Название: Vinni-Puh
Автор: Алан Александр Милн
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952244076
isbn:
– Kristofer Robin! – Vinni-Puh sakit danışmağa çalışırdı. – Arılar özlərini şübhəli aparır!
– Bəlkə, duyuq düşüblər, səndən şübhələnirlər?
– Bəlkə də! Arılardan baş açmaq olur ki?!
Ortalığa sükut çökdü. Bir azdan yenə Puhun səsi eşidildi:
– Kristofer Robin! Evində çətir var?
– Deyəsən, var.
– Get onu gətir; çətiri əlində tutub oyana-buyana qaçarsan və tez-tez göyə baxıb belə deyərsən: «Deyəsən, yağış yağacaq!» Fikirləşirəm ki, onda bizə daha çox inanarlar.
Kristofer Robin ürəyində ona gülüb öz-özünə fikirləşdi: «Ay səni, səfeh ayı!» – amma bu sözləri ucadan demədi, çünki Puhu çox istəyirdi. O istər-istəməz çətiri gətirmək üçün evə yollandı.
– Axır ki, gəlib çıxdın! – Vinni-Puh Kristofer Robini görən kimi qışqırdı. – Narahat olmağa başlamışdım. Yaxşı, çətiri aç, oyana-buyana qaça-qaça belə de: «Deyəsən, yağış yağacaq! Deyəsən, yağış yağacaq!» Mən isə buludların mahnısını oxuyacağam. Yəqin, buludların hamısı belə mahnı oxuyur… Başla!
Kristofer Robin ağacın altında «Deyəsən, yağış yağacaq!» deyə-deyə dövrə vurmağa, Vinni-Puh isə buludların mahnısını oxumağa başladı.
Mən buludam, buludam,
Balaca qara bulud.
Yox, ayı deyiləm mən.
Buludlarsa, bəllidir,
Göylərdə uçmalıdır!
Ah, mavi səmalarda
Süzmək necə gözəldir –
Ona görə buludlar
Hey mahnı oxuyurlar!
Maraqlıdır, nə qədər qəribə də olsa, arılar get-gedə özlərini daha şübhəli aparır, lap bərkdən vızıldaşırdılar. Hətta bəziləri yuvadan çıxıb Buludun ətrafında uçuşmağa başladılar; onlardan biri Buludun burnuna qondu və o dəqiqə də uçub-getdi.
– Kristofer – of! – Robin! – Bulud qışqırdı. – Başa düşdüm. Bunlar düzgün arılar deyillər!
– Nə danışırsan?
– Qətiyyən düzgün arılar deyillər! Ona görə, yəqin ki, düzgün bal düzəltmirlər!
– Doğrudan?
– Hə. Odur ki aşağı ensəm yaxşıdır.
– Bəs necə enəcəksən? – Kristofer Robin soruşdu.
Hm, Vinni-Puh heç bu barədə fikirləşməmişdi. Kəndiri pəncəsindən buraxsa, guppultuyla yerə dəyəcəkdi. Odur ki bu fikir xoşuna gəlmədi. Yaxşı-yaxşı götür-qoy edəndən sonra dedi:
– Kristofer Robin, şarı tüfənglə vurmalısan. Tüfəng yanındadır?
– Əlbəttə, yanımdadır, – Kristofer Robin dedi. – Amma atəş açsam, şar xarab olar axı!
– Atəş açmasan, mən xarab olacağam, – Puh dedi.
Onda Kristofer Robin şarı nişan alıb atəş açdı.
– Oy-oy-oy! – Puh bağırdı.
– Vura bilmədim? – Kristofer Robin soruşdu.
– Vurmağına vurdun, – Puh dedi, – amma şarı yox!
– Bağışla, üzr istəyirəm, – Kristofer Robin yenidən nişan alıb atəş açdı. Bu dəfə gülləsi hədəfə dəydi; şar yavaş-yavaş boşalmağa başladı və Vinni-Puh yerə endi.
Doğrudur, kəndirdən bərk-bərk yapışdığı üçün pəncələri keyimişdi, amma neyləmək olar?!
Bu əhvalatdan sonra Puh düz bir həftə pəncələrini tərpədə bilmədi. Belə ki, burnuna milçək qonanda onu üfürüb qovalamağa çalışırdı: «Puhh! Puhhh!» Bəlkə də, məhz buna görə onu «Puh» adlandırıblar. Amma, doğrusu, buna çox da əmin deyiləm.
– Nağıl qurtardı? – Kristofer Robin soruşdu.
– Bu nağıl qurtardı. Amma başqaları da var.
– Puh ilə mənim haqqımda?
– Hə, üstəlik, Dovşan, Piqlet və başqaları haqqında; məsələn, bir dəfə Puh ilə Piqlet Efilantı tutmaq fikrinə düşdülər.
– Tuta bildilər?
– Yox.
– Təəccüblü deyil! Axı Puh səfehin biridir. Bəs mən onu tutdum?
– Darıxma, bunu növbəti nağıllara qulaq asandan sonra biləcəksən.
– Yaxşı, – deyə Kristofer Robin ayağa qalxdı, sakitcə ayı balasının dal ayağından tutub arxasınca sürüyə-sürüyə qapıya sarı getdi. Qapıya çatanda arxaya çevrilib soruşdu:
– Bəs mənim gülləm ona dəyəndə çox ağrıtmayıb?
– Heç ağrıtmayıb, – atası dedi.
Oğlan başıyla sağollaşıb otaqdan çıxdı. Atası oğlunun ardınca pillələri qalxan Vinni-Puhun çıxardığı səsləri eşitdi: bum-bum-bum.
Atasının Kristoferə sonrakı günlərdə danışdığı nağıllar sizə də maraqlı gəlirsə, onda gəlin onları birlikdə oxuyaq.
İA-İA QUYRUĞUNU İTİRİR, PUH TAPIR
Qoca boz eşşək İa-İa meşə kənarında, qanqal basmış otluqda tək-tənha dayanıb ciddi məsələlər barədə düşünürdü. Bəzən kədərli-kədərli «Niyə?», bəzən də «Buradan hansı nəticə çıxır?» kimi suallara cavab axtarırdı. Ona görə də Vinni-Puhun addım səslərini eşidəndə çox sevindi: axır ki, fikirlərdən ayrılıb kiminləsə söhbətləşmək olardı.
– Nə var, nə yox? – o, həmişəki qaydada kədərli-kədərli soruşdu.
– Belə də! Sən necəsən? – Puh soruşdu.
İa-İa başını yellədi.
– Deyə bilmərəm, – o dedi. – Bilmirəm necəyəm. Mənə elə gəlir, çoxdandır necə olduğumu bilmirəm.
– Oy, quyruğuna nə olub? – Puh təəccüblə soruşdu.
– Nə СКАЧАТЬ