Название: Çaldıran döyüşü
Автор: Фарман Керимзаде
Издательство: JekaPrint
isbn: 978-9952-8278-7-3
isbn:
– Tanıya bilmədim.
– İsmayıla qəsd eləməyə adam göndərməmisiniz?
Göndərmişdik, hamısını qırıblar.
– O, qəsd eləməyə gedənə oxşamırmı?
– Bəlkə də!
– Bəs onda niyə təkdir?
– Bilmirəm.
Murad Mirzə tərəddüd edirdi. Onu ən yaxın bir adama oxşatmışdı. Özü də qoşunların seyrəldiyi yolla ildırım sürəti ilə çapırdı. Qabağına bir atlı çıxdı, özünü itirmədən qılıncını elə çaldı ki, at sağa sıçradı və ayağı üzəngiyə ilişən sahibini sürüyüb apardı.
Atlı artıq təpəni dırmaşmaqda idi. Şah İsmayılın candarları onun qabağına çıxdı. Bu vaxt Murad Mirzənin candarlarından biri yaxınlaşıb nəsə dedi və o qılıncını həmin candarın başına endirdi. O, ikiyə parçalanan insan başının eybəcərliyinə nifrətlə baxıb atını hökmdar çadırına tərəf sürdü.
Atlı Şah İsmayılın çadırı yanında qızılbaş müridlərinin onu tikə-tikə doğrayacağını görüb atını saxladı, qılıncını tulladı.
– Məni şahın yanına aparın! Ona çox vacib bir xəbər verməliyəm! – dedi. Onlar dəbilqənin çöhrələdiyi bu gözəl simanı görüb özlərini itirdilər, əlləri boşaldı. Dədə bəy yaxınlaşdı.
– Sən kimsən?
– Mənim kimliyimi yalnız şah bilməlidir. Başqa heç kim.
Onun sifətində, səsində elə bir məlahət vardı ki, Dədə bəy gördü ki, bu adi adam deyil!
– Onda atdan düşün.
O, atdan düşdü.
– Başqa silahın varmı?
– Yox.
Dədə bəy onu çadıra apardı.
Şah İsmayıl taxtda oturmuşdu və tək idi. Döyüşün gedişini tez-tez ona xəbər verirdilər və qələbənin çox yaxın olduğunu hiss elədiyindən kefi kökəlmişdi.
– Qibleyi-aləm, bu gənc çox vacib söz demək üçün o tərəfdən gəlib.
– Elçidirsə, lazım deyil. Murad Mirzənin elçisini qəbul etmirik.
– Yox, mən elçi deyiləm, hökmdar. Gəlmişəm bibim oğlunu təbrik edəm.
Şah İsmayıl da bu səsdə qəribə bir məlahət, çöhrədə isə gözəllik və məhrəmlik hiss elədi.
– Sən kimsən?
Mən yalnız ikilikdə deyə bilərəm.
– Yaxşı, Dədə bəy, bizi tək buraxın.
Dədə bəy çıxıb çadırın qabağında sayğılı dayandı ki, işdir, bir iş olsa özünü çatdırsın. İkilikdə qalanda gənc dəbilqəsini çıxartdı, şabalıdı saçları onun dəmir köynəyinin çiyinlərinə töküldü.
– Mən hökmdarımızın dayısı qızı Taclıbəyiməm.
Taca layiq bu gözəl onun dayısı qızı, Murad Mirzənin doğma bacısı idi. Şah İsmayıl ona yer göstərdi. Taclıbəyim oturandan sonra özü də oturdu, amma taxtda yox, onunla qarşı-qarşıya qoyulmuş kürsüdə. Xeyli baxdı, Taclıbəyim isə tutaş kirpiklərini aşağı endirdi. Onun yumru, şehdə yuyulmuş ağ alma kimi təravətli yanağında qızartı göründü. Bu anı heç bir söz ifadə edə bilməzdi və ona görə də heç biri danışmırdı. Hər şey məlumdur. Murad Mirzə məğlub olub. O qaçıb İstanbula gedəcək, orada paşa ləqəbi alıb sancaqların birinə sancaqbəyi göndəriləcək. Taclıbəyim də artıq yetişib, onu Osmanlı paşalarından birinə ərə verəcəklər. Bununla da əlvida Təbriz, əlvida ana torpaq. O, isə qalıb bibisi oğluna sığınmışdı. Bu gözəl, igid qızın hərəkəti Şah İsmayılın ürəyini sözlə doldurmuşdu.
Gəl, könül, kiçimə bizdən,
Qalsın, könül, yol qalmasın!
Əvvəl-axır yol qədimdir,
Qalsın, könül, yol qalmasın!
Ərənlər bizi busudır,
Yalan söyləyən asidir.
Bu gerçəklər nəfəsidir,
Qalsın, könül, yol qalmasın!
Başındadır altun tacı,
Budur ərənlər meracı,
Kəskindir yolun qılıncı,
Qalsın, könül, yol qalmasın!
Ey divanə, ey divanə,
Aşiq olan qıyar canə.
Xətai der, Taclı xanə
Qalsın, könül, yol qalmasın!
Yox, Şah İsmayıl şeiri bərkdən oxumurdu. Ürəyində, xəfif bir səs, bir duyğu ilə pıçıldayırdı. Bərkdən desə Taclıbəyimin xətrinə dəyə bilərdi. Yəqin ki, yaxın vaxtlarda onun özünə oxuyacaq.
Bu uzun sürən, amma gərginlikdən çox lətafət, səmimiyyət, şirin yuxu timsallı sükutu Taclıbəyim pozdu.
– Şahım, sizin çadırınıza çaparkən yolda müridlərindən biri qabağımı kəsdi, o məni öldürə bilərdi. Mən cəld tərpəndim. Rica edirəm onun ailəsinə qanpulu verilsin.
– Neçə?! Mənim belə zəriflik timsalı dayım qızı müridlə vuruşmada onu üstələyib?
– Bəxt mənim tərəfimdə idi. Siz necə istəyərdiniz, şahim?
– Əlbəttə, sizin üstün gəlməyinizi. Mən heyrət içindəyəm!
– Heyrətlənməyin, şahım! Nəslimizin başına gələn müsibətlər mənə lap gənc yaşlarından at minib qılınc çalmağı öyrədib. Kişilərimiz çox tez-tez sıradan çıxıblar. Qızlarımız və qadınlarımız özlərini qorumağı bacarmalıdı ya yox?!
– Əhsən, Taclıbəyim. Mən göstəriş verərəm, müridin ailəsinə həmişə kömək edərlər.
Qapının ağzında Dədə bəyin səsi eşidildi.
– Hökmdar, qələbə! Təbrik eləyirəm.
Şah İsmayıl çadırın ağzına çıxdı. Bayaq qoşun səfləri dayanan dərə-təpələrdə insan və at meyitləri qalaqlanmışdı. Murad Mirzənin ordugahdakı çadırların tərəflərini kəsib yıxırdılar.
– Murad СКАЧАТЬ