Qədim türklər. Лев Гумилев
Чтение книги онлайн.

Читать онлайн книгу Qədim türklər - Лев Гумилев страница 7

Название: Qədim türklər

Автор: Лев Гумилев

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8448-9-4

isbn:

СКАЧАТЬ xalq isə qaçıb dağıldı. Qaçqınların bir hissəsi jujanlara tabe oldu, bir hissəsi isə Çinə üz tutdu. Növbəti 496-cı ildə şimal dövləti də eyni sürət və asanlıqla işğal edildi. Eftalitlər əsirlərin içərisindən knyaz Mivotunu ayırıb onu sağ qalan teleutlara başçı təyin etdilər. Beləliklə, Qaoqyuy jujanların düşməni və Çinin müttəfiqi (bu ittifaqa görə çinlilər 60 topa ipək parça verirdilər) olan eftalitlərin vassalına çevrildilər. Görünür, elə həmin dövrdə (497-ci il) eftalitlər Karaşarı tutmuşdular, Turfan vahəsindəki Qaoçan knyazlığının hakimi çinli Ju onun təbəələrini qəbul etməyi və Çin ərazisinə köçürməyi Çin hökumətindən xahiş etmişdi. Jujanın ətrafında polad dairə yaranırdı. Lakin qaoçanlılar abad yerlərini tərk etmək istəmirdilər, ona görə də öz hakimlərini öldürüb Jujana birləşdilər. Bu iqtisadi gərginliyi bir qədər zəiflətdi; əkinçiliklə məşğul olan Qaoçan Jujanı taxıl, meyvə və parça ilə təmin edirdi. Lakin əvəzində siyasi gərginlik gücləndi, çünki qaoçanlıların hərəkəti Çin imperatoru Syuandini bərk qəzəbləndirmişdi. Xan Futunun sülh xahişi müqabilində imperator bildirdi ki, o, yalnız Cənubi Çinin fəthi ilə məşğul olduğuna görə hələlik şimala diqqət yetirmir, ümumilikdə isə Futunu və jujanları üsyankar təbəələr sayır, həmin dövrdə (500-cü il) Qaoçandakı çinpərəst qüvvələr bayram edirdilər. Jujanla bağlanmış ittifaq pozulmuşdu.

      Qərb ölkəsində Çin mənafeyinin müdafiəsinə yardım məqsədi ilə ora Mın Veyin komandanlığı altında üç min nəfərlik nizami ordu dəstəsi göndərildi. Mın Vey Xamidə möhkəmlənərək jujanları sıxışdırmağa başladı. Futunun Çinə göndərdiyi yeni səfirlik heç nəyə nail ola bilmədi. Teleutlar da jujanların əleyhinə qaldırıldı. Onlar çinlilərdən aldıqları 60 top ipəyin dəyərini qanları ilə ödəməli idilər. Puley gölü yaxınlığında Mivotu jujanları əzdi. Onlar cənuba qaçdılar, lakin Beyşen dağlarında Mın Veyin çinli dəstələri ilə üzləşdilər. Vahimə içərisində geriyə dönən jujanlar bu dəfə teleutlarla qarşılaşdılar və yenidən darmadağın edildilər. Bəxti gətirməyən xan Futu bu qırğında da həlak oldu. Mivotu onun başının dərisini Mın Veyə göndərdi. Bunun müqabilində çinlilər Mivotuya musiqi alətlərinin tam dəstəsini 80 nəfər musiqiçi, 10 parça al-qırmızı qumaş və altmış top güllü ipək parça hədiyyə verdilər.

      Həlak olmuş Futunun varisi Çeunu iki dəfə Çinlə razılığa gəlməyə təşəbbüs göstərdi, lakin tezliklə başa düşdü ki, onu yalnız qüvvə xilas edə bilər. 516-cı ildə o, Qaoqyuya hücum edib Mivotunun dəstəsini əzdi, dəstə başçısını isə əsir götürüb özünəməxsus üsulla öldürdü. Onun ayaqlarını yabının qarnının altına sarıyıb Mivotu ölənə qədər atı o yan bu yana qovdular. Kəllə sümüyündən isə qədəh düzəltdirdilər. Jujanlardan xilas olmuş teleutlar eftalitlərlə yaxınlaşdılar. Bundan sonra Jujan xanının səfirliyini imperator Vey Syaomin-di qəbul etdi (518-ci il).

      Vassal təəhüdlərin dəqiq yerinə yetirmədiklərinə görə onları məzəmmətlədilər. Bu cür münasibət istənilən güzəştə yol açırdı və elə görünürdü ki, Jujan düşdüyü ümidsiz vəziyyətdən çıxacaq.

      Jujanda çəkişmələr. Çeunu, Jujanın xilası üçün mümkün olan hər şeyi elədi. Teleutları əzdikdən sonra o, qərbdə müharibəni davam etdirmədi, eftalitlərlə sülh bağladı. İttifaq Jujan şahzadə qızlarının eftalit əyanları ilə nikahı nəticəsində daha da möhkəmləndirildi.12 Şərqdə jujanlar Koreya (Qao-Qyuili) ilə dil tapıb onunla birlikdə mancur tayfalarından olan dideuqanları əzmək və bununla da Mancuriyada Bey sülaləsinin mövqelərini zəiflətmək istəyirdilər. Turfan məsələsi də eyni dərəcədə uğurla həll olundu. 518-ci ildə Çin hökuməti Turfan vahəsinin əhalisini Daxili Çinə köçürmək fikrindən rəsmi şəkildə imtina etdi və Qaoçan knyazlığını tanıdı. Ehtimal ki, turfanlıların jujanlarla ticarət əlaqələri kəsilməmişdi. Onlar fasiləsiz surətdə buğda və parça ilə təchiz edilirdilər. Dəmir məmulatlarını jujanlara Altaydakı vassalları – türkyutlar (türk-tukyu) gətirirdilər.

      Lakin ortadakı birlik pozulmuşdu. Buddizm Jujana nüfuz etmişdi. Bir qayda olaraq buddist missionerləri ilk növbədə xanı öz tərəfinə çəkirdilər. Düşərgədə «şamanlar» – budist ruhaniləri və «ni»lər – rahibələr peyda olmuşdular. Yeni şəraitdə buddizm fantastik formalar kəsb edirdi; məsələn, rahibələrin qanuni ərləri var idi, lakin, görünür, bu xanı o qədər də narahat etmirdi. Məlumatların kasadlığına baxmayaraq, təsdiq etmək olar ki, buddizm heç də hamının xoşuna gəlmirdi. Xanın öz ailəsində və qoşunda da müxalifət meydana çıxmışdı. Jujan ona indi hər zamankından daha artıq lazım olan birliyi itirmişdi. 513-cü ildə Çindəki Jujan səfirliyinə «mirvari bəzəkli büt» gətirən şaman Xuiqyuan başçılıq edirdi. Bu köçərilərin tarixində ilk təsadüf idi ki, dini şəxs dünyəvi missiya ilə çıxış edirdi.

      Aşağıdakı epizod daha səciyyəvidir. Jujanların düşərgəsində Deu-xun divan adlı gənc şaman qız yaşayırdı. Onun təxəllüsünün fars mənşəli olması («divanə») diqqəti cəlb edir. «O, müalicə edir və cadugərliklə məşğul olurdu (yəni ruhların köməyi ilə şamanlıq eləyirdi) və Çeunu həmişə şaman qıza inanırdı».13 Çin salnaməçisi onu şarlatan sayır və Deu-xunun fırıldaqçılığı haqqında bir epizod da gətirir. Lakin bizi maraqlandıran bu deyil. «Çeunu ona çox ehtiram göstərir və sevirdi, şaman qızın məsləhətlərinə əməl edərək dövlətin idarə olunmasını tamamilə dolaşdırmışdı».14 Orduda Çeunun məşuqəsinə qarşı müxalifət yarandı və 520-ci ildə xan yürüşdə olanda onun anasının əmri ilə Deu-xunu boğub öldürdülər. Çeounu qayıdanda əyanlarla birlikdə qəsd hazırlayan ananın əmri ilə onu da öldürdülər, taxt-tacı isə qadın özünün o biri oğlu Anaxuanyuya verdi.

      On gündən sonra Çeunun intiqamı alındı. Xanın qohumu olan Şifa adlı birisi düşərgəyə hücum edib onu dağıtdı. Anaxuan Çinə qaçdı, anası və qardaşları isə öldürüldülər. Anaxuan Çində mərhəmət axtardığı dövrdə dayısı Polomın öz tərəfdarlarını topladı və Şifanın dəstəsini dağıtdı. Şifa Mancuriyaya, dideuqan tayfasının yanına qaçdı və orada öldürüldü. Polomın xan titulu qəbul etdi. 521-ci ildə o, üsyana qalxan teteutlar tərəfindən basıldı və təbəələrinin bir hissəsi ilə Çinə köçdü. Jujan yenidən məhv olmağın astanasında idi.

      Nəhayət, Çin istədiyinə nail oldu: hər iki jujan xanı özlərini ona təslim etdilər. Şimaldan gələnlər danışırdılar ki, «dövlətdə böyük həyəcan başlanıb. Hər tayfa ayrılıqda yaşayır və növbə ilə bir-birilərini qarət edirlər».15

      Teleutlar münaqişələrdən faydalandılar: işgəncə ilə öldürülən Mivotunun qardaşı İfu Qaoqyuy dövlətini bərpa etdi və 521-ci ilə Polomının jujanlarını məğlubiyyətə uğradaraq Çinə qovdu. Həmin ilin payızında Anaxuanın qardaşı, taxt-tacda onu əvəz edən Sinifa qaoqyuyların əlindən Çinə qaçdı. Çin hökuməti qazanılmış müvəffəqiyyəti daha da möhkəmləndirmək qərarına gəldi. Polomını və onun tərəfdarlarını Çinin içərilərində, Kukunor gölü yaxınlığında СКАЧАТЬ



<p>12</p>

Aydındır ki, jujan-eftalit ittifaqının bağlanması eftalit hökmdarlığı ilə Vey imperiyasının dostluq əlaqələrinə son qoydu. 516-520 və 526-cı ildə eftalit elçiləri artıq Cənubi Çinə deyil, Lyan imperiyasına gedirdilər. Onların apardıqları danışıqların Toba əleyhinə koalisiya yaratmaq olduğunu güman etmək mümkündür.

<p>13</p>

Н. Я. Бичурин. Собрание сведений… т. с: 196.

<p>14</p>

Orada, s. 197.

<p>15</p>

Н. Я. Бичурин. Собрание сведений… s.202