Vinni-Puh. Алан Александр Милн
Чтение книги онлайн.

Читать онлайн книгу Vinni-Puh - Алан Александр Милн страница 5

Название: Vinni-Puh

Автор: Алан Александр Милн

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952244076 

isbn:

СКАЧАТЬ style="font-size:15px;">      Beləliklə, qalxıb yola düzəldi. Əvvəlcə fikirləşdi ki, çox güman, quyuya Efilant-filan düşməyib; sonra fikrini dəyişdi. Neyləsin, belə hallarda güman yüz yerə gedir. Quyudan gələn səsləri eşidəndən sonra bütün şübhələri dağıldı: quyuya Efilant düşmüşdü!

      – Oy-oy-oy! – Piqlet təlaşla dedi. Baş götürüb qaçmaq istədi, amma bunu bacarmadı. Bura qədər gəlib gözünün ucuyla canlı Efilanta baxmamaq axmaqlıq olardı. Ehtiyatla əyilib quyuya baxdı…

      Puh başını küpənin içindən çıxara bilmirdi. Təlaş içində vurnuxduqca başı daha çox küpənin içinə girirdi. Puh gah «Ana!», «Kömək eləyin!» deyə bağırır, gah da bərkdən donquldanırdı: «Ay-ay-ay!» Yorulub əldən düşəndən sonra Puh başını qaldırıb (küpəylə birgə) fəryad etməyə başladı…

      Bu mənzərəni görən Piqlet:

      – Kömək eləyin! – deyə bağırdı. – Qorxunc Efilant! – o, dabanına tüpürüb qaçmağa başladı. – Kömək eləyin! Efiqorxunc lant! Kömək eləyin! Efilul! Qırmızı Qorxefilo!

      Beləcə, get-gedə onun dili topuq vurur, nə dediyini bilmirdi. O, Kristofer Robinin evinin yanına çatana kimi başılovlu qaçdı.

      – Nə olub, Piqlet? – yatağından yenicə qalxan Kristofer Robin şalvarını əyninə çəkib soruşdu.

      – Efi… lant, – Piqlet təngnəfəs olmuşdu, güclə danışırdı. – Efil… fil… Efilant!

      – Hanı?

      – Odur, orada, – Piqlet caynağıyla göstərdi. – Çox qorxuncdur! Başı küpəyə bənzəyir; elə küpə böyüklüyündədir.

      – Aydındır, – Kristofer Robin ayaqqabılarını geyinərək dedi, – gedək onu mənə göstər.

      Əlbəttə, Kristofer Robinin yanında Piqlet heç nədən qorxmurdu. Birlikdə yola düşdülər.

      – Eşidirsən? Bu odur! – quyuya yaxınlaşanda Piqlet qorxa-qorxa dedi.

      – Nəsə eşidirəm, – Kristofer Robin dedi.

      Tıqqıltı eşidildi. Zavallı Puh idi, hansısa ağacın kökünə ilişmişdi, başındakı küpəni sındırıb canını qurtarmağa çalışırdı.

      – Dayan, yaxın getmə! – Piqlet Robinin qoluna möhkəm qısılaraq dedi.

      Birdən Kristofer Robini gülmək tutdu. O, şaqqanaq çəkib gülməyə başladı, uğunub-getdi… Elə bu vaxt küpə zərblə ağacın kökünə dəydi və çilik-çilik oldu, elə o andaca Vinni-Puhun başı göründü.

      Piqlet nə qədər axmaq olduğunu yalnız indi başa düşdü. Xəcalətdən evə qaçıb yatağa uzandı və özünü xəstəliyə vurdu ki, heç kimlə görüşməsin.

      Kristofer Robinlə Puh isə nahar etməyə getdilər.

      – Ayı! – Kristofer Robin dedi. – Səni çox istəyirəm!

      – Mən də səni! – Vinni-Puh dedi.

      VİNNİ-PUH SU İÇİNDƏ

      Yağış ara vermirdi. Səhərdən axşamacan yağırdı. Piqlet fikirləşdi ki, həyatı boyunca – onun yaşı həddən artıq çox idi: bəlkə, üç, bəlkə də, hətta dörd yaşı olardı! – bu cür selləmə yağış görməyib.

      «İndi Puhun və ya Kristofer Robinin yanında olsaydım, kef eləyərdim, – Piqlet öz-özünə dedi. – Əvəzində isə indi tək-tənha oturub yağışın kəsməyini gözləyirəm!»

      Təsəvvüründə Puhun evini canlandırırdı: indi onun yanında olsaydı, deyərdi: «Görəsən, Kristofer Robinin yolunu su basmayıb?» Puh isə ona deyərdi: «Yazıq qoca Dovşan, yəqin ki, evdən çıxmalı olub».

      Həmişə sahilində oynadıqları çay daşmışdı, Piqlet təşviş içindəydi: belə getsə, bir azdan evini su basa bilərdi.

      «Hə, bir az qorxuram, – o öz-özünə dedi. – Hər tərəfi su basıbsa, Balaca Məxluq neyləsin? Ona yalnız qorxmaq qalır! Kristofer Robinlə Puh ağaca çıxıb xilas ola bilərlər; Kenqa da qaçıb aradan çıxa bilər; Dovşan torpağı eşib içinə girər, Bayquş uçub-gedər, İa-İa… hmm… bərkdən anqırsa, gəlib onu da xilas edərlər. Mən isə burada oturmuşam, su hər tərəfi basıb, amma xilas olmaq üçün əlimdən heç nə gəlmir!»

      Yağış kəsmək bilmirdi, hər keçən gün suyun səviyyəsi bir az da qalxırdı. Artıq su pəncərəyədək qalxmışdı. Birdən Kristofer Robinin danışdığı əhvalat yadına düşdü. Bu, insan yaşamayan adaya düşmüş bir adamın hekayətiydi. O adam kağıza nəsə yazıb şüşənin içinə qoymuş, şüşəni isə dənizə atmışdı. Piqlet fikirləşdi ki, indi o özü də kağıza nəsə yazıb şüşənin içinə qoysa və suya atsa, ola bilsin, kimsə gəlib onu xilas edəcək!

      O, evi ələk-vələk elədi; evdə, demək olar, hər şey islanmışdı. Axır ki, bir quru qələm, bir parça quru kağız, bir quru şüşə və quru tıxac tapdı. Kağızın bir üzünə yazdı:

      KÖMƏK ELƏYİN PİQLETƏ! (BU MƏNƏM)

      O biri üzünə isə belə yazdı:

      MƏNƏM PİQLET, KÖMƏK ELƏYİN, XİLAS EDİN!

      Sonra kağızı şüşəyə qoydu, ağzını yaxşı-yaxşı bağladı, pəncərədən şüşəni bacardığı qədər uzağa fırlatdı. Piqlet yavaş-yavaş uzaqlaşan şüşəyə zillənib gözləri ağrıyana kimi baxdı, sonra başa düşdü ki, onu bir daha görməyəcək. Hə, indi o xilas olmaq üçün əlindən gələni eləmişdi.

      «Deməli, indi, – Piqlet fikirləşdi, – bir başqası əlindən gələni etməlidir. Ümid edirəm, tez əl-ayağa düşəcəklər, yoxsa canımı qurtarmaq üçün özüm üzməli olacağam, mənsə üzməyi bacarmıram».

      Yağış başlayanda Vinni-Puh yatırdı. Yağış ara vermir, o isə yuxudan ayılmırdı. Dünən öz aləmində Şimal qütbünü kəşf eləmişdi və bununla fəxr edirdi. Hətta Kristofer Robindən soruşdu ki, bir ayının kəşf edə biləcəyi başqa qütblər də varmı?

      – Cənub qütbü də var, – Kristofer Robin dedi, – deyəsən, haralardasa Şərq və Qərb qütbləri də var, amma insanlar onların haqqında könülsüz danışırlar.

      Bunları eşidəndə Puh çox həyəcanlandı; dedi ki, dərhal Şərq qütbünə ekspedisiya təşkil etmək lazımdır. Amma Kristofer Robinin başı qarışmışdı, Kenqayla məşğul idi deyə Puh Şərq qütbünü kəşf etməyə təkbaşına yollandı.

      Şərq qütbünü kəşf etdimi, etmədimi, bunu СКАЧАТЬ