Fiesta. Эрнест Миллер Хемингуэй
Чтение книги онлайн.

Читать онлайн книгу Fiesta - Эрнест Миллер Хемингуэй страница 3

Название: Fiesta

Автор: Эрнест Миллер Хемингуэй

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8449-4-8

isbn:

СКАЧАТЬ ora getmə. Özün üçün fırlan, gör başına nə gəlir.

      – Heç nə olmayacaq. Yadımdadır, bir dəfə bütün gecəni tək-tənha dolaşdım, ancaq velosipedli polisin məni saxlayıb sənədlərimi soruşmasından savayı heç nə baş vermədi.

      – Məgər, şəhər gecə gözəl görünmür?

      – Mən Parisi sevmirəm.

      Hərlənib-fırlanıb, yenə eyni yerə gəldik. Ona görə məyus olsam da, əlimdən heç nə gəlmirdi, çünki dediyindən dönmək fikri yox idi: Cənubi Amerika onun dərdinin dərmanıdır və Parisi görməyə gözü yoxdur. Birinci fikri o, kitabdan oxumuşdu, deyəsən, elə ikincini də.

      – Yaxşı, – mən dedim, – yuxarı qalxıb teleqram göndərməliyəm.

      – Getməsən olmaz?

      – Yox, bu vacibdir.

      – Səninlə gəlib otağın bir küncdə otursam, etiraz etməzsən?

      – Əlbəttə, o nə sözdür, buyur.

      O, bayır otaqda əyləşib qəzet və "Redaktor və Naşir" jurnalını oxudu, mən isə iki saat boyunca dayanmadan işlədim. Sonra ayrılmış əlyazmaları ştamplayıb, iç-içə böyük zərfə qoyaraq, Sen-Lazar vağzalına aparılması üçün kuryerə zəng vurdum. O biri otağa keçəndə Robert Kon buradakı böyük stulda əyləşib mürgüləyirdi. O, başını qollarına söykəyib yuxulamışdı. Onu oyatmağa ürəyim gəlməsə də, redaksiyanı bağlayıb getmək istəyirdim. Əlimi onun çiyninə qoydum. O, başını silkələdi.

      – Yox, mən bunu edə bilmərəm, – o dedi və başını qollarının arasında daha da gizlətdi. – Edə bilmərəm. Heç nə məni buna məcbur edə bilməz.

      – Robert, – mən onu çağırıb çiynini silkələdim. O, başını qaldırıb, gülümsədi və göz vurdu.

      – Olmaya, sayıqlayırdım?

      – Deyəsən. Amma, nə dediyini eşitmədim.

      – Aman Allah, belə də axmaq yuxu olar!

      – Yəqin, makinanın səsi səni yuxuya aparıb.

      – Ola bilər. Dünən bütün gecəni yatmamışam.

      – Niyə?

      – Söhbət edirdik, – o dedi.

      Onların söhbətini təsəvvür edə bilirdim. Mənim dostlarımın yataq otaqlarını təsvir etmək kimi çox pis bir vərdişim var idi. Biz aperativ içmək və bulvardakı axşam gəzintisinə tamaşa etmək üçün Napoliten kafesinə yollandıq.

      3

      İsti bir yaz gecəsi mən, Robertonun gedişindən sonra Napolitendəki masaların birində əyləşib havanın qaralmasına, küçə lampalarının yavaş-yavaş yanmasına, işıqforun qırmızı, yaşıl işıqlarına, şütüyən insanlara, taksi tıxacının kənarı ilə atılıb-düşən faytonlara, özünə axşam yeməyi axtaran tək, ya cüt gəzişən fahişələrə tamaşa edirdim. Mən masamın yanından keçən gözəl bir qıza baxır, küçənin sonunda gözdən itənə qədər gözümü ondan çəkmir sonra, başqasına baxırdım ki, birinci qızın geri qayıtdığını gördüm. O, mənim yanımdan təkrar keçəndə baxışlarımız toqquşdu və o, masama yaxınlaşıb əyləşdi. Ofisiant dərhal bizə yaxınlaşdı.

      – Nə içəcəksən?– soruşdum.

      – Perno1.

      – Bu, balaca qızlar üçün məsləhət deyil.

      – Balaca qız özünsən. Ofisiant, bir qədəh perno.

      – Mənə də perno, zəhmət olmasa.

      – Nə olub? – o soruşdu. Əylənmək istəyirsən?

      – Hə, bəs sən ?

      – Yəqin ki. Bu şəhərdə hər şey mümkündür.

      – Deyəsən Parisi sevmirsən?

      – Yox.

      – Bəs niyə başqa yerə getmirsən?

      – Getməyə başqa yerim yoxdur.

      – Demək onda burada xoşbəxtsən.

      – Olmayan kimi!

      Perno absinteyə bənzəyən yaşımtıl içkidir. Su əlavə edəndə süd rəngi olur. Biyan dadan bu içki, əvvəldə kefini yaxşı qaldırsa da, sonrası pis olur. Biz oturduq bir az içdik, ancaq qız yaman qaşqabaqlı görünürdü.

      – Yaxşı, – mən dedim, – məni yeməyə qonaq etməyəcəksən?

      O, irişdi və bu zaman onun niyə gülməkdən qaçdığı mənə aydın oldu. Çünki ağzı bağlı daha gözəl gorunürdü. Mən hesabı ödədim və biz küçəyə çıxdıq. Mən fayton saxladım və sürücü səkiyə çıxıb saxladı. Biz arxada əyləşəndən sonra, yüyənə xəfif toxunuşla vitrinləri işıqlı, qapıları bağlı mağazaların önündən, geniş, işıqlı və boş prospektdən keçib, Opera prospektinə tərəf yola düşdük. Fayton pəncərəsi saatlarla dolu olan "Nyu-York Xəbərçisi" bürosunun yanından keçdi.

      – Bu saatlar nə üçündür? – o soruşdu.

      – Onlar bütün Amerikanın vaxtını göstərir.

      – Mənə kələk gəlmə.

      Biz Rivoli küçəsinin tıxacından, Tyulirin qaranlıq darvazasından keçərək Piramida küçəsinə doğru davam etdik. O, mənə tərəf sıxıldı, mən isə qolumu ona sarıdım. O, öpüşmək istədiyi gözlərindən oxunurdu. Bir əliylə mənə toxunsa da, onun əlini geri götürdüm.

      – Lazım deyil.

      – Sənə nə olub? Xəstəsən?

      – Hə.

      – Ona qalsa, hamı xəstədir. Elə mən də xəstəyəm.

      Biz Tüleri bağından keçib, işığa çıxdıq, Sena çayını keçib, Sen-Pères (Müqəddəs Atalar-tərcüməçidən) küçəsinə tərəf burulduq.

      – Gərək xəstə-xəstə perno içməzdin.

      – Elə sən də.

      – Mənim üçün fərqi yoxdur. Bunun qadınlara heç bir təsiri yoxdur.

      – Adın nədir?

      – Corcet. Bəs sənin?

      – Ceykob.

СКАЧАТЬ



<p>1</p>

Tərkibində razyana olan spirtli içki