Beləliklə, Klayd, əmisinin fabrikində onun üçün tezliklə bir yer düzəldəcəyi və ümumiyyətlə bu işin baş tutub-tutma-yacağı haqqında uzun müddət həyəcanla düşünməyə məh-kum olundu.
Semyuel Qrifits Likurqa qayıtdı və oğlu ilə məsləhətlə-şərək bu qərara gəldi ki, Klayd fabrikdəki işi lap əsasından, hər halda fabrikin zirzəmisindən başlayaraq öyrənməlidir: fabrikin zirzəmisində yaxalıq hazırlamaq üçün işlənən par-çalar qaynadılırdı. İstehsalat texnikasını bütünlüklə öyrən-mək istəyən yeni işçilər əvvəlcə məhz bu zirzəmidə işləməli olurdular. Lakin Klayd yalnız öz qazancı ilə başını saxlamalı olduğu üçün, həm də onun çox korluq çəkməməsi üçün, (Klaydın pis yaşaması, Qrifitslər ailəsinin Likurq şəhərində tutduğu mövqe ilə uyuşmayan bir hadisə ola bilərdi) ona da-ha yüksək bir maaş, yəni ilk vaxt üçün həftədə on beş dollar təyin etdilər.
Əlbəttə, həm Semyuel Qrifits, həm də onun oğlu Qil-bert, belə bir maaşın çox da böyük bir şey olmadığını başa düşürdülər (adi şagird üçün bu bəlkə də az deyildir, ancaq bir qohum kimi Klayd üçün çox cüzi maaş idi) lakin hər iki-si, onlar üçün işləyənlərə qarşı, xeyriyyəçiliyə əsla meyil et-məyən, sırf əməli təbiətə malik adam olduqları üçün belə gü-man edirdilər ki, fabriklərində işə girən hər bir yeni adam ehtiyac və mərhumiyyət içində nə qədər əziyyət çəksə o qə-dər yaxşıdır. Həm ata, həm də oğul kapitalist istismarı haq-qında sosialist nəzəriyyələrinə son dərəcə mənfi münasibət bəsləyirdilər. Hər iki ictimai pilləkənin mövcudiyyətini zə-ruri hesab edirdilər ki, aşağı siniflərdən çıxmış adamlar bu pilləkənin pillələri ilə yuxarı qalxmağa can atsinlar. Zümrə-lərin mövcudiyyəti onlara labüd bir şey kimi görünürdü. Hər hansı bir adama, hətta öz qohumlarına belə həddindən artıq yardım göstərməyə cəhd etmək cəmiyyətin bünövrə-sini, əsaslarını dəlicəsinə sarsıtmaq deməkdir. İctimai və maddi cəhətdən səndən aşağıda duran şəxsiyyətlər və sinif-lərlə üz-üzə gəldikdə, onlarla, vərdiş etdikləri standartlara müvafiq olaraq rəftar etməlisən. Bu standartlar içərisində isə ən yaxşıları, aşağıda duranlara pul qazanmağın nə qədər çə-tin olduğunu aydın başa salmaq və Qrifitslərin nöqteyinə-zərincə yeganə mühüm olan bir işdə, yəni maddi nemətlər istehsalı kimi bir işdə iştirak edən hər bir adam üçün bu is-tehsalatın texnikası ilə müfəssəl və əməli tanışlığın nə qədər zəruri olduğunu anlatmaq idi. Bunu anladıqdan sonra, işə girişən adamlar özlərini məhdud, dar çərçivəli işgüzar bir ömür sürməyə alışdırmalıdırlar. Bu, onların xarakterinə müsbət və faydalı bir təsir göstərəcəkdir. İctimai pilləkənin pillələri ilə yuxarı qalxmağa müvəffəq olan adamların ağıl-ları və ürəkləri məhz bu cür bərkiyir. Bunu bacarmayanlar, bunu etməyə qadir olmayanlar isə öz əvvəlki yerində, həya-tın dibində qalmalıdırlar.
Beləliklə, təqribən bir həftə sonra Klayda məhz nə cür bir iş təklif etmək məsələsi qət olundu və Semyuel Qrifits şəxsən özü Çikaqo şəhərinə məktub göndərərək Klayda bil-dirdi ki, əgər istəyirsə, bu yaxın həftələrdə Likurq şəhərinə gələ bilər. Lakin Klayd əvvəlcədən on gün qabaq öz gəlişini məktub vasitəsilə xəbər verməlidir ki, o gələnədək hər şey vaxtlı-vaxtında hazırlanmış olsun. Likurq şəhərinə gəldik-dən sonra o fabrikə gedib mister Qilbert Qrifitsə müraciət et-məli idi, Qilbert nə lazımdırsa edəcəkdir.
Bu məktub Klaydı çox həyəcana gətirdi və o dərhal ana-sına məktub yazdı ki, əmisinin fabrikində onun üçün yer dü-zəlmişdir, buna görə də o Likurq şəhərinə yola düşür. İndi o artıq müvəffəqiyyət qazanmaq, istədiyinə nail olmaq üçün əlindən gələni edəcəkdir. Anası buna uzun bir cavab gön-dərərək öz hərəkətlərinə fikir verməyi və xüsusilə özünə dost seçməkdə çox ehtiyatlı, olduqca ehtiyatlı olmağı xahiş etdi. O yazırdı ki, Klayd kimi şöhrətsevən gənclərin səhv yo-la düşməsinə və büdrəməsinə demək olar ki, həmişə pis ta-nışlar səbəb olurlar. İndi Klayd yelbeyin, əxlaqı pozğun oğ-lanların və qızların cəmiyyətindən gen gəzsə hər şey öz qay-dasında olar. Klayd kimi zahiri görkəmə və xarakterə malik bir gənc əxlaqsız bir qadının təsiri altında çox tez və asanlıq-la pis yola düşə bilər. Kanzas-Sitidə başına nələr gəldiyini o özü görmüşdü. Halbuki o hələ gəncdir, indi zəngin və nü-fuzlu bir adamın yanında işləməyə hazırlaşır, bu adam isə, əgər istəsə, onun üçün çox şey edə bilər. Qoy Klayd yeni hə-yatını necə qura bildiyi haqqında anasına tez-tez məktub yazsın. Əmisinin xahiş etdiyi kimi, əvvəlcədən ona xəbər göndərərək, Klayd, nəhayət, Likurq şəhərinə yola düşdü. Lakin şəhərə gələn kimi, o dərhal fabrikə getmədi, çünki əmisi nə vaxt, hansı saatda fabrikə gəlməsini deməmişdi, bu-na görə o şəhərin yeganə böyük oteli olan “Otel Likurq”da özü üçün nömrə tutdu. O böyük səbirsizlik içərisində ya-şayacağı və işləyəcəyi bu şəhərin nə cür şəhər olduğunu gör-mək və əmisinin bu şəhərdə nə cür bir mövqe tutduğunu öyrənmək istəyirdi. Hələlik kifayət qədər boş vaxtı olduğu üçün (işə girdikdən sonra, yəqin ki, tezliklə əlinə belə bir für-sət keçməyəcəkdir) o çıxıb şəhəri dolaşmaq qərarına gəldi. Aşağı düşüb Sentral-avenyu küçəsinə çıxdı, bu küçə Likurq şəhərinin döyünən ürəyi və şah damarı idi. Onu bir neçə, ən çox izdihamlı və hərəkətli küçələr kəsirdi; bu kvartallar şə-hərin işgüzar, ticarət mərkəzini təşkil edirdilər: Likurq şəhə-rinin bütün həyatı və bütün əyləncələri yalnız burada cəm olmuşdu.
V FƏSİL
Lakin bu küçə ilə keçərkən Klayd dərhal bütün bun-ların son zamanlar alışmış olduğu aləmə heç oxşamadığını gördü. Burada hər bir şey xeyli kiçik miqyasda idi. Yarım saat əvvəl içindən keçib gəldiyi vağzal kiçik və cansıxıcı bina idi, o saat bilinirdi ki, bu vağzalın rahatlığını çox da böyük hərəkət və gediş-gəliş pozmur. Moqauk çayının o biri sahi-lində, şəhərin mərkəzi hissəsinin qarşısında yerləşən fabrik rayonu sadəcə qırmızı və boz binalar yığınından ibarət idi. Bu binalar üzərində bəzi yerlərdə fabrik boruları yüksəlirdi. Bu rayon iki körpü vasitəsilə şəhərlə birləşir və bu körpüləri beş-altı kvartaldan ibarət bir məsafə bir-birindən ayırırdı; körpülərdən biri vağzalın lap yanında idi, bunun üzərində böyük və qızğın hərəkət gözə çarpırdı – tramvay xətti də bu-radan keçir, sonra Sentral-avenyu küçəsinin bütün dolama-ları ilə uzanıb gedirdi. Yüksək evləri və orda-burda gözə çarpan mağazaları olan Sentral-avenyu küçəsi isə piyada və avtomobillərlə dolu çox izdihamlı və hərəkətli bir küçə idi. Oteldən çəpəki istiqamətdə otelin geniş aynabənd СКАЧАТЬ