Название: Buratinonun macəraları
Автор: Алексей Толстой
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952242119
isbn:
– Bax, onda görərsən ki, niiyyyə, – Danışan Sisək cavab verdi.
– Ay səni, yüzyaşlı cücü-yüyürək! – deyə Buratino qışqırdı. – Bu dünyada mənim ən çox sevdiyim elə qorxulu macəralardı. Sabah hava açılan kimi evdən qaçıb hasarlara dırmaşacağam, quş yuvalarını dağıdacağam, oğlanları cırnadacağam, it və pişiklərin quyruğunu dartacağam… Mən hələ çox həngamələr qoparacağam!..
– Buratino, mənim sənə yazığım gəlir, sən acı göz yaşları axıdacaqsan.
– Niiyyyə ki? – Buratino yenə soruşdu.
– Ona görə ki sənin qanmaz taxta başın var.
Bu sözdən sonra Buratino stulun üstünə atıldı, oradan da masanın üstünə hoppanıb çəkici qapdı və Danışan Sisəyin təpəsinə endirdi.
Qoca müdrik Sisək dərindən ah çəkdi, bığlarını oynadaraq ocağın arxasına süründü və otağı həmişəlik tərk elədi.
Buratino ağılsızlığı ucbatından məhv olmaq təhlükəsi ilə üzləşir. Karlo ata ona rəngli kağızdan paltar düzəldir və əlifba kitabı alır
Pilləkən altındakı balaca otaqda Danışan Sisəklə baş verən əhvalatdan sonra cansıxıcı vəziyyət yarandı. Gün isə elə hey uzanır, uzanırdı. Buratinonun qarnında da üzüntülü hal hökm sürməkdə idi.
O, gözlərini yumdu və birdən xəyalında boşqaba qoyulmuş qızardılmış toyuq canlandı.
Gözlərini açan kimi, boşqabdakı qızardılmış toyuq yoxa çıxdı.
O, yenə gözlərini yumdu, boşqabdakı manna sıyığı ilə yarıbayarı tökülmüş moruq mürəbbəsi xəyalına gəldi.
Gözlərini açdı, manna sıyığı ilə yarıbayarı moruq mürəbbəsi tökülmüş boşqab qeybə çəkildi.
Buratino onda başa düşdü ki, dəhşətli şəkildə yemək istəyir.
O, ocağa sarı qaçdı və burnunu od üzərində asılmış qaynayan qazana soxdu. Lakin Buratinonun uzun burnu qazanı deşib keçdi. Çünki bizə məlumdu ki, həm ocaq, həm alov, həm də tüstü və qazan zavallı Karlo tərəfindən köhnə kətan parçası üzərində rəsm edilmişdi.
Buratino burnunu çıxartdı və deşilmiş yerdən baxdı, – kətan parçanın arxasındakı divarda elə də böyük olmayan, qapıya oxşar bir şey görünürdü. Amma hörümçək toru ilə örtüldüyünə görə, heç nə müəyyən etmək olmurdu.
Buratino bütün künc-bucağı ələk-vələk elədi ki, bəlkə, yeməyə bir tikə çörək və ya pişik gəmirmiş bir toyuq sümüyü tapa bildi.
Ah, bu zavallı Karlonun şam yeməyinə heç nəyi, heç nəyi yoxmuş!
Birdən o, yonqar yığılmış səbətdə toyuq yumurtası gördü. Yumurtanı qarmalayıb pəncərə qabağına qoydu, burnu ilə vurub – tıq-tıq, qabığını sındırdı.
Yumurtadan civiltili səs eşidildi:
– Taxta adamcığaz, çox sağ ol.
Sınmış yumurtanın içindən məxməri tüklü, xırdaca oynaq gözləri olan bir cücə atılıb çıxdı.
– Əlvida! Toyuq anam məni çoxdan həyətdə gözləyir.
Cücə elə indicə gördüyümüz pəncərəyə sarı atıldı.
– Vay, vay, – deyə Buratino qışqırdı, – mən yemək istəyirəm.
Nəhayət, gün gəlib başa çatdı. Otaq zülmətə qərq oldu.
Buratino rəsm edilmiş alovun yanında oturub acından xısın-xısın içini çəkirdi.
Birdən o, pilləkən altındakı döşəmədən çıxmış yekə bir baş gördü. Baş bayıra çıxıb havanı iylədi, onun dalınca da qısaayaqlı boz bir heyvan göründü.
Tələsmədən yonqar olan səbətə yaxınlaşaraq ora girdi, iynəyə-iynəyə nəsə axtardı, qəzəblə yonqarları xışıldatdı. Yəqin ki, Buratinonun sındırdığı yumurtanı axtarırdı.
Sonra səbətdən çıxıb Buratinoya yaxınlaşdı. Hər tərəfində dörd dənə uzun tük olan qapqara burnu ilə onu iylədi. Buratinodan yemək iyi gəlmədiyini görüb, nazik və uzun quyruğunu dalınca sürüyərək onun yanından ötüb-keçdi.
Eh, heç onun quyruğundan tutmamaq olardımı! Buratino elə həmin anda siçovulun quyruğundan yapışdı.
Bu, qəzəbli, qoca siçovul Şuşara idi.
Qoca siçovul qorxudan Buratinonu dalınca sürüdü və özünü pilləkənin altına atmaq istədi. Lakin görəndə ki, bu, sadəcə, ağacdan yonulmuş bir oğlandı, quduz kimi qeyzlə geri dönüb, onun boğazını gəmirmək üçün üstünə atıldı.
İndi də Buratino ondan qorxdu və siçovulun soyuq quyruğunu əlindən buraxıb stulun üstünə sıçradı. Siçovul da onun dalınca.
Buratino stulun üstündən pəncərənin altına atıldı. Siçovul da onun dalınca.
O, pəncərənin altından otaq boyu uçaraq masanın üstünə düşdü. Siçovul da onun dalınca… Siçovul elə masanın üstündəcə Buratinonun boğazından yapışaraq onu yerə yıxdı, dişində tutaraq döşəmənin üzərinə atıldı və pilləkənin altındakı gizli yuvasına sarı sürüdü.
– Karlo ata! – Buratino yalnız ciyildəməyə macal tapa bildi.
Ucadan cavab gəldi:
– Mən burdayam!
Qapı taybatay açıldı və Karlo ata içəri daxil oldu. O, ayağındakı taxta başmağını çıxarıb siçovula sarı tolazladı.
Şuşara taxta oğlanı buraxıb dişlərini qıcırdatdı və qaçıb yuvasında gizləndi.
– Gör, nadinclik nəyə aparıb çıxarır! – Karlo ata donquldanaraq Buratinonu döşəmədən qaldırdı. Baxdı, görsün ki, hər şeyi yerindədimi. Onu dizi üstündə oturtdu və cibindən bir baş soğan çıxardıb təmizlədi.
– Al, ye!..
Acmış Buratino dişlərini soğana batıraraq xırçıltı və marçıltı ilə yedi. Sonra da başını Karlo atanın cod tük basmış sifətinə sürtməyə başladı.
– Karlo ata, mən daha ağıllı-kamallı oğlan olacağam… Danışan Sisək mənə məktəbə getməyi məsləhət gördü.
– Yaxşı СКАЧАТЬ