Fiesta. Эрнест Миллер Хемингуэй
Чтение книги онлайн.

Читать онлайн книгу Fiesta - Эрнест Миллер Хемингуэй страница 6

Название: Fiesta

Автор: Эрнест Миллер Хемингуэй

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8449-4-8

isbn:

СКАЧАТЬ çiyinləri üzərindən Kona baxdım və onun hələ də barda dayanıb Bretə baxdığını gördüm.

      – Yeni bir qurban hazırdır, – mən ona dedim.

      – Belə demə. Yazıq oğlan. Mən də indi fikir verdim.

      – Yaxşı, – mən dedim. Elə bilirdim onların sayının artmağı sənin ürəyincədir.

      – Cəfəng danışma.

      – Əlbəttə, xoşuna gəlir.

      – Hə, yaxşı, tutaq ki, belədir sonra?

      – Heç nə, – mən dedim. Biz akkordion və banconun sədaları altında rəqs edirdik. Hava isti olsa da, özümü xoşbəxt hiss edirdim. Biz dəstənin başqa bir üzvü ilə rəqs edən Corcetin yanından keçdik.

      – Onu bura gətirmək haradan ağlına gəldi?

      – Bilmirəm, gətirdim də.

      – Getdikcə axmaq romantikə oxşayırsan.

      – Elə deyil, darıxırdım.

      – İndi necə?

      – İndi yox.

      – Gəl, çıxaq buradan. Onun qayğısına qalan çoxdur.

      – Doğrudan istəyirsən?

      – İstəməsəm, niyə təklif edim ki?

      Biz döşəmədən ayrıldıq, mən divardakı asılqandan paltomu götürüb geyindim. Bret barın yanında məni gözləyirdi. Kon ona nəsə deyirdi. Mən bara yaxınlaşıb bir zərf istədim. Müdir birini tapdı. Cibimdən əlli franklıq çek çıxarıb, zərfə qoyub möhürləyəndən sonra ona uzatdım.

      – Mənimlə gələn qız məni soruşsa, zəhmət olmasa, bu zərfi ona verin, – mən dedim. Yox, əgər, bu bəylərdən biri ilə getsə, o zaman xahiş edirəm, bu zərfi mənim üçün saxlayın.

      – C'est entendu, monsieur (Başa düşdüm, cənab, fr.), – bar sahibi dedi. Artıq gedirsiniz? Belə tez?

      – Bəli, dedim.

      Biz qapıya yaxınlaşdıq. Kon hələ də Bretlə nəsə danışırdı. Bret Konla sağollaşıb qoluma girdi.

      – Gecən xeyrə, Kon, – mən dedim.

      Küçəyə çıxıb, taksi axtarmağa başladıq.

      – Elə bil, həmin əlli frankı salıb itirdin, – Bret dedi.

      – Ah, elədir ki var.

      – Bir dənə də taksi yoxdur.

      – Biz Pantona qədər piyada gedib oradan birini tapa bilərik.

      – Gəl, yolüstü istənilən pivəxanaya gedib içək, taksi üçün isə bir adam tapıb göndərək.

      – Küçədə də gəzmək istəmirsən.

      – Əgər çarə varsa, niyə də istəyim?

      Biz ən yaxın pivəxanaya girdik və mən ofisiantı taksi tapmaq üçün göndərdim.

      – Belə, – mən dedim, – biz onlardan uzaqlaşdıq.

      Biz hündür bara söykənib heç bir söz demədən bir-birimizə baxırdıq.

      Ofisiant gəlib taksinin bayırda olduğunu deməsi bizi özümüzə gətirdi. Bret mənim əlimi möhkəm sıxdı. Mən ofisianta bir frank verdim və biz oradan çıxdıq.

      – Deyək, hara sürsün? – mən soruşdum.

      – Ah, hara istəyirsə, ora da getsin.

      Biz əyləşdik, qapını bağlayıb sürücüyə Monsori Parkına sürməsini söylədim. Bret küncdə gözləri yumulu, arxaya tərəf əyilmişdi. Mən onun yanında əyləşdim. Maşın yola düşdü.

      – Ah, əzizim, mən elə bədbəxtəm ki! – Bret dedi.

      4

      Taksi təpəni yuxarı qalxıb işıqlı meydandan keçərək, üzüyuxarı qaranlığa girib, sonra San Etyen du Mont küçəsinin arxasındakı qaranlıq küçəyə daxil olaraq ehtiyatla üzüaşağı düşüb ağacların və Kontreskarpdakı avtobus dayanacağının yanından keçib, Muftar küçəsinin çay daşlari ilə örtülmüş yollarına doğru buruldu. Burada səhərə qədər barlar işıq gəlir, mağazalar açıq olur. Bir-birimizdən aralı otursaq da, köhnə küçəni üzü aşağı düşdükcə bir-birimizə yaxınlaşırdıq. Bretin şlyapası başından düşmüş, başını arxaya söykəmişdi. Mən bir anlığa mağazalardan düşən işığın altında onun çöhrəsini gördüm, sonra yenidən qaranlıq oldu, daha sonra biz Qabelin prospektinə çatdıq və mən onun üzünü daha aydın gördüm. Yol dağıldığından fəhlələr asetilen işığı altında yolda işləyirdilər. Bretin bəyaz çöhrəsi və uzun boynu parlaq işıq altında aydın görünürdü. Küçə yenidən qaranlıqlaşanda mən onu öpdüm. Bizim dodaqlarımız möhkəmcə bir-birinə yapışmışdı, ancaq o üzünü çevirdi və bacardığı qədər oturacağın küncünə tərəf sıxıldı. Başını aşağı salmışdı.

      – Mənə toxunma, – o dedi. Xahiş edirəm, toxunma.

      – Nə olub axı?

      – Bacarmıram.

      – Ah, Bret.

      – Lazım deyil. Mən bacarmıram, vəssalam. Ah, əzizim, xahiş edirəm məni başa düş!

      – Məni sevmirsən?

      – Sevmirəm?! Sənin bircə toxunuşun kifayətdir ki, mən əriyim.

      – Necə ola bilər ki, bunun bir çarəsi olmaya?!

      O artıq qamətini düzəltmişdi. Mən qolumu ona dolamış, o isə mənə söykənib sakitcə oturmuşduq. O, gözlərini zilləyib mənə elə baxırdı ki, sanki bu gözlər onun deyildi. O, mənə baxanda sanki bütün dünya dayanırdı. O, elə baxırdı ki, sanki dünyada bu cür baxılası ikinci bir şey yoxdur, əslində isə o, həyatda çox şeydən qorxurdu.

      – Əldən gələn bir şey yoxdur, – mən dedim.

      – Mən bilmirəm, – o dedi. Yenidən o cəhənnəmi yaşamaq istəmirəm.

      – Yaxşısı budur, bir-birimizdən uzaq duraq.

      – Amma, mən sənsiz qala bilmirəm. Məsələ təkcə bunda deyil.

      – Elədir, amma həmişə bura gəlib çıxır.

      – Bu mənim səhvimdir. Məgər, hər insan öz əməllərinin cəzasını çəkmir?

      O, СКАЧАТЬ