Название: Sufi hekayətləri
Автор: Народное творчество
Издательство: Altun Kitab
Серия: Hikmət
isbn: 9789952242805
isbn:
Sufi duruxmadan söyləyir:
– Mən hüzurunuzda deyiləm.
BƏHAƏDDİNİN MÜSTƏBİDƏ MƏKTUBU
Özünü alim sayan bir müstəbid Bəhaəddinə məktub yazır: “Yazdıqlarınızdan qəzəblənmişəm və onların həm tarixi, həm də həqiqi mənada ədəbsiz olduğunu düşünürəm”.
Bəhaəddin cavab verir: “Sizə acıdığımdan düşündüklərimin dörddə birini yazdım. Buna görə də elə hesab edin, bəxtiniz gətirib, çünki imkanlarımı sona qədər işə salmamışam. Amma bilin ki, şagirdlərimin rifahını tələb edən zaman yetişərsə, sizi təhqir edən bu mətnin yerdə qalan dörddə üç hissəsini də yazacağam. Çünki kefi istədiyi kimi hərəkət edən şəxsə, – fərq eləməz, istər şah olsun, istər din xadimi, istərsə də alim, – hörmət ucbatından adamları yalnız müəyyən həddəcən həqiqətsiz qoymaq olar.
TƏHSİL HAQQI
Yusif ibn Cəfər əl-Əmudi şagirdlərindən pul götürürdü. Təhsil haqqı bəzən hətta kifayət qədər böyük məbləğdə olurdu. Onun yanına gələn mötəbər bir hüquqşünas deyir:
– Öyrətdikləriniz məni heyran edir. Üstəlik, şagirdlərinizi düzgün yolla apardığınızı düşünürəm. Amma biliyə görə pul götürmək ənənəyə uyğun gəlmir. Bundan savayı, belə əməllər düzgün anlaşılmaya bilər.
Əl-Əmudi cavab verir:
– Mən biliyi heç vaxt satmamışam, onun qarşılığını ödəmək üçün yer üzünün bütün pulları belə çatmaz. O ki qaldı yanlış yozmaya, onların qarşısını heç bir halda almaq mümkün deyil. İnsanlar pis tərəfə yozmaq üçün həmişə bəhanə axtarıb tapırlar. Ondansa qulaqlarınızda sırğa edin: pul götürən birisi tamahkar da ola bilər, gözütox da. Amma başqalarından pul almayan birisinin daha ağır günaha batdığını – şagirdlərinin ruhunu qarət etdiyini düşünmək olar. “Mən heç kəsdən heç nə almıram” deyənlər, bəlkə də, qurbanlarını iradəsindən məhrum etməkdə günahkardırlar.
TƏKRAR
Bir səfeh Abdulla Mənazilin yanına gəlib ona sual verir. Mənazil cavabını deyib qurtaran kimi sual sahibi xahiş edir:
– Dediklərini bir də təkrarlaya bilərdinmi?
Onda Mənazil deyir:
– Sual verdin və mən cavabı anlayacağını düşünməklə səhv elədim. İndi sən məndən səhvimi təkrarlamağımı istəyirsən?
ÖZ YOLUNA HAZIRLIQ
Fəridəddin Əttar çoxsaylı və cürbəcür çeşidli mallarla dolu dükanında oturur. Birdən qapının ağzında dünyanı dolaşan sufi peyda olur və göz yaşlarıyla dolu baxışlarını ona dikir. Şeyx Əttar ona çıxıb getməyi əmr edir.
– Mənim üçün bu o qədər də çətin iş deyil, – səyyah deyir, – əynimdəki köynəkdən savayı heç nəyim yoxdur. Amma sən bahalı mallarla dolu dükanını necə tərk edəcəksən? Yaxşısı budur, yola çıxmağının qay-ğısına qal.
Bu sözlər Əttara elə təsir edir ki, dükanını və sənətini tullayıb sufi icmasına qoşulur.
ALICI VƏ SATICI
Dərviş Saleh Yunis danışır ki, mübahisə ilə arası yaxşı olan və alim olmağa hazırlaşan birisinin müəllimi Bürhanəddinə düşünülməmiş və qeyri-səmimi şeylər dediyinin şahidi olub.
Bürhanəddin ona heç bir cavab verməyib. Həmin adam məclisi tərk edəndə isə Yunis üzünü ona tərəf çevirib soruşub:
– Niyə o adamla mübahisəyə girmədiniz ki? Ən azından ona düşdüyü dəhşətli durumu anlatmış olardınız.
Bürhanəddin cavab verir:
– Onu bir daha görən deyilik, çünki bu adam mənim onun çağırışına cavab vermədiyimi düşündü.
– Bu yolla zəhlənizi tökən adamlardan yaxa qurtarırsınız?
– Bu, yol deyil, – Bürhanəddin cavab verir, – üsuldur, onun sayəsində adama öz istədiyini verirəm. O, mübahisə etməyə adam axtarır. Mən bu cür adam olmaqdan imtina edirəm və məlum addımım onu qızğın şəkildə başqasını axtarmağa vadar edir. Beləcə, o axtaracaq və sonda mübahisə həvəskarını tapacaq. Hər bir halda alıcı və satıcıya görüşməkdə yardımçı oluruq. Bu adama istədiyimi verə bilməsəm belə, ən azından ona gerçəkdən arzuladığı şeyi tapmaqda kömək edirəm.
İŞIQ HARADANDIR?
Bəsrəli Həsən əlində şam aparan uşaqdan soruşur:
– Bu işıq haradandır?
O, dərhal şamı söndürüb deyir:
– Mənə onun hara yoxa çıxdığını söylə, onun haradan peyda olduğunu deyim.
ŞƏKSİZ
Simab hələ lap cavan olarkən yol qırağında oturmuş bir dərvişə sual verir:
– Səncə, elə bir şey edə bilərəmmi ki, adamlar məni müqəddəs saysınlar?
Dərviş başını qaldırıb düşünmədən cavab verir:
– Bundan asan nə var ki?!
Simab dərvişə bu sirri açması üçün yalvarır.
Dərviş deyir:
– Minlərlə sufi dindarlar tərəfindən ona görə öldürülüb ki, onların xoşuna gəlməyən sözlər deyib. Sən, sadəcə, bir şey eləməlisən: nəsə dərkedilməz bir şey söyləməlisən. Onda, heç olmasa, düşdüyün vəziyyət səni böyük müqəddəs Həllacla (ilk sufi əzabkeşi) bağlayar. Bundan çoxunu kim istər ki?
Davranışları və insani inancları adamları müqəddəslərə çevirsəydi, yer üzü olmazdı, bircə müqəddəslərlə dolu göylər qalardı.
SİMABIN DİQQƏTİ
Bir dəfə Simaba baş çəkən bir neçə şəxs onu susqun vəziyyətdə oturduğunu görürlər. Bir müddət sufinin yanında dayanandan sonra ondan səs çıxmadığını görən adamlar kor-peşman geri qayıdır və hər yerdə onun tənbəlliyindən, üstəlik, hörmətəlayiq insan olmadığından danışırlar.
Bunu СКАЧАТЬ