Harun telefonu söndürəndə Tahsinlə Hayalet "Kim o ya!" deyə birlikdə dilləndilər.
– Red Kit.
– Red Kit?
– Özünə Red Kit deyən bir telefon avarası. Kuğuluparka bir qutu basdırdım, qutunun içində bir it var deyir.
– Niyə Cinayətə zəng edib? – Hayalet soruşdu.
– Nə bilim.
Harun, Tahsinə dönüb:
– Amirim, – dedi. Tahsin tutuldu bir az, “müdirim” deyilməsini istərdi.
– Bu 155-dəki qızlara söyləyin. Hər istəyənə cinayətin telefonunu verməsinlər.
– Nömrəyə baxaqmı? – Hayalet soruşdu.
– Ehtiyac yoxdur, – Tahsin dedi. Akbabaya söyləyin, ətrafa bir nəzər salsın. O haradadır?
– Harada olacaq, nümunədə.
– Nə edir?
– Nə edəcək, yaralama xəbərinə getdi.
– Nəysə tamam, buraxın bunları, – Tahsin dedi. Planı qarşısına çəkdi. Siqareti tərgitdikdən sonra daşımağa başladığı təsbehin imaməsiylə vura-vura hər kəsə yerini göstərdi. – Bu böyük kvadrat SSK İşhanının həyətidir. Bura hadisənin olduğu ümumi tualetin önüdür. İndi hər kəs anlasın yerini. Sən buradasan. Sən onun arxasında. İki dəfə dayan xəbərdarlığı etdiniz. Adamın SSK-dan çıxıb kütləyə qarışma ehtimalı vardı. Hayaletya döndü:
– Sən ortada yox idin. Bir şey görmədin.
– Tamam, – dedilər. Qırx dəfə izah etmişdi onsuz da.
– İndi Harun sən diqqət yetir, – Tahsin dedi. – Müfəttişlər, prokurora verdiyin ifadə elə deyil, deyə bilər. – Adamı əlimdən qaçırdım, deyəcəksən.
– Bu bədənlə necə qaçırdın deyərlər, – Hayalet, Harunu süzüb dedi. Harun tərs-tərs baxdı Hayaletə. İki Hayaleti yan-yana və üst-üstə qoyunca yarım Harun etməzdi.
– Şişirtməyin, – Harun dedi. Uzaqbaşı müfəttişlərdir. Elə incə düşünə bilməzlər.
Harun, tək müfəttişin qarşısına çıxacağını ümid etdiyindən təlaşlandı.
– Neçə nəfər müfəttiş var?– deyə soruşdu.
– İki, – Tahsin dedi. Biri polis müfəttişi, digəri mülkidir. Polis müfəttişi səni qoruyacaq onsuz da, çox üstünə gəlməz. Amma mülki müfəttişə diqqət yetir! Başdanxarab bir arvad olduğunu eşitdim. Əsla tərs bir cavab vermə.
– Niyə mənim ifadəmi alırlar ki? – Harun dodaq büzdü.
– Sırf sənin deyil, – Hayalet dedi. – Əvvəl üçümüzün ifadəsini alacaqlar.
– Üçüncü kimdir?
– Akbaba. Hadisəni üçümüz görmüşük. Bir də ümumi tualetin sahibi.
– Haaaağğğ! – Tahsin araya gidi. – Tualetçiylə danışmısınızmı?
– Uyğun bir dillə danışdım, – Harun dedi. – Heç bir şey görmədiyinə and içəcək vəziyyətdədir.
– Adamlar prokurorluqdan betər işləyir. – Hayalet dedi. – Əvvəl hal şahidləriylə danışacaqlar. Bütün məlumatları yığdıqdan sonra. . . Bir dodağı qaçdı, başıyla Behzat Ç.-ni göstərib, – ondan sonra üstünə gedəcəklər, – deyə tamamladı.
Tahsin, Behzat Ç.-yə tərəf döndü.
– Susma haqqını istifadə etməsəydim yaxşı olardı, – dedi. İndi şübhələri daha betər çəkdin üstünə. – Tahsin, cavab verməsini gözləyirmiş kimi Behzat Ç.-yə baxdı. – Normalda səni işdən uzaqlaşdırmaqları lazım idi, – deyə davam etdi.
Behzat Ç.-nin ağbisi Şövkət, nazirlikdən bəzilərini araya soxmuşdu; həyatda bildiyi ən yaxşı iş araya adam soxmaq idi. Behzat Ç. açıq şüşənin önünə hava almağa getdi, bir-iki dəfə dərindən nəfəs aldı. İkinci mərtəbədən avtodayanacağa atılmağı, sonra da arxasına baxmadan Şərəfli Koçhisara doğru qaçaraq uzaqlaşmağı düşündü bir anlıq.
Qapı yüngülcə təpiklənildi. Harun açdı. Cövdət iki əliylə möhkəm-möhkəm yapışdığı çaynimçəsiylə içəri girdi. Dağıda-dağıda çayları payladı, çıxarkən Haruna dönüb:
– Keç-keç keçen il, – deyə kəkələdi. – Səudiyyə Ərəbistanına qar yağdı. Qar!
– Kəs, – Harun dedi. – Onsuz da iki gündür həddindən artıq işləyirəm, sinirlərim pozulub.
Bir müddət otağı çay qaşıqlarının cingiltisi bürüdü. Sonra ilk qurtumlar hörüldədildi.
– O qaşığı çıxar, gözünə girəcək, Hayalet, Haruna xəbərdarlıq etdi. Harun bunu çox əhəmiyyətsiz hesab etdi, özünü bildi kimi çayı içdi. Birdən ağılına bir şey gəlmiş kimi qalxdı, otağının qapısını açıb Cövdətə:
– Eyy, Allahın Ərəbindən sənə nə! – deyə qışqırdı. – Plovu əllə yeyən bir millət!
– Kiçik hərflərlə danışın lan! – Tahsin qışqırdı. – Nə olub, anasını satım!
– Hər şey qaydasındadır, amirim. – Harun, kiçik hərflərlə dedi, – qlobal istiləşmə söhbət idi.
– Hər şeyiniz yolundadır, bir qlobal istiləşmə söhbətiniz çatmır.
Harun, mövzunun ona dəxli yoxmuş kimi Cövdəti göstərdi:
– Allahın əkinçilik mühəndisindən polis düzəltsən, belə də olmalıdır.
Tahsin üzünü turşudub gözlərini qıydı, mövzuyla uzaqdan yaxından əlaqəsi olmayan bir şeyi xatırlamışdı.
– O “Toros”un halı nədir? – deyə qışqırdı.
– Nə СКАЧАТЬ