Tom dayının daxması. Harriyet Biçer-Stou
Чтение книги онлайн.

Читать онлайн книгу Tom dayının daxması - Harriyet Biçer-Stou страница 11

Название: Tom dayının daxması

Автор: Harriyet Biçer-Stou

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ hərtərəfli inkişaf etmiş ağlı ətrafındakıları, tay-tuşlarını onunla ehtiramla, əsl keşiş kimi davranmağa məcbur edirdi. Anlaşıqlı və ürəkdən gələn moizələri ibrətamiz, rəvayətləri isə, hətta oxumuş adamların belə qəlbinə yol tapa bilərdi. Xüsusən də o, dua edərkən bir səmimiyyət və kövrəklik mücəssəməsinə çevrilirdi. Müqəddəs kitabdan gələn mətnlərlə rövnəqlənən, Tomun qanına-iliyinə işləmiş bu dualar onun dilində həzin-həzin səslənən kövrək bulaq şırıltısı kimiydi və bu duaların uşaq ciddiyyətindən, sadəlövhlüyündən də təsirli bir şey təsəvvür eləmək mümkün deyildi.

      Mömin, ahıl zəncilərdən birinin dediyi kimi, Tomun “duaları çox uğurlu alınırdı” və bu dualar Tomu dinləyən dindarlara elə dərin təsir bağışlayırdı ki, onlar az qala, yerlərdən ucalan ehtiraslı hay-küy içində tamam qərq olmaq, deyilən sözü eşitməmək təhlükəsi qarşısında qalırdılar.

      Bütün bunlar işçinin daxmasında baş verirdi, sahibkarın evində isə tamamilə başqa bir səhnə oynanılmaqda idi.

      Qul alverçisi və mister Şelbi həmin yemək otağında, həmin stolun arxasında əyləşmişdilər, stolun üstündə mürəkkəb qabının yanında bir neçə kağız görünürdü.

      Mister Şelbi pul bağlamalarını sayır və bir–birinin dalınca qul alana verirdi.

      – Hamısı düzdür, – o da öz növbəsində pulları sayıb dilləndi, – indi isə, bax, burda və burda öz imzanızı qoyun.

      Mister Şelbi hər iki kağızı götürüb imzaladı və pullarla birlikdə kənara itələdi. Görünür, o bu xoşagəlməz işi tez qurtarmaq istəyirdi. Heyli nimdaş yol çantasından perqament kağızı çıxartdı, nəzərdən keçirib, öz səbirsizliyini gizlətməyə çalışaraq kağıza doğru əyilən mister Şelbiyə verdi.

      – Bax belə, qurtardıq, – qul alverçisi stuldan durdu.

      – Bəli, qurtardıq, – mister Şelbi fikirli-fikirli dilləndi və dərindən köks ötürüb təkrar elədi, – qurtardıq!

      – Siz elə bil heç sevinmirsiniz! – qul alverçisi təəccüb elədi.

      – Heyli, –mister Şelbi dedi, – mən ümidvaram ki, kişi kimi verdiyiniz sözü unutmayacaq, Tomu yad əllərə satmayacaqsınız.

      – Axı, siz özünüz elə indicə belə elədiniz, ser, – qul alverçisi dedi.

      – Sizə məlumdur ki, bu işə məni məcbur elədilər, – Şelbi təkəbbürlə cavab verdi.

      – Məni də məcbur edə bilərlər, – qul alverçisi dedi, – yaxşı, yaxşı, sizin Tom üçün bir babat yer tapmağa çalışaram. Yaxşı rəftara gəldikdə isə, bu barədə narahat olmaya bilərsiniz. Başqa şeyi demirəm, qəddarlıq, Allaha şükür ki, məndə heç yerli-dibli yoxdur.

      Heylinin öz humanizmini təsdiq eləmək üçün söylədiyi əvvəlki dəlilləri də xatırlayan mister Şelbi onun bu sözlərinə o qədər də arxayın deyildi, başqa əlacı qalmadığından o, qul alverçisini səssizcə yola saldı və tək qalıb bir siqar yandırdı.

      V FƏSİL

      ÖZ AĞALARININ DƏYİŞMƏSİNƏ CANLI MÜLKİYYƏTİN MÜNASİBƏTİNDƏN BƏHS EDİR

      Mister və missis Şelbilər öz yataq otaqlarına getdilər. Mister Şelbi böyük kresloda əyləşib, gündəlik poçtu nəzərdən keçirirdi, arvadı isə güzgünün qabağında dayanıb Eliza tərəfindən səliqəylə yığılmış saçlarını darayırdı. Qulluqçusunun ağarmış sifətini və çuxura düşmüş gözlərini görən missis Şelbi həmin axşam onu vaxtından tez buraxmış və tapşırmışdı ki, yatıb dincəlsin. Və indi, bu gecə vaxtı darandığı yerdə bir az əvvəl aralarında olmuş söhbəti birdən xatırlayıb saymazyana ərindən soruşdu:

      – Hə yeri gəlmişkən, Artur, bu gün nahara gətirdiyiniz o mədəniyyətsiz tip kim idi elə?

      – Onun adı Heylidir, – məktublardan başını qaldırmayan Şelbi cavab verdi və narahatlıqla kresloda qurcalandı.

      – Heyli? Kimdir o, nə istəyirdi?

      – Axırıncı dəfə mən Natçezdə olanda bəzi işləri onunla görmüşdüm.

      – Buna görə də o, indi özünü bizim evin adamı hesab edir və naharda da ortaya soxulur, eləmi?

      – Xeyr, mən özüm onu dəvət eləmişdim. Haqq-hesaba qol çəkmək lazım idi.

      – O, qul alverçisidir? – Missis Şelbi ərinin səsindəki pərtliyi sezərək soruşdu.

      – Bu hardan ağlınıza gəldi, əzizim? – Şelbi ona nəzər saldı.

      – Hə, əslində heç yerdən. Sadəcə yadıma düşdü ki, nahardan sonra Eliza necə həyəcanla, göz yaşları içində qaçıb üstümə gəldi və məni inandırmağa çalışdı ki, guya qul alverçisinin onun oğlunu almaq istədiyini eşidib. Elə qəribə qadındır ki!

      “Onsuz da bu məlum olacaq, geci-tezi var, – o fikirləşdi, – yaxşısı budur elə indidən boynuma alım”.

      – Mən Elizanı məzəmmət elədim, – missis Şelbi saçlarını daraya-daraya sözünə davam elədi, – və dedim ki, siz heç vaxt bu cür adamlarla iş görmürsünüz. Axı, öz zəncilərimizi satmaq heç sizin ağlınıza da gəlməz, illah da ki, bu cür əllərə.

      – Bəli, Emili, – əri dilləndi, – indiyəcən ağlıma gəlmirdi. İndi isə işlərim elə gətirib ki, başqa çarəm yoxdur. Kimisə satmalı olacağıq.

      – Bu adama? Ağlasığmazdır! Mister Şelbi, siz zarafat edirsiniz!

      – Təəssüf ki, yox, – Şelbi dedi, – mən Tomu satmağı qərara aldım.

      – Necə?! Bizim Tomu? Xeyirxah, sədaqətli, uşaq yaşlarından sizə xidmət eləyən zəncini?! Mister Şelbi! Siz ki, ona azadlıq verəcəyinizi vəd etmişdiniz, biz sizinlə bu barədə neçə dəfə onun özünə demişik! Daha məni heç nə təəccübləndirmir, hətta bədbəxt Elizanın gözünün ağı-qarası yeganə oğlu Harrini belə satmaq istəməniz məni təəccübləndirmir! – Missis Şelbinin sözlərində böyük narazılıq və acı kədər hiss olunurdu.

      – Yaxşı, Emili, bir axıracan qulaq asın. Mən Tomu və Harrini satmağı qərara almışam. Və başa düşmürəm, məni niyə belə zalım hesab edirsiniz! Başqaları az qala hər gün belə eləyirlər.

      – Axı, niyə ancaq onları satmaq istəyirsiniz? Əgər kimisə satmaq elə vacibdirsə, məgər sizin başqa zənciləriniz yoxdur? Ona görə ki, ən yüksək qiyməti onlara verirlər: bax, buna görə. Düz deyirsiniz, başqasını da seçmək olardı. Bu adam Elizaya görə mənə böyük məbləğdə pul təklif elədi. Bu sizə əl verir?

      – Əclaf! СКАЧАТЬ