– Mən tənha kovboyam, yuvamdan uzaqdayam.
* * *
İnternatın müdiri Xeyri atanın otağına təmizlik vəsaitləriylə girdilər. Red Kit, Pembo və Qorbaçov Hasan. Xidmətçi Rakım Əfəndi qapını bağlayarkən:
– Müdir bəy gələnə qədər bura tərtəmiz olacaq!" – dedi. Red Kit toz almağa, yanğında ilk qurtarılacaq şkafın üstündəki Atatürk büstündən başladı. Pembo döşəmə silən paspası götürdü. Paspasın sapı boyundan uzun idi.
Ortaq edilən işlərdəki fərdi qazanc payını hesablayan Qorbaçov Hasan, bunu qiymətləndirməyə qərar verdi. Onsuz da doqquz yaşında idi, digərlərinin ağbisi sayılardı. Masanın arxasındakı akvariuma yaxınlaşdı, üzünü söykədiyi şüşədə burnu yastılaşdı. Sağa-sola gedən Yapon balıqlarım seyr etməyə başladı.
Red Kit, büstün tozunu aldıqdan sonra marağını boğa bilmədi, tərsinə çevirib içinə baxmaq istədi. Bir xeyli çətinlik çəkdi, çünki 7,5 yaşında idi. Az qalsın, üstünə çıxdığı stuldan Atanın büstüylə birlikdə yerə səriləcək və beləcə necə lazımdı döyülməsi dəqiqləşəcəkdi. Nə axtardığını bilmirdi amma büstün içinin boş olduğunu görüncə xəyal qırıqlığına uğradı.
Çöldə zəif yağış vardı. Damlaların tıppıltısı gücləndikdə Qorbaçov Haşan üzünü akvariumdan ayırıb Red Kitə tərəf çevrildi:
– Sənin valideynlərin terrorist imiş, – dedi. Red Kit, bir anlıq büstü ona atmağı düşündü, amma bunu bacarmayacağını başa düşəndə çiyin çəkməklə kifayətləndi. Pembo da paspası bir kənara qoyub baxırdı.
Şişirtdiyi saqqızın partlayıb üzünə yapışan qisimini ayırdıqdan sonra:
– Derörest nədir? – deyə soruşdu. Qorbaçov Həsən bəlkə Red Kit danışmaq ehtiyacı duyar deyə dərhal cavab vermədi. Pembo yenidən soruşdu:
– Dürorast nədir?
– Dürorast deyil, terrorist, – Qarbaçov Həsən dedi. – Silahla adam öldürən terroristə terrorist deyilir, – deyərək də TDK lüğətini yerlə bir edən tərif dedi.
6, 5 yaşındakı Pembonun başı qarışmışdı. Zehinindəki ehtimalları ölçüb-biçdi. “Tommiks”lə “Ten-Ten”düşünüb:
– Yəni Red Kit kimi? – deyə soruşdu.
– Lan axmaq oğulu axmaq, – dedi Qorbaçov Həsən. Red Kit adam öldürərmi? Pembo guya fikirləşərək başını qaşıyırdı.
– Öldürməz, – dedi məcburən. Hələ məktəbə başlamadığından cizgi-roman qəhrəmanları şəkillərindən, bir azdə “Milliyet-Uşaq” oxuyanların izah etdiklərindən bilirdi. Qorbaçov Həsən mövzunun mütəxəssisi ədasıyla:
– Öldürməz təbii, – deyə davam etdi. “Texas Məktubu!”u oxumamısan? Red Kit, adamlar çox məcbur etsə atəş açır, o zaman da silahlarından vurur. Amma terrorist elə deyil, öldürür.
– Kimi öldürər?
– Körpələri öldürər. Əsgərləri öldürər.
Pembo yaxşıca düşünüb daşındıqdan sonra:
– “Daltonlar” kimi? – deyə soruşdu.
– Eh, ona yaxın.
Pembo kədərləndi. Hüznlə Red Kitə baxdı, çünki onu sevirdi. 23 apreldə “Çokomel” paylananda boyu çatmadığı üçün, götürə bilməmişdi, iki dənə alan Red Kit, birini ona vermişdi. Çarpayıları da yan-yana olduğundan, strateji ortaq olaraq gördüyü bu yoldaşıyla arasını pozmaq istəməzdi. Daha çox danışmadı.
Red Kit isə bu terrorla mübarizə söhbəti əsnasında bir iki dəfə Qorbaçov Həsənə düşməncəsinə baxmaqla kifayətlənmişdi. Hərçənd bir ara:
– Sən əvvəl alınındakı ləkəyə bax, – deməyi düşünmüşdü amma sonra nədənsə imtina etmişdi. Onsuz da Həsənə də Qorbaçov ləqəbinin verilməsini hələ xeyli vaxt vardı, hələlik, internatda ümumiyyətlə Bic Həsən olaraq tanınırdı.
Red Kit, pəncərə kənarındakı dibçəyin tozunu almağa başladı. Saxsının yanında unudulmuş su stəkanını gördü, çək-çevir etdi. Kafelərdə “duble çay” istəyincə gələn milli su stəkanı idi, “Paşabahçe Palaks”.
Qorbaçov Həsənyenidən balıqlara dönüb:
– Bunların yemi haradadır? – deyə soruşdu.
Problemin cavabını akvariumun altındakı şkafı qarışdırmağa başlayanda tapdı. Əlindəki yem paketini sevinclə yellədi. Beləcə üç uşaq, akvariumun içində dolanan üç Yapon balığının ətrafında toplandı.
* * *
İnternatın müdiri Xeyri Atanın həyatda sevdiyi üç şey vardı: Zilli, Hafiz və Yangider. Bu üçlüyü bir qısa şəkildə belə ifadə edərək, "Xeyri Ata həyatda ən çox Yapon balıqlarını sevərdi," deməyin yeri yoxdur. Çünki Xeyri Ata, hər balığının özünə xas bir xarakteri olduğunu bilərdi. Məsələn, Hafiz heç bir şeyi unutmazdı. Yangiderin onsuz da adı üstündə idi. "Bunlar havaya uçmadı axı övladım!" deyə qışqırdı.
Üç uşaq Xeyri Atanın ətrafına düzülmüşdü. Akvariumda Yapon balığı yox idi. Xidmətçi Rakım Əfəndi:
– Hansınız götürüb lan! Tez söyləyin!" – deyə bağırdı.
Xeyri Ata onu bir əl işarəsiylə sakitləşdirdi. Bu müəmmanı həll etmək üçün pedaqoji incəliklərdən faydalanması lazım olduğunu anlamışdı.
– Baxın övladım, – ən şəfqətli səsiylə dilləndi. Qorxmanıza ehtiyac yoxdur. Hara qoydunuzsa söyləyin. Sizə eyni belə bir akvarium alcağam. İçinə də üç dənə Yapon balığı qoyacağam.
Qorbaçov Həsənlə Pembo bu vədə sevindilər. Üzlərinə axmaq bir təbəssüm yayıldı. İkisi də Red Kitdən şübhələnirdi. Qorbaçov Həsən onu göstərərək:
– Bu götürüb Xeyri Ata, – dedi. Söyləsənə lan sən götürdün elə deyil? Bax indi Xeyri Atam, mən Pemboyla tualetə getdim, bu tək qaldı otaqda. O zaman götürmüşdür. Anası-atası terrorist deyilmi onsuz da? Bu götürüb, dəqiq.
– Sən haradan eşitdin bu terrorist sözlərini? – Xeyri Ata dedi.
– Siz danışarkən eşitdim Xeyri Ata. Keçən axşam. . .
Xeyri Ata sərt bir yumruq ilişdirdi.
– Sən gizli-gizli bizi dinləyirsən?
Qorbaçov Həsən СКАЧАТЬ