Sentral-avenyu küçəsinə yaxın olan və ticarət kvartalla-rından başlanan bu geniş və qəşəng küçədəki mağazalarda isə sərgidə elə bahalı və qiymətli şeylər düzülmüşdü ki, bunları şəksiz, yalnız incə zövqlü, varlı adamlar ala bilərdi-lər: burada avtomobil, qiymətli daş-qaş, incə parçadan alt paltarları, dəri məmulatı və mebel satılmaqda idi.
Görəsən əmisi və əmisinin ailəsi harada yaşayırlar? Hansı küçədə olurlar? Hansı evdə yaşayırlar? Bəlkə əmisinin evi bu evlərdən daha qəşəng və daha böyükdür.
Klayd dərhal geri dönüb əmisinin yanına getməyi qə-rara aldı. Vaxtı itirmədən fabriki tapmaq lazım idi, yəqin fabrik çayın o biri sahilində, şəhərin o biri hissəsindədir. İndi o özünü nə cür aparmalı və nə etməli idi? Görəsən, əmisi ona nə cür iş verəcəkdir? Əmisi məktubunda oğlu Qilbertin adını çəkirdi. Görəsən, əmisi oğlu bu Qilbert nə cür adam-dır? O Klayd haqqında nə düşünəcəkdir?
Klayd dönüb Sentral-avenyu küçəsinə qayıtdı, vağza-ladək gəldi və tezliklə Semyuel Qrifitsin fabrikini tapdı. Bu, qırmızı kərpicdən tikilmiş, böyük bir bina idi. Bütün bina az qala başdan ayağa pəncərədən ibarət idi, hər halda yaxalıq istehsalı üçün sonradan tikilən hissəsi başdan ayağa pəncə-rələrdən ibarət idi. Binanın köhnə hissəsi, Klaydın sonralar öyrəndiyinə görə təzə hissə ilə bir neçə üstüörtülü keçidlə birləşirdi. Hər iki binanın cənub divarları, Moqauk çayının sahilinə baxırdı. Bu tərəfdən, River-Strit küçəsi boyu təqri-bən hər yüz fut məsafədən sonra bir qapı vardı və hər qapı ağzında xüsusi iş paltarı olan bir gözətçi dayanmışdı. Bina-nın içərisinə açılan bütün qapılar nömrələnmişdi, birinci, ikinci və üçüncü nömrələr altında yazılmışdı: “Yalnız xid-mətçilər üçün”, dördüncü nömrə altında isə “Kontor” yazıl-mışdı, beşinci və altıncı qapılar isə görünür mal qəbul etmək və mal çıxartmaq üçün idi.
Klayd kontora açılan qapıya yaxınlaşdı, burada heç kəs onun qabağını saxlamadı, o iki fırlanan qapıdan keçdikdən sonra, bir sürahi qarşısına çıxdı, sürahinin o biri tərəfində yəqin baş kontora açılan, kiçik bir qapı yanında, alçaqboylu, otuz beş yaşlı, kök və çirkin qadın olan telefonçu oturmuş-du.
– Sizə nə lazımdır? – deyə o Klayddan soruşdu.
– Mən mister Qilbert Qrifitsi görmək istəyirəm, – deyə Klayd azacıq əsəbi bir halda sözə başladı.
– Nə üçün?
– Mən onun əmisi oğluyam. Mənim adım Klayd Qri-fitsdir. Məndə əmim mister Semyuel Qrifitsin məktubu var. Qilbert yəqin ki, məni qəbul edər. – Klayd əlindəki məktu-bu qadına uzatdı və elə o dəqiqə qadının sərt və tamamilə laqeyd olan üzünün dərhal dəyişildiyini, hər halda iltifatlı olmasa da, daha ehtiramlı bir ifadə aldığını müşahidə etdi. Klaydın nəinki sözləri, eyni zamanda zahiri görkəmi də qa-dına öz təsirini göstərdi və o altdan-altdan qarşısındakı gən-ci maraqla gözdən keçirməyə başladı.
– Bu saat öyrənərəm, görüm burdadırmı, – deyə qa-dın daha nəzakətli bir səslə cavab verdi və telefonu götürüb mister Qilbert Qrifitsin kabinetinə zəng etdi. Görünür, tele-fonda ona cavab verdilər ki, mister Qilbert Qrifits bu dəqiqə məşğuldur, onu narahat etmək olmaz, çünki qadın cavabın-da belə dedi: mister Qilbertin əmisi oğlu mister Klayd Qrifits burada gözləyir. Onun əlində mister Semyuel Qrifitsdən məktub var. Sonra qadın Klayda müraciət edərək əlavə etdi:
– Xahiş edirəm, əyləşəsiniz. Yəqin mister Qilbert Qri-fits sizi bir dəqiqə sonra qəbul edəcəkdir. Bu saat o məşğul-dur.
Qadının onunla bu qədər ehtiramla danışdığını görüb Klayd qəribə bir həyəcan keçirdi. Bu vaxta qədər bütün ömrüboyu heç kəs onunla bu cür ehtiramla danışmamışdı. İşə bir bax, demək o bu qədər zəngin və böyük nüfuz sahibi olan bir ailənin yaxın qohumudur! Gör bu nə qədər böyük bir fabrikdir, nə qədər böyük binadır – altı mərtəbədən iba-rətdir! Elə indicə çayın o biri sahililə gələrkən, o açıq pəncə-rələrdən bu böyük binanın içərisini və orada başları işə qa-rışmış çoxlu qadınları görmüşdü. İndi qeyri-ixtiyari onun ürəyini bir həyəcan qapladı. Binanın yüksək kərpic divarları sanki böyük bir qüvvənin və həqiqi maddi bir müvəffəqiy-yətin mücəssəməsi idi. Klaydın gözlərində bu, bəlkə də ən yüksək bir müvəffəqiyyət idi.
O qəbul otağının boz rəngli suvaqlı divarlarına və içəri açılan qapı üzərindəki yazıya baxdı. Qapıda belə yazılmışdı: “Yaxalıq və köynək hazırlayan Qrifitslərin səhmdarlar cə-miyyəti. Sədr, Semyuel Qrifits, katib Qilbert Qrifits”. O indi öz-özünə sual edirdi ki, bu qapı arxasında nələr görəcəkdir, bu Qilbert Qrifits, görəsən, necə adamdır, onu nə cür qəbul edəcəkdir – Klaydı soyuq yaxud mehribanlıqla, dostanə ya-xud düşməncəsinə qarşılayacaqdır?
O oturub bu cür fikirləşərkən birdən telefonçu qadın ona yenidən müraciət etdi:
– İndi içəri girə bilərsiniz. Mister Qilbert Qrifitsin kabi-neti bu mərtəbənin lap axırında, çaya baxan tərəfdədir. Xid-mətçilərin hansından soruşsanız sizə göstərə bilər.
Qadın ayağa qalxaraq sanki qapını onun üçün açmaq is-tədi, lakin Klayd tələsik onu qabaqlayıb qapını özü açdı.
– Təşəkkür edirəm, zəhmət çəkməyin! – deyə o ürək-dən qadına təşəkkür etdi və aynabənd qapını açıb böyük bir zala girdi. Burada yüzdən artıq xidmətçi var idi, – onların əksəriyyəti gənc oğlanlar və gənc qadınlar idi, hamısı qarşı-larındakı kağızlar ilə məşğul idilər. Bir çoxlarının gözləri üzərinə, alınlarına yaşıl qalpaqlar bağlanmışdı. Kişilər sətin-dən qısa iş köynəkləri geymiş, yaxud köynəklərinin qollarını qorumaq üçün qolçaq keçirmişdilər. Demək olar ki, gənc qa-dınların hamısı ucuz parçadan tikilmiş səliqəli və qəşəng paltarlar, yaxud xalat geymişdi. Hər iki tərəfdə, zalın mər-kəzi hissəsində arakəsmələrlə ayrılmış bir çox kabinetlər var idi, bu kabinetlər firmanın müxtəlif vəzifə sahiblərinə məx-sus idi və qapılara bənd edilmiş kiçik lövhələrdə onların ad-ları yazılmışdı: mister Smilli, mister Letç, mister Qetboy, mister Berki.
Telefonçu qadın, mister Qrifitsin kabinetinin binanın axırında olduğunu söylədiyi üçün Klayd birbaşa bütün zal-dan keçərək, lap axırda yarıaçıq bir qapı gördü, onun üzərin-dəki kiçik lövhədə: “katib Qilbert Qrifits” sözləri yazılmışdı. O bir dəqiqə dayanıb içəri girməyə cəsarət etmədi, sonra ya-vaşdan qapını döydü. Dərhal içəridən kəskin və cır bir səs eşidildi: “buyurun”. Klayd içəri girib boyca ondan bir az al-çaq, СКАЧАТЬ