Название: Buratinonun macəraları
Автор: Алексей Толстой
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952242119
isbn:
– Hara?
– Axmaqlar ölkəsinə.
Buratino bir az fikrə getdi.
– Yox, yaxşısı budur gedim evə.
Tülkü dedi:
– Buyur get, biz səni ora zorla dartıb aparan deyilik, bu səninçün pis olacaq.
Pişik də donquldandı:
– Səninçün pis olacaq.
Tülkü söyləndi:
– Sən özün özünün düşmənisən.
– Sən özün özünün düşmənisən, – deyə pişik də təkrar elədi.
– Sənin bu beş qızılın bir yığın pula dönə bilərdi…
Buratino ağzını ayırıb dayandı…
– Aldadırsan!
Tülkü quyruğu üstdə şöngüyüb yalmandı:
– Mən indi səni başa salaram. Axmaqlar ölkəsində sehrli bir sahə var – adına Möcüzələr diyarı deyirlər… Sən bu sahədə bir çala qaz, üç dəfə de: “kreks, feks, peks”, sonra qızıl pulları həmin çalaya qoyub torpaqla, üstünə duz səp, yaxşıca sula, sonra da get yat. Səhərə kimi bu çalada balaca bir ağac göyərəcək və yarpaqların yerində də qızıl pullar asılacaq. Başa düşdün?
Buratino, hətta yerində atılıb-düşdü.
– Aldadırsan!
Tülkü incik halda burnunu yana tutdu:
– Gedək, Bazilio, bizə inanmır, heç lazım da deyil…
Buratino qışqırdı:
– Yox, yox, inanıram, inanıram!.. Tez olun gedək Axmaqlar ölkəsinə!..
“Üç qumlaqçı”5 aşxanasında
Buratino, tülkü Alisa və pişik Bazilio təpədən üzüaşağı enib çöllüklə xeyli getdilər, getdilər, üzümlükdən, şam meşəliyindən keçib, gəlib dənizə çıxdılar, təzədən dənizin yanından ötüb yenə həmin şam meşəliyindən, üzümlükdən keçdilər…
Təpədəki şəhərcik və onun üzərində bərq vuran günəş gah sağda, gah da solda görünürdü…
Tülkü Alisa içini çəkə-çəkə deyirdi:
– Eh, bu Axmaqlar ölkəsinə düşmək elə də asan məsələ deyil, ayaqların qırılır…
Onlar axşamüstü yolun kənarında yastı damı olan köhnə bir ev gördülər. Evin girəcəyində belə bir lövhə asılmışdı:
Aşxana sahibi qonaqları qarşılamağa çıxdı, dazlaşmış başından papağını çıxardı və nəzakətlə baş əyərək onları içəriyə dəvət elədi.
– Heç olmasa, quru çörək də olsa, qəlyanaltı eləmək pis olmazdı, – deyə tülkü söylədi.
– Heç olmasa, quru çörəyə qonaq edəydilər, – deyə pişik də təkrar elədi.
Onlar aşxanaya daxil oldular, şişlərdə və tavalarda cürbəcür şeylər qızarmağa qoyulmuş ocağın yanında oturdular.
Tülkü dəqiqəbaşı yalmanırdı, pişik Bazilio isə pəncələrini masaya, bığlı sifətini də onun üstünə qoyub gözünü yeməklərə zilləmişdi.
Buratino nəzakətlə çağırdı:
– Ey, sahib, bizə üç dənə çörək qabığı verin…
Aşxana sahibi az qala heyrətindən arxası üstdə yerə yıxılacaqdı, çünki hörmətli qonaqlar heç vaxt belə şeylər sifariş etmirlər.
Tülkü hırıldadı:
– Sahib, bu şən, məzəli Buratino sizinlə zarafat eləyir.
Pişik də donquldandı:
– O, zarafat eləyir.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Sisək – düzqanadlı həşərat; bir çox növü (ev sisəyi, çöl sisəyi və s.) varїm
2
Balaqan – səyyar küçə teatrı
3
Soldo - İtaliya lirəsinin 1/20-nə bərabər xırda mis pul
4
Polka - qədim çex xalq rəqsi; bal rəqsi kimi Avropada geniş yayılmışdı.
5
Qumlaqçı - çəki balıqları fəsiləsindən olan kiçik çay balığı
5