Sonra Reterer dostuna öz başına gələnləri danışdı. Onun başına gələnlər, Klaydın gördüklərindən fərqli ola-raq, macəralarla dolu deyildi; o keçirdiyi həyəcan və tale-yindən artıq, göstərdyi inad və cəsarətdən, öz səadət və ba-carığına bəslədiyi inam hissindən danışırdı. Nəhayət, Rete-rer indiki işini “çəngəlinə keçirmişdi”, çünki onun işlətdiyi ibarəyə görə, Çikaqo şəhərində həmişə bir şey ələ keçirmək mümkündür.
Beləliklə, o indi burada “quzu kimi sakit” yaşayır və heç kəs onu heç bir şeydə günahlandırıb məzəmmət edə bilməz.
Reterer dərhal izah etməyə başladı ki, indi bu saat “Yu-nion-Liq”də işləməyə yer yoxdur, lakin Klayd istəyirsə, o, klubun işlər müdiri mister Xeyli ilə danışa bilər, bəlkə mister Xeyli harada boş yer olduğunu öyrənə bildi, o zaman Klayd daha yaxşı bir yer tapıb işə düzələ bilər.
– Özü də bu qədər məyus olmaq lazım deyil.
Reterer söhbətin axırında Klayda ürək-dirək verdi.
– Bundan heç bir şey çıxmaz.
Klaydı ruhlandıran bu söhbətdən sonra, Klayd hələ öz qulluğundan çıxıb əsl familiyası ilə buradakı otellərin birin-də işə girmək barəsində fikirləşərkən “Yunion Liq” klubun-da işləyən xidmətçilərdən biri ona evə kiçik bir məktub gətirdi. Məktubda yazılmışdı: “Sabah səhər “Böyük Şimal” otelinə gedib, orada mister Laytol ilə danışarsan. Orada boş yer var. Hərçənd ki, çox da yaxşı bir yer deyil, amma sonra daha yaxşı bir yer tapmaq asan olacaqdır”.
Klayd məktubu oxuyan kimi telefon edib öz rəisinə xə-bər verdi ki, xəstələnmişdir, ona görə bu gün işə çıxa bil-məyəcəkdir; sonra ən yaxşı kostyumunu geyib məktubda göstərilən otelə getdi. Burada o təqdim etdiyi tövsiyənamə-lər haqqında işə qəbul olundu. Öz həqiqi familiyası ilə işə girdiyi üçün ürəyində böyük bir yüngüllük hiss etdi. O, ay-da iyirmi beş dollar maaş alacağı və bundan əlavə oteldə ha-vayı nahar edəcəyi üçün təzə işindən xüsusilə razı idi. Doğ-rudur, xəbər tutub öyrəndiyinə görə burada çay pulları həf-tədə on dollardan artıq olmayacaqdı, lakin bununla belə o özünə təskinlik verirdi ki, yemək-içməyini də hesablasa bu-rada, bu vaxtadək aldığından daha çox qazanacaqdır. Belə bir yerdə işləmək furqon sürməkdən asan idi. Klaydı nara-hat edən yalnız bu idi ki, o yenə də otellərdə xidmət etməyə başlayırdı. Onu tanıyıb həbs edə bilərdilər.
Lakin bir az sonra, yəni üç ay sonra “Yunion-Liq” klu-bunda boş yer açıldı. Reterer bu zaman vəzifəsində yüksəlib, otelin işçilərinə rəhbərlik edən rəisin köməkçisi təyin edil-mişdi, o indi öz müdiri ilə yaxşı əlaqədə idi, buna görə də boş yerə çox münasib bir adam tövsiyə edə biləcəyini dedi: bu, Klayd Qrifits adlı bir şəxs idi, indi “Böyük Şimal” ote-lində xidmət edirdi. Sonra Reterer Klaydı çağırıb, yeni rəisə nə cür təqdim olunacağını və onunla nə cür danışacağını dostuna ətraflı başa saldı və Klayd klubda işə girdi.
Klayd dərhal bu müəssisənin “Böyük Şimal” otelinə və hətta “Qrin-Devidson” otelinə nisbətən daha yüksək dərəcə-də bir yer olduğunu və çox zəngin adamlara, görkəmli ictimai mövqeyi olan şəxslərə xidmət etdiyni gördü; burada Klayd yenə də tərs kimi onun ruhundakı şöhrətpərəstlik tel-lərini oynadan və onun tez yüksəlib görkəmli bir mövqe tut-maq arzularına təkan verən başqa bir həyat quruluşunu ya-xından müşahidə etmək üçün imkan əldə etdi. Bu kluba aramsız olaraq onun heç vaxt təsadüf etmədiyi adamlar gə-lib-gedirdilər. Görünür bunlar yüksək cəmiyyətin hər cəhət-dən görkəmli olan seçmə nümayəndələri idilər. Klayda elə gəlirdi ki, nəinki onun doğma ölkəsinin hər bir guşəsindən, eyni zamanda bütün ölkələrdən və bütün qitələrdən ən seç-mə, ən yaxşı adamlar buraya toplanmaqdadır. Bu kluba dü-şənlər içərisində şimaldan və cənubdan, şərqdən və qərb-dən gələn Amerika siyasi xadimlərinə, görkəmli siyasətçilərə və iş adamlarına, həmçinin, nəinki Amerikanın bəlkə bütün dünyanın alimlərinə, cərrahlarına, məşhur doktorlarına, generallarına, ədiblərinə və ictimai xadimlərinə rast gəlmək mümkün idi.
Klaydı bir şey də son dərəcə heyrətə salmışdı. O bir ma-raq və hətta ehtiramlı bir heyrət hissi ilə, buradakı mühitdə, “Qrin-Devidson” və bir az əvvəl işlədiyi “Böyük Şimal” otel-lərinin həyatına hakim kəsilmiş o şəhvanilik havasından əsər belə olmadığını görürdü. Doğrudan da, onun işlədiyi bütün o otellərdə, müşahidə etdiyi hər bir şeydə, az qala bü-tün hadisələrin əsasında həmişə bir şəhvət və cinsiyyət ün-sürü hiss olunurdu. Burada isə əsla belə deyildi. Qadınlar ümumiyyətlə bu kluba buraxılmırdılar. Bütün bu görkəmli şəxsiyyətlər bir qayda olaraq, buraya tək gəlir və tək də çıxıb gedirdilər, onlar heç bir səs-küyə yol vermirdilər, onlarda müstəsna müvəffəqiyyət qazanmış adamlara xas olan bir təmkin və enerji hiss olunurdu. Adətən onlar təklikdə nahar edir, ikilikdə ya üçlükdə bir yerə yığılıb yavaşdan söhbət edir, öz qəzet və kitablarını oxuyur, yaxud sürətli maşınlar-da şəhəri gəzirdilər, elə bil onlar ehtirasın nə demək oldu-ğundan tamamilə bixəbər idilər, hər halda, görünür, bu hiss onlara təsir göstərmirdi, halbuki Klaydın hələ yetkin olma-yan ağlına bu hiss – onun kimi adi adamların həyatında hər bir şeyi hərəkətə gətirən, hər şeyi alt-üst edən bir amil kimi görünürdü.
Yəqin ki, bu gözəl dünyada görkəmli bir mövqe tut-maq və belə bir mövqeni əldə saxlamaq üçün yalnız qadına qarşı laqeyd olmaq, bu qəbahətli ehtirasdan azad olmaq lazım idi. Klayd düşünürdü ki, elə buna görə belə adamların hüzurunda, onların gözləri qabağında özünü elə aparmalıdır ki, guya bəzən onun müvazinətini sarsıdan bu fikirlər, heç onun ağlına belə gəlmir.
Beləliklə, burada qısa bir müddət işlədikdən sonra bu müəssisənin və onu ziyarət edən müxtəlif adamların təsiri altında Klayd zahirən əsl bir centlmen olmuşdu. Klub divar-ları arasında o özünü tamamilə başqa bir adam kimi, daha təmkinli, daha işgüzar və bacarıqlı hiss edir, həddindən ar-tıq romantikaya qapılmırdı. O, indi yenə öz qüvvələrini sına-maq istəyirdi: ona elə gəlirdi ki, yetkin ağıllı bu adamları təqlid edərək və yalnız onlardan nümunə götürərək gün-lərin bir günündə istədiyinə nail ola bilər. Bəlkə bu o qədər də baş gicəlləndirici bir müvəffəqiyyət olmayacaq, lakin hər halda indiyədək nail olduqlarından daha böyük bir şey ola-caqdır. Axı nə üçün də belə olmasın? Əgər o inadla işləsə yalnız yaxşı adamlarla tanış olub, özünü СКАЧАТЬ