Qədim türklər. Лев Гумилев
Чтение книги онлайн.

Читать онлайн книгу Qədim türklər - Лев Гумилев страница 6

Название: Qədim türklər

Автор: Лев Гумилев

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8448-9-4

isbn:

СКАЧАТЬ xanı, Deuday – «at çapa-çapa ox atan» ləqəbli Şelun təkbaşına hökmranlıq edirdi. O tele köçlərini özünə tabe edib İl çayı boyunca məskən salmış Orta Asiya hunları ilə qarşılaşdı. Hunların başçısı Jibaeqi adlı bir nəfər idi. Onqin çayı üzərindəki inadlı vuruşda Jibaeqi Şelunun qoşunlarını darmadağın etdi, lakin buna baxmayaraq jujan dövləti ilə bacarmadı və «tabe olmaqla sülh qazandı.»7

Şelunun əsas vəzifəsi Toba-Vey imperiyasının güclənməsinin qarşısını almaq idi. Bu imperiyanın gücü jujan xanlarının gücündən qat-qat artıq idi. Yalnız Çinin cənubundakı aramsız müharibələr Toba-Vey imperatoruna itaətdən çıxmış təbəələrinə divan tutmağa mane olurdu, ona görə də Şelun Tobanın bütün düşmənlərinə kömək edirdi. 410-cu ildə Şelun öldü, xanlıq taxtına onun qardaşı Xulyuy çıxdı.

Xulyuy Tobanı sakit buraxdı. O, öz nəzərlərini şimala çevirdi. Burada Yenisey qırğızlarını (iequ) və xeveyləri (naməlum Sibir tayfası) özünə tabe etdi. 414-cü ildə o, sui-qəsdin qurbanı oldu, lakin qəsdçilərin başçısı Buluçjen də həmin il həyatla vidalaşdı. Xanlıq Şelunun əmisi oğlu Datana keçdi. Onun hakimiyyətinin başlanğıcı çinlilərə qarşı yürüşlə tarixə düşdü, lakin istər jujanların yürüşü, istərsə də onlara qarşı göndərilən cəza dəstələrinin səfəri nəticəsiz qaldı. Vəziyyətdə heç bir dəyişiklik baş vermədi.

418–419-cu illərdə jujanlarla Orta Asiya hunları və yueçjalar arasında müharibə təzələndi.8 Jujanlar Tarbataqaya soxuldular və hamının canına elə qorxu saldılar ki, yueçjaların başçısı Tsidolo (Kidara) təhlükəli qonşuluqdan uzaqlaşmaq niyyəti ilə cənuba keçdi və Karşı vadisindəki Bolo şəhərini tutdu.9 Burada o, farslar və eftalitlərlə toqquşmalı oldu. Kidaranın silahdaşları – kidaritlər tarixə öz etnik adları ilə deyil, rəhbərlərinin adları ilə düşdülər.

II fəsil

ƏCDADLAR

Jujan xanlığının Vey imperiyası ilə müharibəsi. 420-ci il jujanların qüdrətinin zirvəsi idi. Şimal və qərb tayfaları üzərində asan qələbələr jujanları Böyük Çölün hegemon qüvvəsinə çevirdi, lakin bu qətiyyən xanlığın sakitliyini və çiçəklənməsini təmin etmədi. Jujanların başlıca düşməni Toba-Vey imperiyası idi və jujan xanı Datan öz təbii rəqibinin qüvvətlənməsinin qarşısını almaq üçün əlindən gələni əsirgəmirdi.

424-cü ildə Datan 60 min atlı ilə Çinə soxuldu, paytaxta qədər gedib çıxdı və imperatorun şəhər kənarındakı sarayını dağıtdı. Toba qoşunlarının səfərbərliyə alınması və jujanlar arasında intizamsızlıq onu döyüşə girmədən geri qayıtmağa məcbur etdi. 425-ci ildə tobalılar jujanları Qobinin o biri tərəfinə qovdular. 430-cu ildə imperator Tay-u-di (Toba Dao) Cənubi Çində əl-qol açmaq üçün jujanları aradan götürmək qərarına gəldi. Böyük qoşun Çölə hücum etdi, jujanlar qaçıb dağıldılar. Datan özü qərbə tərəf qaçdı və xəbərsiz itkin düşdü. Teleslər onun adamlarını öldürürdülər. Datanın oğlu Udi mübarizəni davam etdirməkdən əl çəkdi və Vey imperiyasına xərac verməyə başladı. Lakin bu sülhü 437-ci ildə imperiyaya qarşı yürüşə çıxan Udinin özü pozdu. Görünür, jujanlar öz həyatlarını qarətsiz təsəvvür edə bilmirdilər. Toba imperatorunun 439-cu ildəki cavab yürüşü heç bir nəticə vermədi, qoşun dərələrdə gizlənmiş jujanlarla qarşılaşmadan geri dönməli oldu.

440-cı ildə Tobanın Xesiyə qarşı müharibəsindən istifadə edən Udi yenə sərhəddə hücuma keçdi, lakin pusquda durmuş dəstələr onun qoşununun ön hissələrini əsir götürdülər. Jujanlar yenə qaçmalı oldular. Eyni hadisə 445-ci ildə də təkrar olundu. Bundan sonra Udi öldü və taxta oğlu Tuxeçjen (445—464) çıxdı.

İndi rollar dəyişilmişdi. Toba-Vey imperiyası öz inkişafının zirvəsinə çatmışdı, onun qoşunları tez-tez Çölə hücuma keçir, jujanları dağlarda gizlənməyə məcbur edirdilər. Əslində bu müharibə yox, cəza yürüşləri idi.

Tuxeçjenin oğlu və varisi Yuyçen (464-485) mübarizəni davam etdirməyə çalışdı. Lakin 470-ci ildə darmadağın edildi və xərac vermək şərti ilə sülh xahiş etməli oldu. Jujan zəiflədi, artıq Çin üzərinə yürüşlər qeyri-mümkün idi. İndi qarət obyekti kimi daha kasıb və zəif olan Qərb ölkəsi seçildi. 460-cı ildə jujanlar Turfan vahəsini ələ keçirdilər və qalib tobalıların əlindən burada sığınacaq tapmış keçmiş müttəfiqlərinə – cənub hunlarına divan tutdular. 470-ci ildə jujanlar Xotanı çapıb-taladılar, lakin eftalitlərin qüvvətlənməkdə olan dövləti jujan işğalına son qoydu. Tyan-Şan Jujanın sərhədinə çevrildi.

Jujanların yeni xanı Doulun (485—492) «qətllərə meylli olan amansız adam»10 idi. O, taxta çıxmasını əyanlardan birini bütün nəsli ilə birlikdə qırmaqla «tarixə saldı». Bu, ölkədə böyük qəzəb doğurdu. Xanın Çinə hücum etmək cəhdi daha böyük narazılıqla qarşılandı. Hamı yaxşı başa düşürdü, hətta ən uğurlu talandan sonra da, Çin ordusunun yürüşü başlanacaq. Onun qarşısını almaq isə imkan xaricində idi.

Tele ağsaqqalı Afuçjilo xana təkidlə məsləhət görürdü ki, Çinlə müharibəyə başlamasın. Lakin dəlillərinin təsirsiz qaldığını gördükdən sonra o, öz xalqı ilə birlikdə üsyana çıxdı. Həmin dövrdə telelər sayca o qədər də az deyildilər (Çin məlumatlarına görə onlar 100 min araba idilər). Afuçjilo köçünü qərbə, İrtış çayı vadisinə çəkdi. O, burada «Səmanın Böyük oğlu» titulunu qəbul etdi. Bu özünü Jujan xanı ilə eyni səviyyəyə qoymaq idi. Müharibə odu yenidən alovlandı.

490-cı ildə Çin qoşunları Çölə şərq tərəfdən hücuma keçdilər və telelərlə birlikdə jujanları iki tərəfdən sıxışdırmağa başladılar. Jujan əyanları bütün məsuliyyəti fərasətsiz xanın üzərinə yıxdılar və onu öldürdülər.

Telelərin qərbə keçməsi fövqəladə əhəmiyyətə malik hadisə idi – qərbdə bu dağınıq köçərilər öz dövlətlərini yaratdılar.11 Asiyada yenidən etnogenez prosesi başlandı. Eyni dövrdə Altay dağlarında türk xalqı, Braxmaputra vadisində tibet xalqı formalaşırdı, Çində isə Suy və Tan sülalələrinə əzəmətli orta əsrlər mədəniyyəti bəxş edən dirçəliş başlanmışdı. Şərqi Asiya tarixinin antik dövrü başa çatırdı, bu dövrün eybəcər qalığı olan Jujan dövləti məhvə məhkum idi.

Teleut xanlığı – Qaoqyuy. Teleutların ayrılması və 492-ci ildəki dövlət çevrilişi Jujanın tarixində dönüş nöqtəsinə çevrildi. O, Mərkəzi Asiyada öz hegemon rolunu itirmişdi və artıq hakimiyyət yox idi, mövcudluq uğrunda vuruşmağa məcbur idi. Öldürülmüş Doulanı əvəz edən Naqay yalnız bir il hakimiyyət sürdü. Onun hakimiyyət devizi belə idi: «Tam sakitlik». Başqa sözlə desək, Naqay öz sələfinin hərbi niyyətlərindən əl çəkmişdi. Naqayın oğlu Futu da imkan daxilində atasının СКАЧАТЬ

7

Н. Я. Бичурин. Собрание сведений о народах, обитавших в Средней Азии в древние времена, т. I, М. – Л. 1950, с. 249.

8

Bu müharibənin tarixi belə müəyyən edilir: Yuebanla vuruşan Datan taxta 414-cü ildə çıxmışdı. 415-ci ildə, Çinə yürüş etmişdi. Deməli, başı Şərqdə qarışmışdı. Çinə növbəti yürüş 424-cü ildə keçirilmişdi. Deməli, Yuebanla müharibə bu iki tarix arasındakı dövrə təsadüf edir. Numizmatikaya dair məlumatlar həmin tarixi daha da dəqiqləşdirməyə imkan verir. 417-ci ildə üzərində Kidaranın adı həkk edilmiş sikkə buraxılmışdı.

9

Kidaritlərin paytaxtının Bəlxdə yerləşməsi haqqında R. M. Qirşmanın ehtimalı özünü doğrultmadı.

10

Н. Я. Бичурин. Собрание сведений… т I, с 196.

11

Qərbi teleləri teleut adlandırmaq daha rahat və düzgündür, çünki Altay teleutları onların varisləridir. Dağınıq Şərqi tele tayfalarını isə sovet tarixşünaslığında qəbul edildiyi kimi teleslər adlandırmaq lazımdır.