Son qazıntı. Эмрах Сербес
Чтение книги онлайн.

Читать онлайн книгу Son qazıntı - Эмрах Сербес страница 4

Название: Son qazıntı

Автор: Эмрах Сербес

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ axmaq oğulu axmaq, – dedi. Mən sənin ən yaxşı yoldaşın deyiləmmi?

      Xeyri Ata, tarazlığı təmin etmək üçün Pembo və Red Kitə də bir yumruq atdı.

      – Harada lqn bu balıqlar? Hansınız götürmüsünüz!

      Pembo qızarmış yanağını tutub:

      – Nə vurursan buşt! – dedi və müdirin qaval sümüyünü 28 nömrəli ayaqqabısının ucuyla təpiklədi. Otağa bir səssizlik çökdü, Xeyri Ata və Rakım Əfəndi çaşqın gözlərlə Pemboya baxdılar. Xeyri Ataəlinin üstüylə şalvarını çırpdı.

      Pembo əsasən müti bir uşaq idi amma qanuni müdafiə haqqına böyük əhəmiyyət verərdi. Həyatında bir dəfə gördüyü atası – keçən il bayram ziyarətinə gəlmişdi – "Heç bir şeydən qorxma," demişdi. "Biri sənə söysə söy, nə olursa olsun davadan qaçma" demişdi. Bunu o zamandan bəri həyat fəlsəfəsi halına gətirmişdi və buna görə bir ildir onu döyməyən qalmamışdı. Qorbaçovun axmaq oğulu axmaq deməsi xaricində, – amma o onsuz da hər kəsə belə xitab edərdi – heç bir söyüşə və hücuma dözümü yox idi. Əlindəki bütün imkanlarla dərhal cavab verməyə çalışırdı. Xeyri Ata ard-arda üç yumruq atınca nə baş veriyini anlaya bilmədi.

      Qorbaçov Həsən, Pembonu qucaqlayıb:

      – Vallah-billah biz götürmədik Xeyri Ata, – dedi. Çörəyə, qurana, nemətə and olsun! Red Kit susdu. Xeyri Ata, Qorbaçov Həsənlə Pembonu qolundan itələdi:

      – Siz çıxın çöldə gözləyin!

      Red Kitlə baş-başa qalanda masanın üstündən “Maltepe”sini götürdü. Paketi yoxlasa azalan siqaretləri də fərq edə bilərdi. Əli alışqana getmədən Rakım Əfəndi özünü çatdırıb yandırdı. Nikotini alın tərəfindən başının ağrısını bir az sakitləşdi.

      – Sən götürdünsə de, vallah əsəbiləşməyəcəm. Danışsana oğulum. Mən də sənin bir atan sayılaram.

      Red Kit yenə çiyinini silkələyincə Xeyri Atanın əsəbləri pozuldu. Dodağının ucundakı “Maltepe”nin tüstüləyərkən, onu yaxasından yapışıb silkələməyə başladı.

      – Susma, lan, it! Hara qoydun balıqları! Danışsana len! Susma len! Danış len!

      3

      Behzat Ç. əllərini başının arxasında birləşdirmiş, diqqətlə tavanı araşdırırdı. Otağı saten boyayla örtüldüyündən bəri, hamar tavanda şəkil meydana gətirmək üçün ciddi bir təxəyyül lazım idi. Səlim qapını döyüb:

      – Müfəttişlər gəlib amirim, dedi.

      Behzat Ç. ona baxmadan başını tərpətdi.

      Səlimin əynində dəri pencək vardı, saçını rezinlə yığmışdı. Harun, əlindəki meyvəli “Top kek”in qabını açarkən hirslə baxdı onun arxasınca:

      – Bu adam arvad kimi saçını uzadır. Niyə kimsə bir şey demir! – Bir gözüylə komandirini süzdü. Behzat Ç. vecinə almadı, diqqətini tavana cəmlədi, bir küncdə tac xətti kimi bir şey vardı.

      Harunun qarşısında oturan Cövdət:

      – Polisin yeni imici budur, – dedi.

      – Soxaram elə imicə, Harun bunu dedikdən sonra Cövdətə doğru əyildi. – Qarı kimi saç uzadacaqsa Narkotikə getsin, Cinayətdə nə işi var?

      – Niyə? Cinayətdə saç uzatmaq olmaz deyə bir qayda var?

      – Var, anasını satım. Lan bu bizim məhəllədən keçsə, ağızını burnunu əlinə verərlər. Polis olduğunu söyləsə sən necə polissən deyə bir daha döyərlər.

      Behzat Ç. jaketinin yaxasını sağa-sola çəkişdirdi. Sinəsinə bir ağırlıq çökdü, nəfəs almaqda çətinlik çəkirdi. Tac xəttindən ümidi kəsib qalxdı, avto dayanacağa baxan boz pəncərəni açdı. İlıq hava vurdu üzünə.

      – Yaydan qalma bir gün, – Cövdət köks ötürüb Çexov pyeslərindən çıxmış bir personaj ədasıyla dilləndi. İki gün əvvəl sulu qar yağırdı. İndi havaya bax. Qlobal. . . Harun söhbətin gedəcəyi istiqaməti anlayıb:

      – Qlobal istiləşmə heç umurumda deyil! – cümləsiylə Cövdətin səsini kəsdir. Ardınca bir müddətdir seyr etdiyi “Top kek”i bütöv olaraq ağızına atdı. Keksi çeynəyərkən – Qütb ayıları düşünsün, – deyə donquldandı.

      Cövdət ümidsiz bir üz ifadəsiylə Haruna baxdı. Bir insanın necə bu qədər laqeyd ola biləcəyini anlaya bilmirdi. Cinayət bürosuna, işsiz universitet məzunlarına polis olma haqqı tanıyan qanundan faydalanıb gəldiyi üçün, fikirlərinin ciddiyə alınmamasına alışmışdı. Amma az-çox mütəxəssisi sayıldığı belə bir mövzuda da – əkinçilik mühəndisi idi – susmağa niyyətli deyildi. İstixana effktindən, istilik statistikalarından və yaxud Harun onları başa düşməzsə, Ankarada son qırx bir ilin ən quraq qışının yaşandığından bəhs etməyə qərarlı idi.

      Harun, hələ Cövdət sözlərinə başlamadan sözünü kəsdi.

      – Onsuz da müfəttişlər gəlib, beynim xarab olub. Zibil qutusuna atdığı “Top kek”in qabıyan keçdikdən sonra – On il əvvəl ozon dəliyi deyirdiniz, – deyə davam etdi. – İndi onu tikdiniz, qlobal istiləşmə çıxdı ortaya.

      Cinayət və Soyğundan məsul Polis Şöbəsinin Müdir yardımçısı Tahsin, Hayaletlə birlikdə otağa girdi. Daha doğrusu əvvəl Tahsinin göbəyi girdi, bir müddət sonra yanında Hayaletin də olduğu aydın oldu. Cövdətə baxdılar. Cövdət xüsusi bir mövzunun danışılacağını anladığından, birdən qalxdı. Qalxarkən kürsünüvə ratsiya telefonu aşırtmışdı.

      – Yavaş, Harun dedi. – Yavaş! Götünlə dağları aşırtdın. Ondan sonra nə bilim qlobal istiləşmə, nə bilim qütb ayısı.

      Cövdət küskün halda çıxdı, qapını bağlayarkən Tahsin:

      – Çay varmı? – deyə soruşdu.

      – Yetər! – Cövdət dəhlizdə üsyan etdi. Səlim yanına yaxınlaşın nə olduğunu soruşdu. Cövdət – Boş ver qardaş, – deyərək səsini çıxarmadı.

      Tahsin, əvvəlki gün çəkdiyi planı Behzat Ç.-nin masasına sərmişdi.

      – Bu iş önəmlidir. Baxın bura! Dörd polis planın üstünə əyildilər. Behzat Ç. “216” qutusunu eləcə uzatdı. Hayalet götürdü, Harun iki gündə üç siqaret çəkdiyindən götürmədi,      Tahsin "Tərgitmişəm," dedi. Behzat Ç.-nin həyatda anlaya bilmədiyi iki insan tipi vardı: biri uşaq qatilləri, digəri siqareti tərgidənlər. Hərçənd birincisini peşə təcrübələrindən anlaya bilirdi bir az. Tahsinə tərs tərs baxdığı üçün, Harunun “İki gündə müfəttiş gələr?” СКАЧАТЬ