Fiesta. Эрнест Миллер Хемингуэй
Чтение книги онлайн.

Читать онлайн книгу Fiesta - Эрнест Миллер Хемингуэй страница 5

Название: Fiesta

Автор: Эрнест Миллер Хемингуэй

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8449-4-8

isbn:

СКАЧАТЬ kətildə əyləşib, akkordeonda ifa etməyə başladı. Onun topuğundakı zınqırovlu xalxal hər dəfə ifa etdikcə səs çıxarırdı. Hər kəs rəqs edirdi. Çox isti olduğundan, biz tər içində döşəmədən uzaqlaşdıq.

      – Aman Tanrım, – Corcet dedi. Tamam su içindəyəm.

      – Hə, yaman istidir.

      – Həm də necə!

      – Şlyapanı çıxart.

      – Heç bu ağlıma gəlmir.

      Kimsə Corceti rəqsə dəvət etdi və mən bara yaxınlaşdım. Belə isti gecədə akkordionun səsi insana xoş təsir edirdi. Mən qapının kandarında dayanıb, küçədən gələn küləyin sərin nəfəsini içimə çəkə-çəkə pivə içdim. Elə bu vaxt iki taksi sıldırım küçədən aşağı endi. Hər iki taksi rəqs zalının qarşısında saxladı. Maşından bəzisi köynəkdə, bəzisi jaketdə olan bir dəstə gənc aşağı düşdü. Mən qapıdan düşən işıqdan yalnız onların əllərini və təzəcə yuyulmuş dalğalı saçlarını görə bilirdim. Qapının ağzında dayanan polis mənə baxdı və gülümsədi. Onlar içəri daxil oldular. Onlar deyib gülə-gülə içəri girəndə işığın altında ağ əllərini, ağ sifətlərini, dalğalı saçlarını daha aydın gördüm. Bret də onlarla idi. O, çox qəşəng görünürdü və oğlanlarla çox mehriban idi.

      Onlardan biri Corceti göstərib dedi:

      – Özüdür ki var! Əsl fahişədir. Mən onunla rəqs edəcəm, Lett. Bizə tamaşa edərsən.

      Lett adlı qaraşın hündür olan oğlan dedi:

      – Özünü ələ al.

      Qıvrımsaçlı sarışın cavab verdi:

      – Narahat olma, əzizim. Bret isə hələ də onlarla idi.

      Mən çox hirslənmişdim. Həmişə onlar necəsə məni əsəbləşdirməyi bacarırdılar. Bilirəm onlar əylənmək istəyirlər və mən dözümlü olmalıyam, ancaq onların ağzının payını vermək üçün istənilən adamın üstünə atılmağa hazır idim. Bunun əvəzində isə mən küçəni aşağı düşüb, zalın yanındakı barda pivə içdim. Pivə yaxşı olmadığından onun dadını qaçırmaq üçün ondan daha pis dadan konyak içdim. Zala geri qayıdanda döşəmə rəqs edənlərlə dolu idi və Corcet, oyanarkən boynunu əyən, gözlərini qaldıran, iri yanlarını silkələnən hündürboy sarışınla rəqs edirdi. Musiqi dayananda isə dəstədən başqa biri onu rəqsə dəvət etdi. Qız onların çevrəsinə düşmüşdü. Mən başa düşdüm ki, onların hamısı bir-bir onunla rəqs etməsə əl çəkməyəcəklər. Onlar həmişə belə edirdilər.

      Mən bizim masaya yaxınlaşdım. Kon da qonaqların arasında idi. Frensiz isə rəqs edirdi. Xanım Bredoks kimisə özü ilə gətirib bizə Robert Prentis kimi təqdim etdi. O, əslən Çikaqodan olan, Nyu-Yorkda yaşayan yeni roman yazarlarından idi. Onun qəribə ingilis ləhcəsi var idi. Mən ona içki təklif etdim.

      – Çox sağolun, – o dedi. İndicə içmişəm.

      – Birini də için.

      – Çox sağolun, bir azdan içərəm.

      Biz qızı çağırdıq və hər birimiz su ilə konyak sifariş etdik.

      – Eşitdim, siz Kansazdansınız? – o dedi.

      – Bəli.

      – Paris necə, ürəyinizcədir?

      – Bəli.

      – Doğrudan?

      Mən bir az içkili idim. Elə çox içməsəm də, bu mənə laqeyd olmağa bəs edirdi.

      – Bəli, doğrudan. Tanrı xatirinə, dedim ki, ürəyimcədir. Sizin yox? – mən soruşdum.

      – Siz necə gözəl əsəbləşirsiniz, – o dedi. Kaş mənim də belə istedadım olardı.

      Mən ayağa durub rəqs döşəməsinə tərəf getdim. Xanım Bredoks məni müşayiət edirdi.

      – Robertlə höcətləşmə, – o dedi. Bilirsən ki, o hələ də uşaqdır.

      – Mən heç nə etmədim, – dedim. Sadəcə məni qovacağından qorxdum.

      – Nişanlının yaman bəxti gətirib, – xanım Bredoks döşəmədə Let adlı qara, hündür oğlanın qolları arasında rəqs edən Corcetə baxaraq dedi.

      – Elə deyil ki? – mən dedim.

      – Sözsüz, – xanım Bredoks cavab verdi.

      Kon bizə yaxınlaşdı.

      – Gəl, Ceyk, – o dedi, gəl gedək içək.

      Biz bara yaxınlaşdıq.

      – Sənə nə olub? Yaman pis görünürsən.

      – Heç nə. Sadəcə bu tamaşa mənə pis təsir edir, vəssalam.

      Bu zaman Bret də bara yaxınlaşdı.

      – Hello, dostlar!

      – Salam Bret, – mən dedim. Nə əcəb sərxoş deyilsən?

      – Artıq içməyi tərgitmişəm. Dostlara konyak və soda verin.

      O, əlində stəkan dayananda Konun ona baxdığını gördüm. O elə baxırdı ki, sanki həmyerlisi vəd edilmiş torpağa baxır. Əlbəttə, Kon daha cavan idi. Ancaq o, ümidə layiq bir həvəslə ona baxırdı.

      Bret çox gözəl idi. O, hörmə jaket, tvid yubka geyinmiş, saçını oğlan kimi arxaya daramışdı. Bununla da hər şey başladı. Lakin, əynindəki yun sviter belə onun yarış yaxtasının korpusuna bənzəyən donqarını gizlətmirdi.

      – Əla dostların var, Bret, – mən dedim.

      – Çox istiqanlıdırlar, elə deyil? Özünə bir bax, əzizim! Onu haradan tapmısan?

      – Napoliten kafesindən.

      – Yaxşı vaxt keçirə bildiniz?

      – Ah, misilsiz, – mən dedim.

      Bret güldü.

      – Səhvin var, Ceyk, bu heç yaxşı hərəkət deyil. Bu, bizim hamımız üçün təhqirdir. Bir baxın, Frensiz ilə Co da buradadırlar.

      Bu Konun xeyri üçündür.

      – Bu lap ağ oldu, – Bret dedi və yenə güldü.

      – Arifə bir işarə də kifayətdir, – mən dedim

      – Hə, bəlkə elə deyil? Bu СКАЧАТЬ