Xiyabani. Панахи Макулу
Чтение книги онлайн.

Читать онлайн книгу Xiyabani - Панахи Макулу страница 8

Название: Xiyabani

Автор: Панахи Макулу

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ Xan oğluna dedi:

      – Bax, kəndxudanın oğlanlarıdır. Get onlarla oyna.

            Sonra xan kəndlilərə işarə edərək qulluqçuya əmr verdi:

      – Hərəsinə bir stəkan çay ver, qoy pəncərə qaba-ğında içsinlər. Kəndxudanı isə çağır dəhlizdə otursun.

            Xanın oğlu lələsi ilə həyətə düşən kimi Məhəmmədlə Qasımağanın yanına yüyürdü. Şəhər uşaqları kimi geyinən oğlanlar xanın oğlunu çox təəccübləndirdi. Məhəmmədin çəkmələrindən o vaxt nəinki Xamnə qəsəbəsində, hətta bü-tün İranda belə tapılmazdı. Xanın oğlu gözlərini Məhəmmə-din qəşəng, yapışıqlı çəkmələrindən ayıra bilmirdi.

      – Bunları haradan almısan?

      – Məhəmməddən qabaq Qasımağa dilləndi:

      – Ağası Urusiyyətdən göndərib, – dedi. – Sonra Mə-həmmədə dönərək: – Çıxar zurnanı da görsün.

            Məhəmməd qoltuğundan zurnasını çıxardı. Püflədi. Xanın oğlu bu ala-bəzək zurnanı görən kimi ilan vurmuş adamlar təki qapqara qaraldı:

      – Nə yaxşıdır?! Mən heç beləsini görməmişəm… Ver mən də çalım.

      – Burada ayıbdır, gedək o tərəfdə çalaq, – deyə Mə-həmməd camaatdan uzaqlaşaraq, həyətin xəlvət bir yerinə çəkilib zurnasını çalmağa başladı. Hələ də özünə gələ bil-məyən xanın oğlu yalvarıcı səslə Məhəmmədə dedi:

      – Ver, mən də çalım.

            Məhəmməd etiraz etmədi. Xanın oğlu böyük bir hə-vəslə zurnanı çala-çala pəncərənin altında cərgə ilə oturub çay içən kəndlilərə tərəf getməyə başladı. Məhəmməd onu səslədi:

      – O tərəfə getmə, ayıbdır.

            Xanın oğlu isə onu eşitmirmiş kimi addımlarını bir az da yeyinlətdi. Bu dəfə Qasımağa özünü ona yedirtdi:

      – Ayıbdır, getmə.

      – Kimdən ayıbdır? – deyə xanın oğlu soruşdu.

            Məhəmməd kəndliləri göstərdi:

      – O kişilərdən.

      – Bıy, onlar niyə kişi olur?

      – Bəs nədirlər?

      – Kəndli! – deyə xanın oğlu yenə yoluna davam etdi. Oğlan kəndlilərin yanına yetişəndə Qasımağa hirslə onun ətəyindən çəkdi:

      – Gəl bu tərəfdə nə qədər istəyirsən çal…

            Xanın oğlu dartınıb irəli cummaq istədi. Məhəmməd vəziyyəti belə görəndə zurnanı xanın oğlunun əlindən qap-dı. Ərköyün böyümüş xan oğluna bundan böyük təhqir ola bilməzdi. O dəqiqə gözləri doldu. Pillələri yeyin-yeyin çıxa-raq atasının yanında özünü yerə vurdu. Ömründə bəlkə də oğlunu ilk dəfə bu halda görən xan əl-ayağa düşdü:

      – Sənə nə oldu? Sənə nə oldu?..

      – Kəndxudanın oğlanları, – deyə boğula-boğula da-nışan uşaq sözünün ardını gətirə bilmədi.

      – Kəndxudanın oğlanları səni vurdu? – deyə xan gözlərini qulluqçuya ağartdı. Sonra hirslə yerindən qalxıb kəndxudaya tərəf irəlilədi. Heç bir şeydən xəbəri olmayan kəndxuda isə dəhlizdə ləzzətlə çay içirdi.

      – Axmaq oğlu, axmaq, bu nə cür qoduq böyütmək-dir?! Uşaqların Əlixan ağanı döyüblər?

            Hər yerdən kəndxudanın başına yumruq yağdırdılar.

      – Baba, vallah mənim qoduqlarım kənddədir. – Kəndxudanın boğula-boğula dediyi bu sözləri heç kəs başa düşməsə də, xanın oğlu kəndxudanın uşaqlarında olan zur-nanı istədiyini atasına qandıra bildi. Xan tez nökərlərini ça-ğırdı:

      – Bir adam gəlsin! – Pişxidmətlərdən biri tez içəri daxil oldu. – Özü ilə işiniz olmasın, qoduqlarında bir zurna var, onu alıb bura gətirin.

            Nökərlər kəndxudanı sıxma-boğmaya saldılar:

      – Tez ol, zurnanı ver, filan-filanşüdənin oğlu:

      – Baba, and olsun mərhum Sərtibin ərvahına (xanın atasıdır) mən yanımca uşaq gətirməmişəm. Zurna nədir, zad nədir?

      – Axmaq oğlu, axmaq, o yekəlikdə xan yalan danı-şır?

      – Əstəğfurullah, mən elə ərz eləmədim, deyirəm, bəl-kə xan səhv eləyir. Əgər mənə inanmırsınız, bax, bu ağsaq-qallardan soruşun, qoy onlar desinlər.

            Nökərlərdən biri kəndlilərin yanına gəlib soruşdu:

      – Burda siz uşaq gördünüz?

            Ağsaqqallardan biri dedi:

      – Hə, iki oğlan uşağı Əlixan ağa ilə oynayırdı, əllə-rində də zurna vardı, çalırdılar. Elə burada idilər. Əlixan ağa çalanda uşaqlar qapıb qaçdılar.

      – Vay, köpək oğlu! – deyə nökər kəkələndi. – Kənd-xuda bir dənə zurnadan ötrü utanmadan Sərtibin ərvahına da and içirdi.

            Xan başını pəncərədən çıxardı:

      – Gədə, füzul oğlu, füzul, bəs necə oldu?

      – Qurban, kəndxuda yalan deyir ki, uşaq gətirmə-mişəm. Budur, bu kəndlilər deyir ki, onun uşaqları Əlixan ağanın əlindən o şeyi alıb qaçdılar.

      – Yüyür yerin altında da olsa, o vələduznaları tap, bağırda-bağırda gətir bura!

            Nökər həyət qapısına tərəf qaçdı.

            Məhəmmədlə Qasımağa xanlıqdan çıxıb hənəkləşə-hənəkləşə gedirdilər. Meydana çatmamışdılar ki, nökər uşaqlara yetişdi. Ancaq geyimindən onları heç də kəndli ba-lasına oxşada bilmədi: “Bəlkə xanın qohumlarının, ya başqa xanların uşaqlarıdır – deyə əvvəlcə tərəddüd etdi. Sonra on-ların qabağına keçərək soruşdu:

      – Siz indi xanlıqda idiniz?

             Məhəmmədlə Qasımağa bir-birinin üzünə baxdılar. Məhəmməd yavaşdan dedi:

      – Oradaydıq, СКАЧАТЬ