Название: Sufi hekayətləri
Автор: Народное творчество
Издательство: Altun Kitab
Серия: Hikmət
isbn: 9789952242805
isbn:
– Dülgər.
– Adı nədir?
– Əhməd.
– Necə bilirsən, o, çoxdan yemək yeyib?
– Yox, bir az əvvəl, özü də şirniyyat.
Sultan həmin adamı çağırtdırır və məlum olur ki, müdrikin söylədiklərinin hamısı düz imiş.
– Görürsən, – sultan sevincək dillənir, – öz gücünü gizlədirsən. Amma boynuna al ki, bu dəfə dilini aça bildim. Olanları camaata danışsam, səni dərhal müqəddəs elan edəcəklər. Görüm onda necə kölgədə qalacaqsan.
– Sultan, – Əhməd cavab verir, – mən, həqiqətən, fikirləri oxuya bilirəm, amma bunu necə etdiyimi heç kəs bilmir. Bildiyimi əyləncəyə xərcləyənlərdən deyiləm, ona görə də sirrim açılmamış qalacaq.
– Amma axı elə indicə qabiliyyətindən istifadə elədin?
– Nədən belə düşündün?
– Yaxşı, onda suallarımı necə düzgün cavablandırdın?
– Çox sadə. Sən məni çağıranda o da çevrildi, deməli, adı Əhməddir. Meşədə onu təkcə dülgər üçün lazım olan ağaclar maraqlandırırdı, deməli, bu adam dülgərdir. Dodağına qonan arıları qovandasa düşündüm ki, şirniyyat yeyib.
BƏHAƏDDİN VƏ SƏRSƏRİ
Nəqşbəndi qardaşlığının dahi ustadı Bəhaəddin əl-Şah2 Buxaranın böyük meydanında həmfikri ilə rastlaşır. Bu, Məlamət qardaşlığından3 olan sərsəri dərviş (qələndər4) idi.
– Haradan gəlmisən? – o, sufilərin ənənəvi sualını verir.
– Bilmirəm, – dərviş səfehsayağı gülümsünür.
Bəhaəddinin bir neçə şagirdi bu hörmətsizliyə ağız büzür.
– Hara gedirsən? – Bəhaəddin əl çəkmir.
– Bilmirəm, – dərviş çığırır.
– Yaxşılıq nədir?
Onların ətrafına artıq xeyli adam yığışmışdı.
– Bilmirəm.
– Pislik nədir?
– Bilmirəm.
– Ədalət nədir?
– Mənim üçün yaxşı olan hər şey.
– Ədalətsizlik nədir?
– Mənim üçün pis olan hər şey.
Dərvişin davranışından narazı qalan kütlə onu qovur. O, inamlı addımlarla oradan uzaqlaşır. Dərvişin belə qətiyyətlə yönəldiyi istiqamətə aparan bircə yol da yox idi. Bunu hamı bilirdi.
– Səfehlər! – Bəhaəddin Nəqşbəndi dillənir. – Bu adam adi insanın rolunu oynayır. Siz onu saya salmadığınız halda, o, bilərəkdən diqqətsizlik nümayiş etdirir. Halbuki siz hər gün fərqinə varmadan belə edirsiniz.
MİNDƏ BİR
Ustad sufilərdən birinin yanına olduqca mömin, amma adət-ənənələrə sadiq adam gəlir. Məqsədi ustad dünyasını dəyişməmiş onu görmək və bu görüşdən qiymətli nəsə əxz etmək olur. Lakin çox həyəcanlı olduğundan baş verənlərin məğzinə düzgün vara bilmir. O deyir:
– Sufizm məni sərxoş edir! İşləriniz heyrətamizdir! Demə, hələ öyrənəsi o qədər şey varmış!
Sufi deyir:
– Əgər təkcə “sufizm” anlayışının özü sizi bu qədər vəcdə gətiribsə, nə yaxşı ki elə onun mində birini görə bilmisiniz.
– Bu necə olur ki? – mömin soruşur.
– Bilirsiniz, – sufi deyir, – sufizm bütünlükdə biliyin təkcə mində biridir. Yerdə qalanını isə yalnız sufi öyrənə bilər; sizin kimilərsə onun təkcə mində birini hiss etməyə qadirdir.
– Necə gözəl sözlər! Əla fikirlər! – mömin çığırır.
– Bu konsepsiya məni tar-mar etdi!
Sufi söyləyir:
– Müşahidəçinin pərəstiş obyektinə çevirdiyi hikmət mənadan xali olur. Əgər şaftalını dadmaq iqtidarında deyilsinizsə, ona həddən ziyadə pərəstişdən ehtiyatlanın. “Öyrənməyi öyrənin” deyənlər məhz bunu nəzərdə tutublar.
SİNCAB
Mövlana Bəhaəddin nişapurlu Ələddinlə çəmənlikdə gəzirmiş. Ələddin deyir:
– Niyə insanları zövq aldıqları bir çox sufi ənənəsindən məhrum edirsiniz? Bu məşğuliyyətləri bayağı saymaqda, bəlkə də, haqlısınız. Amma yoldaşlığın adamlar üçün sevinc mənbəyi olmasının qarşısını almaqla onları heç nəsiz qoyursunuz.
Bəhaəddin cavab verir:
– Bir ora bax, qanuni ləzzətlərin möhtərəm müdafiəçisi, müşahidə et. Vəziyyəti anlaya bilsən, cavabını alacaqsan.
Bir neçə oğlan tutduqları sincabın pəncələrini bağlayıb bir-birinə atırdı. Ora-bura qaçışan uşaqlar bolluca əylənirdilər. Bir neçə dəqiqədən sonra yaşca daha böyük oğlan yaxınlaşıb sincabı əllərindən aldı. Biçarənin ayaqlarını açıb azadlığa buraxdı. Dəcəllər qəzəblənib xilaskarı söyməyə başladılar.
Ələddin sonralar deyirdi:
– Bu səhnə olmasaydı, vəziyyətlər arasındakı yaxınlığı heç vaxt duya bilməzdim, üstəlik, qanuni ləzzət saydığımız şeylərin arxasında gizlənən təhlükələri dərk etməzdim. O zamandan bəri və bütün həyatım boyunca insanın arzu olunana nəyinsə itməsi hesabına çatdığını tez-tez müşahidə etdim. Bir də adamlara zövq verən şeylərin onlarda heç gözləmədikləri nöqsanlara istək yaratdığını gördüm.
LOĞMANIN AZAD EDİLMƏSİ
İsrail oğulları tayfasından bir adam Loğmanı müəyyən məbləğ pula satın aldıqdan sonra o həmin СКАЧАТЬ
2
Xacə Bəhaəddin Məhəmməd Buxari (1318–1389) – nəqşbəndilik təriqətinin yaradıcısı, islam alimi, övliya.
3
Məlamət qardaşlığı, Məlamətilik – təsəvvüf anlamı çərçivəsində əsas ideyası “yaxşını gizlətmək, pisi ifşa etmək” olan təriqət.
4
qələndər – Şərqdə dünyadan əl çəkib sərsəri həyat keçirən dərviş; dünyanın zövq və nemətlərinə inanmayaraq həqiqət axtaran filosof.