Beynəlxalq Münasibətlər üzrə bələdçi. Коллектив авторов
Чтение книги онлайн.

Читать онлайн книгу Beynəlxalq Münasibətlər üzrə bələdçi - Коллектив авторов страница 23

Название: Beynəlxalq Münasibətlər üzrə bələdçi

Автор: Коллектив авторов

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-2905-4-7

isbn:

СКАЧАТЬ 1996; Wight, 1996). Müqayisəedilməzlik təkcə tənqidi nəzəriyyə üçün deyil, həm də hakim meyl üçün təhlükəsiz sığınacaq təmin edirdi (Guzzini, 1993). Müqayisəedilməzlik paradiqmalar arası söhbətlərin prinsipcə mümkün olmaması mənasını daşıyırsa, tənqidçilər hökmran meyli (artıq müəyyən edilmiş) necə tənqid edəcəklər? Müqayisə edilməzlik üçün ontoloji təməllər istəyən Steve Smith deyirdi ki, bu, müxtəlif paradiqmlərin tərəfdarlarının tamamilə müxtəlif dünyalarda yaşaması mənasını daşıyır (Smith, 1992, 1996). Bu belədirsə, əsas cərəyan dünyasını digər dünyadan tənqid etməyə çalışmağın çox az yeri var. Lakin müqayisəedilməzliyin Smith oxunuşunun Kuhn yozumu ilə üst-üstə düşməyinə böyük şübhə vardır. Kuhn müqayisəedilməzliyin nəzəriyyələrin bir-birinə çevrilə bilməməsi mənası verməsini aradan qaldırmaq üçün uzun yol keçmişdi (Kuhn, 1970, 1982, 1990). Fənnin daxilində də bəziləri müqayisəedilməzlik tezisinin bilavasitə özünün fəlsəfi əsaslarını şübhə altına almağa başlamışdı (Wight, 1996).

      Hər halda, Kuhn-ın işinin fənni fundumental olaraq formalaşdırdığına şübhə çox az idi. Lakin fənn ənənəvi olaraq, buna özünün ideyalarının mürəkkəbliyinin başa düşülməsinin nümayişinə, ya da özünün mövqeyinin kəskin tənqidinə qarşı qoyulacaq bir resurs kimi baxırdı. Çətinliklərin mövcud olduğunun qəbul edildiyi yerlərdə belə, onlar strukturu tətbiq etmək xatirinə kənara qoyulmuşdur (Vasquez, 1998; Lakatos-un oxşar cəhdi üçün bax Katzenstein və başq., 1998). Kuhn-ın paradiqmlər anlayışı çox vaxt nəzəriyyə seçimi üçün belə tətbiqin düzgünlüyünü yetərincə əsaslandırmadan, Lakatos strukturuna köçürülmüşdü (Christensen və Snyder, 1997; Elman və Elman, 1997; Vasquez, 1997; tənqid üçün bax Waltz, 1997). Artıq elmin fəlsəfəsi BM-in daxilindədir, və o, bu qədər mühüm rol oynamalıdırsa, fənnin onu daha diqqətlə nəzərdən keçirməsi tələb olunur. Təəssüf ki, fənn üzünü elmin fəlsəfəsinə çevirmək barədə düşünənə qədər alternativ fəlsəfi ilham mənbələrinin partlayışı baş verdi.

MÜASİR BM: FƏLSƏFƏ, BAŞLANĞIC VƏ SON?

      Əgər Kuhn-ın fənn daxilindəki təcrübəsi elmin fəlsəfəsinə dönüşü bir daha sübut edirdisə, deməli sosiologiyanın fəlsəfəsi hər yerdə mövcud olmalı idi. Təəssüf ki, bu belə deyildi. Sosiologiyanın fəlsəfəsi haqqında nəhəng miqdarda ədəbiyyatın olmasına baxmayaraq, bu məsələ ilə, xüsusilə də BM sahəsi ilə, bağlı olan işlərin sayı azdır. (George, 1994; Hollis və Smith, 1990; Neufeld 1995; Mackenzie, 1967, 1971; Nicholson, 1983, 1996a; Reynolds, 1973; Sylvester, 1993). Əlbəttə sosiologiyanın fəlsəfəsinə çoxlu sayda iqtibaslar vardır, lakin onlar fənnin ətrafında ayrı-ayrı fraqmentlər şəklində paylanmışlar (Alker, 1996; Campbell, 1988; Carlsnaes, 1992; Dessler, 1989; George və Campbell, 1990; Wendt, 1987). Hollis və Smith öz arqumentlərinin BM daxilində himayə edilmiş ilk davamlı təqdimatında bildirirdi ki, fənn elmin fəlsəfəsinə dönməkdən daha böyük uğur qazana bilərdi, və burada təbiət elmlərinə əsaslanmayan, və daha uyğun ola biləcək sosial modellər mövcud idi (Hollis və Smith, 1990: 68-91). Onların arqumentləri üçün fəlsəfi ilham mənbəyi Peter Winch-dir, hərçənd ki, onlar yozumçu mütəfəkkirlərin müəyyən qrupunu, xüsusi halda Weber-i də işə cəlb edirlər (Weber, 1949; Winch, 1958).

      BM elminin əleyhinə arqument gətirənlər öz arqumentlərini heç vaxt konkret olaraq sosiologiyanın fəlsəfəsi ilə davamlı təmas vəziyyətinə qoymasalar da, əslində Hollis və Smith-in arqumenti fənnin strukturlaşmasında özünün fundamental rolunu artıq oynayırdı. Ola bilsin ki, Reynolds (1973) diqqətəlayiq istisna kimi kənarda dayanır, lakin onun işi elm və yozumçuluq arasındakı fərqə müxalif kimi elm və tarix arasındakı fərqlə maraqlanır. Bundan əlavə Reynolds öz nəticələrini ciddi olaraq elmin fəlsəfəsi əsasında çıxarmaqda davam edir, və, kitabı onun ədəbiyyat siyahısında verilsə də, Winch-ə konkret iqtibas etmir (Reynolds, 1973). Daha vacib, və Hollis və Smith-ə müxalif olan, Reynolds-un ənənəçilər və elmçilər «güman ki, onların müdafiəçilərinin təsəvvür etdiyindən daha çox ümumi şeyə malikdirlər» (Reynolds, 1973: 15) fikrini bildirməsidir.

      W.J.M. Mackenzie-yə (1967, 1971) də erkən payçı kimi baxmaq olar, lakin o, elmi BM-i tədqiqatın daha ənənəvi formaları ilə birləşdirmək cəhdində heç bir fundamental ziddiyyət görmürdü. «Elmi» BM-ə Bull-un hücumları belə fəlsəfi cəhətdən təbiət elmləri modelindən imtina edilməsi barədə tövsiyyələrin qıtlığı ilə diqqəti cəlb edir, hərçənd ki, onun dəlilləri problemin sanki başa düşülmüş olduğunu göstərir (Bull, 1969).

      Hollis və Smith-in kitabı sonradan post-pozitivist dönüş (Biersteker, 1989; George, 1989, 1994; Holsti, 1989; Lapid, 1989) adlandırılmış şeyin kontekstində meydana çıxdı, və fənnin anti-elmi qanadına (nəticələrini) çıxarmaq üçün böyük arqumentlər dəsti verdi. Hollis və Smith hesab edirdilər ki, ya izah etmə hesabatına (elmi prinsiplərə əsaslanan), ya da anlama hesabatına (yozumçuluq prinsiplərinə əsaslanan) malik olmaq mümkündür, mümkün olmayan şey isə bu ikisinin müəyyən kombinasiyasıdır (Hollis və Smith, 1990, 1994). Əslində Hollis və Smith-in «iki hekayət» tezisisi nə Winch, nə də Weber-inki ilə tam uyğun gəlmirdi (Hollis və Smith, 1990, 1991, 1992, 1994, 1996). Winch (1958) sosialın elmini yaratmaq cəhdlərinin hamısını rədd edir, Weber (1949) isə təhlilin hər iki növünün zəruri olduğunda təkid edirdi.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      BM qısaltması təsisatlanmış akademik Beynəlxalq münasibətlər sahəsinə aiddir.

      2

      Səkkiz təməl fənnə beynəlxalq hüquq, diplomatiya tarixi, hərbi elm, beynəlxalq siyasət, beynəlxalq təşkilatlar, beynəlxalq ticarət, müstəmləkə idarə üsulu və xarici əlaqələrin həyata keçirilməsi daxildir. Dünyəvi fənlərə dünya coğrafiyası, ümumdünya tarixi, psixologiya, sosiologiya, dil və biologiya daxildir.

      3

      Waever, 1998 Almaniya, Fransa, Böyük Britaniya və Birləşmiş Ştatlarda BM-in inkişafı barədə çox faydalı müzakirələrin təşkilini təmin edir.

      4

СКАЧАТЬ