı. O, böyük ehtimalla öləcəyini başa düşürdü, lakin öyrəndiyi sirr onun həyatından daha vacib idi. Lap az döz-mək, uzaq çıxışa çatmaq, növbətçi olan isveçrəli qvardiyaçılardan birini tapıb xəbəri Papaya çatdırmaq lazım idi.
Marko ağrıya və dəhşətə fikir vermədən qaçırdı.
Papanın mehrabı tam qarşıda idi. Onun üzərində burulmuş sütunlarda Bernininin əl işi olan tunc taxt-rəvan quraşdırılmışdı. Köndələn nefə 1 düşməyə çalışan Marko bir qədər sola keçdi. O, VII Aleksandrın əzəmətli heykəlini və
altındakı gizli qapını gördü.
Bu qapı Santa-Marta meydanına açılır.
Əgər…
Qarnına dəyən zərbə Markonu son ümidindən məhrum etdi. O, geriyə atılıb baxışını yerə dikdi. Bu zərbə yumruqla endirilməmişdi. Köynəkdən ucu plastmas lələkli qısa polad mil sallanırdı. Ağrı növbəti nəfəslə içəriyə yayıldı. Bu ox da birincisi kimi alovlu gözlə işıqlanırdı. Diod oxun özəyindəki dördbucaqlı qalın yerdə yerləşirdi.
Marko qətiyyətsiz addımlarla geri hərəkət etdi…
Qapının yanında tərpənən kölgə İsveçrə qvardiyaçılarının ala-bəzək mundirində olan fiqur idi. Əlbəttə ki, bu maska-1 Kilsə arxitekturasında apsidaya dik və ya parallel şəkildə olan, bir-birindən sütun və ya lise mimarisinde apsise dik yada paralel olarak yer alan ve birbirlerinden sütun yada paye dizileriyle ayrılan uzunlamasına mekanlara verilen ad.
17
lanma idi. Qatil arbaleti aşağı salaraq, gizlənib qurbanını izlədiyi yerdən – qapı oyuğundan çıxdı.
Marko mehraba tərəf çəkilərək geriyə − nefin dərinliyinə
qaçmağa hazırlaşdı. Sonra o, İsveçrə qvardiyaçısı mundirində
daha bir adam gördü. İkinci qatil skamyaya tərəf əyilərək, ağaca batmış oxu çıxartdı.
Gördüyü dəhşətdən Marko qarnındakı ağrını unutdu. O
sağa – digər köndələn nefə tərəf döndü. Lakin gördü ki, burda da onu qabaqlayıblar. Qaranlıq yerdə yerləşən tövbə hüc-rəsindən əlində arbalet üçüncü fiqur çıxdı.
Covanni tələyə düşdüyünü anladı.
Kilsə xaç formasında idi, üç ucu qatillərlə tutulmuşdu.
Qaçmağa yalnız bir tərəf qalırdı – xaçın yuxarısı, apsida .
Lakin bu, dalan idi.
Bununla belə Marko apsidaya tələsdi.
İrəlidə müqəddəslərin və mələklərin fiqurları ilə
bəzənmiş, içində Müqəddəs Pyotr kafedrası saxlanılan böyük zərli tikili – Müqəddəs Pyotr mehrabı ucalırdı. Onun üzərində
isə Müqəddəs Ruhun göyərçin görkəmində təsviri çəkilən ağappaq oval pəncərə vardı.
Lakin orada da heç bir ümid yox idi.
Arxasını pəncərəyə çevirən Marko ətrafa göz gəzdirdi.
Ondan solda papa VIII Urbanın sərdabəsi ucalırdı.
Bütün insanların qaçılmaz aqibətindən və yəqin ki, Markonun özünün də axırından xəbər verən Ölümün skelet formalı heykəli mərmər sarkofaqı bəzəyirdi.
− Lilium et rosa, − Marko pıçıldadı.
Zanbaq və qızılgül.
Uzaq keçmişdə, on ikinci əsrdə sağlığında ikən övliyalar sırasına keçirilən Malaxiya adlı bir irland keşişi öncəgörmə
görmüşdü. Onun dövründən ta dünyanın sonunadək olan bü-18
tün papalar ona görünmüşdü. Öncəgörməyə əsasən, cəmi yüz iyirmi papa olmalıdır. Malaxiya onların hər birini qısa, müəmmalı ibarə ilə təsvir etmişdi. Məsələn, Malaxiyanın ölümündən beş yüz il sonra dünyaya gələn VIII Urban “zan-baq və qızılgül” sözləri ilə tərif edilmişdi. СКАЧАТЬ