– Onsuz da nə gəlsə, ən son Cinayətə gəlir, – Harun donquldandı. – Allahın Əxlaq Bürosu belə “CZ 75”ə keçdi, bizə çatanda anbarda qalmadı dediniz, hələ standart “14-lük”lə gəzirik.
– “CZ 75” alın, millətin alnından vurun. – Tahsin dilləndi.
Bir səssizlik oldu. Behzat Ç. dodağına apardığı tək şəkərli çayı içmədən dayandı. Əlindəki stəkan titrəyirdi. İsti çay, stəkanı tutduğu iki barmağına töküldü bir az. Əlindəki çayı Tahsinin sifətinə atmaqdan qorxurdu. Budüşüncəni başından qovmağa çalışarkən stəkan əməlli-başlı titrəməyə başladı.
Hayalet bunu sezdi, birdən yaxınlaşdı, Behzat Ç.-nin əlindəki stəkanı götürdü. Tahsin gərginliyi sezib:
– “14-lük” yaxşı silahdır, – deyib vəziyyətdən çıxmağa çalışdı. Təhlükəsizdir. Hər şeyi ən son Cinayətə vermirik. İki ay əvvəl birinci buradan başlamadıqmı saten boyayla rəngləməyə? – Tahsin işarə barmağını hamar divara sürtdü. Barmağına boya bulaşmadığını görüncə gülümsədi və ikinci dəfə – Haaaağğğ! – dedi. Onsuz da təlaşlı biriydi, hər şeyi son dəqiqədə xatırladıqca əməlli-başlı təlaşlanırdı. – Müfəttişlər atış məsafəsini soruşsa, – dedi Haruna. – O həngamədə görə bilmədim, deyəcəksən. Çox sıxışdırsalar “on metr də ola bilər on beş metr də ola bilər” de, “Hətta iyirmi də."
– Niyə? – Harun soruşdu.
– Vurulan adamın köynəyindən atış məsafəsini təsbit etdirə bilərlər, – Tahsin açıqladı. – Onu etsələr, “qaçıb tuta biləcəyiniz adama niyə atəş açdınız? – filan deyərlər. Sən bağlı bir ifadə versən izah etdiyimiz hekayə inandırıcı olar. Görmədim, bilmirəm, deyəcəksən. Akbabaya söyləyin, o da tam görə bilmədim deyəcək. Tahsin, Hayaletə döndü, – Sən onsuz da “hadisə yerində deyildim,” deyəcəyin üçün bəri başdan “bilmirəm” deyəcəksən. İfadələriniz arasında ziddiyyət olmasın.
– Lap yaxşı, – Hayalet dedi. – Heç biriniz bu hadisəni görmədiniz deməyəcəklərmi?
– Desinlər, – Tahsin dedi. – Orası mühüm deyil. Başqa hal şahidi yoxdur. Birdən Haruna döndü – Sənin qalstukun haradadır? – deyə soruşdu.
– Nə qalstuku?
– Qalstuksuz olmaz. Bunlar müfəttişdir, d…qlı adamlardır, bir az üst-başınıza diqqət yetirin.
– Biz də arvad kimi saçmız uzadaq? – Harun dedi.
Tahsin bu sözdən sonra üzərinə müdiri əvəz etdiyini hiss etdi bütün varlığıyla. Sağa-sola əmrlər yağdırmaq, dağıdıb tökmək istəyi duydu.
– Bu düşüncəni dəyişdirin, – deyə qışqırdı. Mən elə tökülüb-itən, pinti adam istəmirəm şöbədə. Qalstuk deyirəmsə qalstuk! Gözü Behzat Ç.-nin 45 faizi ağarmış saqqalında idi. – Sən də bunu qırx, deyəcəkdi amma fikirindən daşındı. Akademiyaya Behzat Ç.-dən iki kurs sonra girmişdi. Behzat Ç. istintaqlardan düşüb vəifəsində gerilədikcə, Tahsin, vəzifə pillələrini ağır və qərarlı addımlarla qalxmışdı.
Behzat Ç. paslı siyirtməni açıb fövqəladə vəziyyətlər üçün saxladığı boz xətliqalstuku uzatdı Haruna. Harun çətinliklə bağladı, qalstuk qısa gəldi. Boyu tam olsun deyə təkrar bağladı, bu səfər də ip kimi sallandı. Hayalet güldü.
– Gül, gül, – Harun dedi. – Necəsə sən də bağlayacaqsan bu mərəti. Bax müdirim, bunlar da bağlayacaq. Yoxsa mən də bağlamaram.
– Tamam, – Tahsin dedi.
Səlim qapını açdı:
– Müfəttişlər hazır. Gözləyirlər.
Harun birdən həyəcanlandı, qarınından sinəsinə doğru bir ürpərdi qalxdı. Qurtuluş Liseyində intizam komissiyasının qarşısına çıxdığı günləri xatırladı. Tahsin, Harunun arxasınca qalxdı, qoluna girdi.
– FTB müqayisəsini unutma, – dedi. – Onlarınkı 67 faiz, bizimki 87 faizdir.
Tahsinin bir sözü qırx dəfə təkrarlaması Harunu gərginləşdirmişdi:
– Yaxşı, amirim, yaxşı.
4
Barni Moloztaşa Bənzəyən Müfəttiş – qısaca BMBM – soruşdu:
– Xəbərin gəldiyi gecə birlikdə idiniz?
Harunun gözü, mikrofonu ona tərəf olan diktafonda idi.
– O alət durmadan işləyəcək?
Yanındakı adam Barı Moloztaşa bənzədiyindən, özü də bir az Betti Moloztaşı xatırladan müfəttiş cavab verdi:
– Bəli. Buna görə hesabat hazırlayacağıq. Ətəyi tam dizindən idi. Üstündə dar, boz bir pencək vardı.
– Qarşıdurma xəbərinin gəldiyi axşam, yəni iki gün əvvəl, birlikdə idiniz?
– Bəli. TED Kollecin önündə idik.
– Hansı TED Kolleci?
– Neçə dənə Kollec var. Kollecdəki Kollec.
– Oranı bələdiyyə alıb. Kolleci İncekə köçürüblər.
– Təfərrüatı bilmərəm. Biz Kollecin qarşısından Qurtuluş istiqamətinə gedirdik.
– Saat neçə idi?
– 23. 15 radələri.
– Hadisə yerinə neçədə çatdınız?
– 23. 19 idi deyəsən. O zibil maşını önümüzü kəsməsəydi, daha erkən çatardıq.
Betti göz vurdu:
– Usta sürücüsünüz yəqin, dörd dəqiqədə hadisə yerinə çatdığınıza görə belə düşünürəm.
Harun, anasını xəstəxanaya çatdırmaq istəyərkən, arxa oturacaqda dünyaya gəlmişdi. Bu həyatda gördüyü ilk şey “Renault”un paneli idi, motorlu nəqliyyat vasitəsilərini şüuraltıyla belə idarə edə bilərdi. Amma bunları izah etməyə ehtiyac görmədi, təvazökar bir ədayla:
– Pis sürücü sayılmıram, – dedi. Atam bələdiyyədən təqaüdə çıxmış sürücüdür. Dörd yaşından bəri avtobus sürürəm.
Barı СКАЧАТЬ