Amerika faciəsi . Теодор Драйзер
Чтение книги онлайн.

Читать онлайн книгу Amerika faciəsi - Теодор Драйзер страница 10

Название: Amerika faciəsi

Автор: Теодор Драйзер

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ klubunu ziyarət edənlərin yüksək cəmiyyətinin üzvü olma-sına, hər hansı bir sahədə müəyyən praktiki bilik əldə etmə-sinə mane olmuşdu. Halbuki o, bütün varlığı ilə adamların arasında durmağa can atırdı. Bu centlmenlər gözəl evlərdə yaşayır, cah-calallı otellərdə qalır, Skuayrs və yaxud bura-dakı xidmətçi gənclərin rəisi kimi adamlar isə onlara xidmət edir, onların rahatlığının qeydinə qalırlar. Klayd isə yalnız adi, xırda bir işçidən başqa heç bir şey deyildir. Halbuki indi o, artıq iyirmi bir yaşına girmişdi. Bəzən bu fikir onu olduq-ca məyus edirdi. O, yüksəlmək və mənsəb qazanmaq üçün ona imkan verə bilən başqa bir iş tapmaq həsrətində idi. Axı o bütün ömrüboyu belə bir vəzifədə qala biməzdi, belə bir aqibəti gözü qabağına gətirdiyi dəqiqələr onu bir dəhşət alır-dı.

      Bu nəticəyə gəldikdən sonra o öz gələcəyini təmin et-mək haqqında uzun-uzadı fikirləşməyə başladı və elə bu za-man onun əmisi Semyuel Qrifits Çikaqo şəhərinə gəldi. Mis-ter Qrifitsin burada bir çox tanışları vardı, buna görə də ilti-fat edib ona klubda qalması üçün xüsusi vərəqə təqdim et-dilər və o, klubda düşərək bir neçə gün öz xüsusi işlərilə məşğul oldu. O, hər gün yanına söhbətə gələn bir çox adam-larla görüşür, yaxud maşına minib şəhərə çıxır, lazım bildiyi müxtəlif adamları və firmaları ziyarət edib danışıq aparırdı.

      O, gələndən bir saat keçməmiş, kluba gələnlərin qeydə alınmasını idarə edən və elə indicə vestibüldəki lövhədə “Qrifits” familiyasını yazmış olan Reterer Klaydı yanına ça-ğırdı:

      – Qulaq as, Klayd, sən, deyəsən, deyirdin ki, Qrifits fa-miliyalı bir qohumun və yaxud əmin vardır, o, yaxalıq hazır-layan fabrikin sahibidir, haradasa Nyu-York ştatında olur?!

      – Elədir, – deyə Klayd cavab verdi. – Onun adı Sem-yuel Qrifitsdir. Likurq şəhərindəyaxalıq hazırlayan böyük fabriki var. Bütün qəzetlərdə çap olunan bu elanlar onun elanlarıdır. Sən yəqin ki, onun Miçiqan-avenyu küçəsindəki işıqlı reklamını görmüsən.

      – İndi sən onu görsən tanıya bilərsənmi? – deyə Rete-rer soruşdu.

      – Yox, mən onu hələ bir dəfə də olsun görməmişəm.

      – Mərc gəlirəm ki, bu sənin əmindir, deyə Reterer kiçik qeyd dəftərçəsinə gözyetirərək əlavə etdi – budur, özün bax: “Semyuel Qrifits, Likurq şəhəri, Nyu-York ştatı”. Yəqin özü-dür ki, var, düzdürmü?

      Yəqin ki, odur, – deyə Klayd dostunun sözünü təsdiq etdi, o həmin bu əmisi ilə çoxdan görüşməyi arzu etdiyi üçün bu xəbər onu olduqca maraqlandırmırş və hətta həyə-cana gətirmişdi.

      – O, bu saat yuxarı çıxdı, – deyə Reterer sözünə da-vam edirdi. – Devid onun çamadanlarını yuxarı apardı. Çox görkəmli kişidir. Sən gözdə-qulaqda ol, o buraya aşağıya düşərkən diqqətlə bax. Bəlkə elə doğrudan da o sənin əmin-dir. O, ortaboylu, arıq bir kişidir, balaca çal bığları və açıq boz rəngli şlyapası var. Çox xoşsifət kişidir. Mən onu sənə göstərərəm. Əgər doğrudan da sənin əmindirsə sən onun xo-şuna gəlməyə çalış! Bəlkə o sənin üçün bir şey etdi… Məsə-lən, sənə bir cüt yaxalıq bağışladı, – deyə Reterer gülərək əlavə etdi.

      Klayd da, sanki yerinə düşmüş bu zarafatı qiymətlən-dirərək güldü, lakin işin əslindəo çox böyük bir həyəcan keçirirdi. Demək, indi onun əmisi Semyuel burada, klubda idi. Onunla tanış olmaq üçün bu nə qədər əlverişli fürsət idi. Axı hələ buraya işə girməmişdən əvvəl Klayd ona məktub yazmaq istəyirdi, indi isə əmisi özü buraya gəlmişdi və onunla danışmaq üçün hər cür imkan var idi.

      Lakin dayan, səbir elə! Klayd özü onunla danışmağa cə-sarət etsə əmisi onun haqqında nə düşünə bilər? Bu klubda vəzifəsi yalnız şey daşımaqdan ibarət olan qardaşıoğluna o nə cür yanaşar? Ümumiyyətlə, görəsən, əmisi, şeydaşıyan xidmətçi gənclərə, xüsusilə Klayd yaşlı bir gəncin belə bir vəzifədə işləməsinə, nə cür baxacaqdır? Axı Klayd artıq iyir-mi bir yaşına girmişdir. Əlbəttə, adam bütün ömrünü belə bir işdə keçirmək istəmirsə, “şeydaşıyan oğlan üçün” bu qədər yaş çox deyilmi? Semyuel Qrifits kimi zəngin və yük-sək mənsəbli bir adam oteldə şeydaşıyan vəzifəsini, xüsusilə öz qohumunun bu vəzifədə işləməsini özü üçün bir əskiklik saya bilərdi. Çox ehtimal ki, o belə bir qohumdan geri qaça-caqdır, hətta onunla danışmaq belə istəməyəcəkdir… Klayd bütün gününü bu cür şübhələr içərisində keçirdi…

      Lakin ertəsi gün Klayd artıq əmisini azı altı dəfə görmə-yə müvəffəq olmuş və əmisi ona çox xoş bir təsir bağışla-mışdı: canlı, çevik, işgüzar əmisi öz qardaşına – Klaydın ata-sına heç oxşamırdı. O nə qədər zəngin idi, hamı ona nə qə-dər hörmət və ehtiram göstərirdi!… Klayd isə bir qorxu içəri-sində öz-özünə sual edirdi ki, görəsən o indi belə bir fürsə-tidəmi əlindən qaçıracaqdır? Axı əmisi ona heç də bədxah bir adam təsiri bağışlamırdı, əksinə çox mehriban və iltifatlı bir görkəmi vardı, bir dəfə Klayd Retererin məsləhəti ilə, yo-la salınacaq bir məktubu götürmək üçün əmisinin otağına girdikdə, əmisi demək olar ki, heç onun üzünə belə baxma-dı, lakin məktubla bərabər ona yarım dollar pul verdi.

      – Göz-qulaq olun ki, məktubu göndərsinlər, pulları isə özünüzə götürün – deyə əmisi ona tapşırıq verdi.

      Bu dəqiqə Klayd elə böyük bir həyəcan içərisində idi ki, əmisinin nə üçün öz qardaşı oğlunu tanıya bilmədiyinə heyrət etdi… Lakin mister Qrifits, doğrudan da heç bir şey sezmir və anlamırdı. Buna görə Klayd əmisinin yanından bir qədər məyus olaraq çıxıb getdi.

      Bir müddət sonra Semyuel Qrifitsin adına bir neçə mək-tub gəldi və Reterer Klaydın diqqətini bu məktublara cəlb et-di.

      – Əgər istəyirsənsə, budur əminin yanına getmək üçün yenə bəhanə var, – deyə Reterer məktubları Klayda göstərdi. – Bu məktubları aparıb ona ver. Məncə bu saat o öz otağın-dadır.

      Klayd bir qədər tərəddüddən sonra məktubları götü-rüb əmisinin otağına getdi. Mister Semyuel stol arxasında oturub, nə isə yazırdı, Klayd qapını döyərkən içəridən qış-qırdı:

      – Buyurun! Klayd içəri girdi və müəmmalı bir təbəs-sümlə dedi:

      – Sizə məktub var, mister Qrifits.

      – Çox sağ olun, oğlum, – deyə əmisi cavab verdi və Klayda pul vermək üçün əlini jaketinin cibinə saldı. Lakin Klayd fürsətdən istifadə edərək dedi:

      – Yox, yox, mənə heç bir şey lazım deyil! – əmisi ona pul vermək üçün əlini irəli uzadıb qalmışdı, lakin o bir söz deməyə macal tapmamış, Klayd əlavə etdi: – deyəsən, mən sizin qohumunuzam, mister СКАЧАТЬ