Название: Buratinonun macəraları
Автор: Алексей Толстой
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952242119
isbn:
Buratino dedi:
– Karlo ata, bəs məktəbə əlifbasız necə gedəcəyəm?
– Hə, düz deyirsən, balaca…
Karlo ata boynunun ardını qaşıdı. Yeganə nimdaş gödəkcəsini çiyninə salıb küçəyə çıxdı.
Çox tez, amma gödəkcəsiz qayıtdı. O, əlində böyük hərflərlə yazılmış, gözəl şəkilləri olan bir kitab da tutmuşdu.
– Bu da sənə əlifba. Sağlıqla oxuyasan.
– Karlo ata, bəs gödəkcən hanı?
– Gödəkcəni satdım… Eybi yoxdu, onsuz da keçinərəm… Təki sənin canın sağ olsun.
Buratinonun gözü Karlo atanın xeyirxah əllərinə dikilib qaldı.
– Oxuyaram, böyüyərəm, səninçün min dənə təptəzə gödəkcə alaram…
Buratino var gücü ilə çalışırdı ki, həyatında baş verən ilk gecəni dəcəllik etmədən yola versin, necə ki, Danışan Sisək ona məsləhət eləmişdi.
Buratino əlifbanı satır və kukla teatrına bilet alır
Buratino səhər tezdən əlifbanı çantaya qoyub atlana-atlana məktəbə qaçdı.
O, hətta yolda piştaxta üzərinə qoyulmuş şirniyyata – xaşxaşlı, ballı üçkünc pirojkilərə, çubuğa keçirilmiş xoruz şəkilli nabatlara belə baxmadı.
O, havaya ilanvarı kağız çərpələnglər buraxmış oğlanlara da baxmaq istəmədi…
Zolaqlı pişik Bazilio küçədən keçirdi, onun quyruğundan yapışmaq da olardı. Amma Buratino bundan da özünü saxladı.
O, məktəbə yaxınlaşdıqca, çox da uzaqda olmayan Aralıq dənizi sahilindən şən musiqi səsləri eşidilirdi.
– Pi-pi-pi, – fleyta cüyüldəyirdi.
– La-la-la-la, – skripka oxuyurdu.
– Cing-cing, – mis boşqablar cingildəyirdi.
– Dam-daram! – təbil də çalırdı.
Məktəbə getmək üçün sağa dönmək lazım idi, musiqi isə sol tərəfdə çalınırdı. Buratino yerində ilişib qalmışdı. Amma ayaqları onu dənizə doğru çəkirdi:
– Pi-pi-piiiii…
– Cing-lələ, cing-lə-lə…
– Dam-daram!
– Eh, məktəb qaçmır ki, – Buratino bərkdən öz-özünə danışmağa başladı: “Bir az tamaşa eləyərəm, musiqiyə qulaq asaram, sonra qaça-qaça gedərəm məktəbə”.
Buratino var gücüylə dənizə sarı qaçmağa başladı. O, burada dəniz mehinin yellətdiyi rəngbərəng bayraqcıqlarla bəzədilmiş, kətan parçadan qurulmuş balaqan2 gördü.
Balaqanın yuxarısında dörd musiqiçi çalıb-oynayırdı.
Aşağıda əndamlı, çöhrəsində təbəssüm oynayan bir xala bilet satırdı.
Girəcəkdə böyük izdiham dayanmışdı: oğlanlar və qızlar, əsgərlər, limonad satıcıları, körpəli qadınlar, yanğınsöndürənlər, poçtalyonlar, hamı da divara vurulmuş böyük bir afişanı oxuyurdu:
Buratino bir oğlanın köynəyinin qolundan dartdı.
– Xahiş edirəm, deyin, giriş üçün bilet neçəyədi?
Oğlan tələsmədən cavab verdi:
– Dörd soldo3, taxta adamcığaz.
– Oğlan, bilirsiniz, mən pul kisəmi unudub evdə qoymuşam… Siz mənə dörd soldo borc verə bilməzsiniz ki?..
Oğlan həqarətlə fıştırıq çaldı:
– Əcəb axmaq tapıbsan!
– Mən çooooooox istəyirəm kukla teatrına baxım! – Buratino ağlamsınmış halda dedi. – Mənim bu qəşəng gödəkcəmi dörd soldoya alın…
– Kağız gödəkcəyə dörd soldo? Get özünə ayrı axmaq axtar.
– Onda mənim bu qəşəng papağımı alın…
– Sənin bu papağınla ancaq çömçəquyruq tutmaq olar… Başqa axmaq axtar.
Hətta Buratinonun burnunun ucu göynədi, o, teatra elə baxmaq istəyirdi ki.
– Oğlan, onda mənim bu təzə əlifba kitabımı dörd soldoya götürün…
– Şəkillidi?
– Çox gööözəl şəkillərdi, özü də böyük hərflərlə yazılıb.
– Yaxşı, ver görüm, – deyə oğlan əlifbanı aldı və könülsüz halda ona dörd soldo verdi.
Buratino dolu əndamlı, üzündə təbəssüm oynayan xalanın yanına qaçıb ciyiltili səslə dedi:
– Bura baxın, kukla teatrının yeganə tamaşası üçün mənə birinci sıraya bilet verin.
Komediyanın tamaşası zamanı kuklalar Buratinonu tanıyırlar
Buratino birinci sırada əyləşib aşağı salınmış pərdəyə maraqla baxmağa başladı.
Pərdəyə rəqs edən adamcığazların, qara maskalı qızların, ulduzlu papaq qoymuş vahimə doğuran saqqallı adamların, nazik kökəyə bənzəyən burun və gözləri olan günəşin və digərlərinin məzəli şəkilləri çəkilmişdi.
Zınqırov üç dəfə çalındı və pərdə qalxdı.
Kiçik səhnənin sağ və sol tərəfində kartondan düzəldilmiş ağaclar vardı. Onların üzərində Aya bənzəyən fənərlər asılmışdı və onların işığı bir qırıq güzgüdə əks olunurdu və burada pambıqdan düzəldilmiş, qızılı dimdikli iki qu quşu üzürdü.
Karton ağacın arxasından uzunqol ağ köynək geymiş balaca bir adamcığaz çıxdı. Onun sifətinə diş tozuna oxşayan ağappaq pudra vurulmuşdu.
O, tamaşaçılara baş əyib qəmgin halda dedi:
– Salam, СКАЧАТЬ
2
3