Название: Beynəlxalq Münasibətlər üzrə bələdçi
Автор: Коллектив авторов
Издательство: JekaPrint
isbn: 978-9952-2905-4-7
isbn:
6
Bu yarlığın mübahisəli xarakterini onu dırnağa almaqla göstərmək normal olardı. Lakin bu fəsldə diqqətin əsasən terminin mənası üzərində cəmləndiyini nəzərə alsaq belə dırnağa alma lazımsız görünür.
7
«Naturalizm» problemi təbiətin öyrənildiyi üsulla cəmiyyətin hansı dərəcəyə qədər öyrənilə bilməsi ilə əlaqədardır (Bhaskar, 1979: 1).
8
Müasir elmin uğuru elmin fəlsəfəsinin meydana gəlməsinə gətirdi. Elmin fəlsəfəsi elmin praktikası üzərində fikirləşir və nəyin elmi izah və nəzəri konstruksiyalardan fərqli olduğunu; elmi gümanlardan, spekulyasiyadan və psevdo-elmdən nəyin fərqləndirdiyini; nəyin elmi proqnozları etibarlı etdiyini və elmin obyektiv gerçəklik haqqında gizli həqiqətləri göstərib-göstərmədiyi haqqında sualı tədqiq etməyə çalışır. Qısası elmin fəlsəfəsi elmin təbiətini tutmağa cəhd edir. Sosiologiyanın fəlsəfəsi sosiologiyanın təbiətini tutmağa çalışır. Hər ikisi, bu yarlığın altındakı praktikanı təşkil edə biləcək şeyin ümumiləşdirilmiş hesabatını verməyə çalışır. Elmin uğurunu nəzərə alsaq qeyd edilməlidir ki, elmin fəlsəfələri sadəcə izah sxemləri deyil, onlar normativ tələbləri ifadə edir. Elmi praktikanın təbiətini tutmağa çalışan elmin fəlsəfəsi bildirir ki, əgər siz elmi praktika ilə məşğul olmaq istəyirsinizsə fəlsəfədə izah edilmiş prinsiplərə riayət etməlisiniz. Eləcə də aydın olmalıdır ki, hər bir elmin fəlsəfəsinə ontoloji tələblər (mövcudluq haqqında tələblər); epistemoloji mülahizələr (etibarlı bilik iddiasına qoyulan tələblərin və belə tələblər üçün əsasın nədən ibarət ola biləcəyi); və metodoloji nəticələr (əgər siz X-ə (ontologiya) inanırsınızsa və X-ə aid tələbləri Y-də (epistemologiya) əsaslan-dırmaq istyirsinizsə onda siz Y metoduna əməl etməlisiniz) daxil olacaqdir. Elmin fəlsəfəsinin epistemologiya və ya metodologiyadan daha böyük bir şey olması məhz buna əsaslanır. Elmin ontoloji cəhətdən neytral fəlsəfəsi mövcud deyil.
9
Bu sual altında qruplaşdırılanlar yenə də varlıqların təbiətinə aid problemlər dəstidir, məsələn «şəxsiyyət» nədir; kollektiv fəaliyyət problemi; sosial strukturların təbiəti və.s.
10
Bu debata agent-struktur debatı yarlığı vurulsa da, bildirilirdi ki, bu, adətən fərd/cəmiyyət və ya makro/mikro problemi adlandırılan şey üçün işlədilən fərqli terminologiyadır. Lakin, bu problemlər əlaqəli olsa da, onları müxtəlif problemlər kimi nəzərdən keçirmək üçün yaxşı əsas vardır (bax, Layder, 1994).
11
Belə demək olar ki, Şəkil 2.1 naturalizm problemini agent-struktur problemi ilə birləşdirdikdə tutula biləcək dörd mümkün mövqeyi təsvir edir. İzahın strukturla görüşdüyü yuxarı sol qutu diqqətini struktur qüvvələrdə cəmləyən sosial tədqiqata elmi yanaşma kimi başa düşülə bilər. Aşağı sol qutu (izah və agentlər) diqqəti agentlərə yetirən elmi yanaşmadır. Diaqramın sağ tərəfindəki qutular sosial tədqiqatda diqqəti struktur amillərində (yuxarı sağ), ya da agent amillərində (aşağı sağ) cəmləşdirən qeyri-elmi yanaşmanı (məsələn, hermenevtika) təmsil edir.
12
Mən pozitivizmə elmin fəlsəfəsi kimi baxıram. Bu mənada o, elmi təşkil edən yeganə hesabatdır. Elmin pozitivizmin mərkəzi prinsiplərinin əksəriyyətini inkar edən çoxlu sayda hesabatları mövcuddur. Aydın olmalıdır ki, bu fəslin əsas məqsədlərindən biri pozitivizm kimi mövqelərə aydın və müəyyən məna verməyin mümkün olması ideyasını müzakirə mövzusuna çevirməkdir. Pozitivizmin müxtəlif variantları və pozitivist olduğunu bəyan edənləri bir-birindən ayıran çoxlu şeylər mövcuddur. Lakin bu etirazlardan kənarda pozitivizm aşağıdakı tərzdə xarakterizə edilə bilər, (i) Fenomenalizm: əşyaların bizə təzahür etdiyi çərçivədən kənara çıxa və ona görə də gerçəklik haqqında etibarlı bilik əldə edə bilmədiyimizi qəbul edən nəzəri baxışlar – başqa sözlə, biliyin yeganə obyekti gerçəkliklər deyil təzahürlərdir. (ii) Nominalizm: istifadə etdiyimiz sözlərin obyektiv mənaya malik olmadığını qəbul edən nəzəri baxışlar – sözlər və anlayışlar gerçəkliyin hər hansı faktik obyektini və ya universal cəhətini ifadə etmir, onlar yalnız bizim rahatlığımız üçün düşəndən-düşənə istifadə etdiyimiz şərti rəmzlərdir (simvollardır). (iii) Koqnitivizm (idrakçılıq): mühakimə və normativ bəyanatları qiymətləndirmək üçün onlara heç bir idraki dəyər yazıla bilməz hökmünü qəbul edən nəzəri baxışlar. (iv) Naturalizm: elmi metod elə bir vəhdətə malikdir ki, ictimai elmlər də təbiət elmlərinin öyrənildiyi tərzdə öyrənilə bilər hökmünə inam (bax Kolakowski, 1969). Pozitivistlərin çoxu bu fəlsəfi fərziyyələrdən elmin praktikası barədə aşağıdakı inamları qəbul edirlər: (1) İzahın «çətir qanunu» (covering-law) modelinin (tez-tez D-N modeli də adlandırılan) qəbul edilməsi. İzah yalnız o halda etibarlıdır ki, prosesə izah edilməli hadisənin bütün hallarını, birinin o birisinə gətirməsi mənasında, əhatə edən qanunu cəlb etsin. (2) Nəzəri terminlərin instrumentalist emalı. Nəzəri terminlər gerçək obyektlərə aid deyildir, lakin belə obyektlər hadisəni izah etmək üçün «sanki» mövcud olan kimi başa düşülməlidir. Lakin burada belə obyektlərin gerçək olaraq mövcud olmasına heç bir epistemoloji təminat (inam üçün əsas) yoxdur. Nəzəri anlayışlar və təkliflərin dəyərləndirilməsinin uyğun yolu düz və səhv kateqoriyalarından deyil, onların səmərəliliyindən keçir. (3) Humea səbəbiyyət prinsipinə uyğunluq (cavab vermək). A hadisəsinin B hadisəsini zəruri etdiyini demək, A hadisəsi baş verdikdə B hadisəsi də baş verir deməkdən artıq bir şey deyil. Bu, «sabit əlaqələr» kimi yozulan səbəbiyyət qanunlarına gətirir. (4) Operasionalizmə uyğunluq (istifadəyə yararlıq), hansı ki, elmin anlayışlarının operasionallaşdırılmasına gətirir – onlar təyin edilməli, onların mənası məhdudlaşdırılmalı, onların ölçülməsində konkret əməliyyatlardan istifadə edilməlidir. Misal üçün, əqli anlayışın mənası onun istifadəsini müəyyən edən müşahidə edilən əməliyyatlarla tükətilmişdir. Belə ki, «P susuzdur» o deməkdir ki, soruşulanda P susuz olduğunu deyir, imkan veriləndə sü içir və s.
13
Mənim təhlilim problemlərə İngilis-Amerikan mövqeyindən baxışdır, və belə deyilə bilər ki, Kontinental Avropa BM-i problemləri başqa tərzdə həll edə bilər. Lakin bu fəsildə mənim müraciət etdiyim anti-elmi mövqelərin çoxu öz başlanğıcını Alman idealizmindən götürür, və bu mənada əsaslandırmaq olar ki, debatın terminləri fərqli ola bilərsə belə, təməldə dayanan problemlər eynidir (bax Jergenson, 2000).
14
Məqalənin orijinal sərlövhəsi Principles of a New Science Concerning СКАЧАТЬ