Qədim türklər. Лев Гумилев
Чтение книги онлайн.

Читать онлайн книгу Qədim türklər - Лев Гумилев страница 8

Название: Qədim türklər

Автор: Лев Гумилев

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8448-9-4

isbn:

СКАЧАТЬ tezliklə o, geniş miqyas aldı. Anaxuan bu qiyamı yatırmağı öz öhdəsinə götürdü və 525-ci ilin baharında qiyamçıları darmadağın etdi. Həmin xidmətinə görə o, «müxtəlif şeylərdən» ibarət mükafat aldı, günahı isə tamamilə bağışlandı. İndi Qaoqyayın növbəsi çatmışdı. Teleutlarla təkbətək qalan jujanlar onları son nəfərinə qədər qırdılar. İfu öz balaca qardaşı Yueqyunun əmri ilə öldürüldü. Yueqyu müharibəni davam etdirmək istəyirdi, lakin 534—537-ci illərdə məğlubiyyətə uğradı. İfunun oğlu Bidi öz əmisini öldürdü və müqavimət hərəkatına rəhbərlik etməyə başladı. 540-cı ildə jujanlar Bidinin dəstələrini darmadağın etdilər və beləliklə, Qaoqyuy dövlətinin mövcudluğuna son qoyuldu. Həmin müddətdə Çindəki Vey imperiyası öz aralarında mübarizə aparan şərq və qərb hissələrinə parçalandı. Bundan sonra Anaxuan artıq hegemon qüvvə kimi çıxış edirdi, çünki hər iki tərəf ondan qorxurdu.

      Bu qanlı Jujan şöhrətinin son şəfəqi idi.

      Dişi canavarın nəsli. Şəcərələrə bələdlik və məxsusi öyrənilməsi ən qədim zamanlardan Mərkəzi Asiya xalqları üçün səciyyəvi idi. Həm də maraqlıdır ki, şəcərələrini müəyyənləşdirərkən həmin xalqlar bu və ya digər vəhşi heyvanı öz nəsillərinin banisi adlandırırdılar. Məsələn, tibetlilər erkək meymunu və dişi rakşası (meşə ruhu), monqollar boz qurdu və maralı, telelər canavarı və hun şanyuyunun qızını, türklər isə hun şahzadəsini və dişi canavarı öz əcdadları sayırdılar. Son iki əfsanə yəqin lap çoxdan, ehtimal ki, bu xalqların böyük Qobi səhrasının cənub qurtaracağında yaşadığı dövrdə meydana çıxmışdı; çünki mifologiya müəyyən dərəcədə siyasi tarixin və etnogenezin faktları ilə düzəlişə məruz qalır.

      Tobalıların Şimali Çinin fəthi zamanı məğlub etdikləri tayfaların içərisində «beş yüz Aşina ailəsi» də var.16 Bu «beş yüz ailə» IV əsrdə hunların və syanbilərin çinlilərdən aldıqları Şensi əyalətinin qərb hissəsində məskunlaşan «müxtəlif tayfaların qaynayıb-qarışmasından» yaranmışdı.17 Aşina Ordosdan qərbdə, Xuanxe və Nanşan çayları arasında yerləşən Xesinin hakimi, hun knyazı Muğana tabe idi. 439-cu ildə tobalar hunlara qalib gələrək Xesini Vey imperiyasına birləşdirəndə knyaz Aşina «beş yüz ailə ilə jujanların yanına qaçdı və Altay dağlarının cənubunda məskunlaşaraq jujanlar üçün dəmir-emal etməyə başladı».18

      Mətn bütün qədim türk xalqının deyil, hakimiyyət başında olan dəstənin mənşəyi barəsində məlumat verir. Qədim türklərin mənşəyi ilə bağlı bu versiyada əfsanəvi heç bir şey yoxdur. Çox güman ki, Aşina bu və ya digər səbəblərə görə çoxsaylı syanbi və hunq knyazlıqlarında yola getməyən qoçaq adamlardan ibarət drujinanın başçısı idi. Dövlət adlandırılması qeyri-mümkün olan bu cür xırda hərbi vahidlər qarmaqarışıq V əsrdə aramsız meydana çıxır və heç bir iz qoymadan məhv olurdu.

      Çinlilər Aşina xanlarının təbəələrini Tu-kyu adlandırırdılar. Bu söz Pelyo tərəfindən «türkyut» – yəni «türklər» kimi uğurlu şəkildə açılmışdır. Lakin sözün sonundakı çoxluq bildirən şəkilçi türk deyil, monqol mənşəlidir. Qədim türk dilində bütün siyasi terminlər monqol cəm şəkilçisi ilə yaranırdı. Bu isə güman etməyə əsas verir ki, həmin sözlər türk dil mühitinə kənardan gətirilirdi.

      «Türk» sözünün mənası «güclü», «möhkəm» deməkdir. A. N. Kononovun fikrincə bu söz sonralar tayfa birləşməsinin etnik adına çevrilmiş məcmu anlayışdır. Həmin tayfa birləşməsi ilkin dilinin necəliyindən asılı olmayaraq V əsrdə o, tarix səhnəsinə qədəm qoyanda dövrün tayfalararası ünsiyyət vasitəsi olan syanbi – yəni qədim monqol dili tayfaların hamısı üçün anlaşıqlı idi. Bu komanda, bazar, diplomatiya dili idi. Bu dillə Aşina nəsli 439-cu ildə Qobinin şimal həndəvərinə köçmüşdü. «Aşina» sözünün mənası «canavar» deməkdir. Türk dilində canavara buri, yaxud kaskır, monqol dilində isə şono//çino deyirdilər. «A» Çin dilində hörmət prefiksidir. Başqa sözlə, «Aşina» – «nəcib canavar» deməkdir. Sözün Çin təsirinə məruz qalmayan ərəb variantı «Şane» kimi yazıya alınmışdır.

      Aşina xanlarını totemist adlandırmağın həqiqətə uyarlığı məsələsi bizim müasir bilgilərimiz hüdudunda həll edilə bilməz. Lakin aydındır ki, VI əsrdə «canavar» adının türklər üçün böyük əhəmiyyəti vardı. Çin tarixçiləri «türk xanı» və «qurd» anlayışlarını sinonim sayır və bu vaxt çox güman ki, türk xanlarının fikirlərinə istinad edirdilər. Təsadüfi deyil ki, syanbi xanının arvadı əri Şabolio haqqında deyirdi: «xan öz xüsusiyyətlərilə qurddur», türklərə hücum təlimatında isə bildirilirdi: «bu tədbirləri görmək lazımdır: köçərilərə hücum etmək və qurdları qovmaq». Türk bayraqlarında qızılı rəngli qurd başı çəkilmişdi. Nəhayət, türklərin mənşəyi haqqında iki əfsanədə birinci yer dişi canavar – əcdadla bağlı versiyaya verilmişdir. Bir-birindən azacıq fərqlənən əfsanələrin ikisi üçün də səciyyəvi cəhət onlarda tarixi hadisəyə – Aşina ordasının Qansudan köçməsinə kiçicik bir işarə də olmamasıdır. Ona görə də əfsanələrin Altayda meydana çıxdığını, bəlkə də gəlmələrin müstəsnalıq hüququnu əsaslandırmaq üçün məxsusi olaraq yaradıldığını düşünmək mümkündür.

      Birinci əfsanənin maraqlı cəhəti «Qərb ölkəsindən qərbdə yaşayan hunlar evinin nəsli», yəni Attilanın dövləti haqqında məlumatdır. Qonşular bu nəsli qırmışdılar, yalnız doqquz yaşlı bir oğlan xilas ola bilmişdi. Düşmənlər onun əllərini və ayaqlarını kəsmiş, bədənini isə bataqlığa atmışdılar. Burada dişi qurd həmin oğlandan hamilə olmuşdu. Oğlanı sonra öldürmüşdülər, dişi qurd isə Altaya qaçıb orada on oğul doğmuşdu. Onlar artıb-çoxalmış və «bir neçə nəsildən sonra Asyan-şe adlı birisi bütün aymağı ilə mağaradan çıxaraq özünün Jujan xanının vassalı olduğunu etiraf etmişdi». Beləliklə, bu əfsanəyə görə Altay türkləri- tukyular (türkyutlar) mənşəcə Qərb hunlarından törəmişlər, lakin mənşə birliyi birbaşa deyil, mistik xarakterlidir, ana qurdun iştirakı ilə baş verib. Üstəlik nəzərə alsaq ki, Qərb hunları 468-ci ildə məhv edilib, türklər isə xalq kimi artıq 545-ci ildə tarix səhnəsinə gəliblər, onların artım sürətinə və nəsillərin bir-birini əvəzləməsinə yalnız heyrətlənmək olar.

      İkinci əfsanə türklərin mənşəyini yerli So tayfası və yenə dişi canavarla bağlayır. Əfsanəyə görə So nəslinin bütün nümayəndələri «öz səfehlikləri ucbatından» (bu səfehliyin nədə təzahür etdiyi göstərilmir) məhv olmuş, yalnız qurdun dörd nəvəsi canlarını qurtara bilmişdilər. Onlardan birincisi qu quşuna çevrilmiş, ikincisi Tsiqu adı ilə Abu və Qyan çaylarının arasında, üçüncü və dördüncüsü isə Cənubi Altayda, Çusi çayının sahilində məskən salmışdılar. Bu əfsanəni N.A.Aristov izah etmişdir. O, əfsanədəki So nəslini kumandinlər – Bie çayı üzərindəki Cənubi Altay tayfası So ilə müqayisə etmiş, birinci nəvəni lebedinlilər – ku-kiji, ikincini Abakan (Abu) və Yenisey (Qyan-Kem) arasında yaşayan qırğızlarla əlaqələndirmişdi. Böyük oğlun nəvəsi birinci СКАЧАТЬ



<p>16</p>

«Beş yüz ailə» – üslubi ifadədir, əslində «azsaylı» deməkdir

<p>17</p>

Çin tarixşünaslığında bu epoxa U-xu, yəni «beş barbar tayfa» adını daşıyır.

<p>18</p>

Н. Я. Бичурин. Собрание сведений… т. 1 с: 221.