Mustafa Kamal Atatürk. Aleksandre Jevaxoff
Чтение книги онлайн.

Читать онлайн книгу Mustafa Kamal Atatürk - Aleksandre Jevaxoff страница 9

Название: Mustafa Kamal Atatürk

Автор: Aleksandre Jevaxoff

Издательство: Altun Kitab

Жанр:

Серия: Tarixi yaradanlar

isbn: 9789952244779

isbn:

СКАЧАТЬ ki, xalqı tədrici yolla mənim kimi düşünməyə vadar edə bilim. Mən nə üçün kütlənin səviyyəsinə enməliyəm? Əksinə, onu öz səviyyəmə qaldırmalıyam! Mən özümü kütləyə oxşatmalı deyiləm, kütlə özünü mənə oxşatmalıdır. Bu isə inqilabi qərarlarla mümkündür. Lakin öncə hər şeyi yaxşıca ölçüb-biçmək vacibdir, əks halda atacağım addımların faydasından çox fəsadları ola bilər».

      Mustafa Kamal yuxarıdakı sətirləri yazarkən Cümhuriyyətin qurulmasına beş il, inqilabi islahatların başlanmasına isə on il qalırdı. Lakin belə görünür ki, gələcəkdə həyata keçirmək istədiyi reformlar qəhrəmanımızın ağlında artıq hazır idi. Bircə qalırdı məqsədə nail olmaq üçün birinci və əsas şərtin reallaşması – hakimiyyətin əldə edilməsi!

      İyulun 8-də Mustafa Kamal gündəliyində Ənvər paşanın hələ də ona qarşı açıq mövqe sərgilədiyini yazmış, ardınca isə sual etmişdi: «Bəs mənim buna reaksiyam necə olmalıdır?» Görünür, həm də bu sual üzərində xeyli götür-qoy elədikdən sonra o, Karlsbadı tərk eləmək qərarına gəlmişdi. Belə ki, 1918-ci il avqustun 5-də Mustafa Kamal artıq İstanbulda idi…

      Osmanlı imperiyası məhvin astanasında

      Mustafa Kamal Osmanlı paytaxtında olduqca gərgin əhval-ruhiyyə hökm sürdüyünü gördü. Hökumət dairələrində Antanta ilə gizli sülh müqaviləsi bağlana biləcəyi barədə söz-söhbət dolaşırdı. Bunun da səbəbi aydın idi: ölkə ağır savaşlardan yorulub əldən düşmüşdü. İstər Anadoluda, istərsə də İstanbulun özündə qıtlıq hiss olunurdu. Bazarlar, dükanlar boşalmışdı, ərzaq çatışmazlığı getdikcə artırdı. Osmanlının pul vahidi dəyərini itirmişdi, daha çox markadan27 istifadə olunurdu.

      Bütün bunlar azmış kimi, yayın əvvəlindən İstanbul Antanta qüvvələrinin hava hücumuna məruz qalırdı. Bu isə şəhərin bir çox yerlərində yanğınlara gətirib çıxarırdı. İyulun son günlərində müttəfiqlərin aviasiyası şəhəri ardıcıl şəkildə bombalamağa başladı. Beləliklə, İstanbul sönmək bilməyən məşələ çevrildi…

      Paytaxta gəlişindən bir müddət sonra Mustafa Kamal Sultan Vəhdəddinlə görüşə bildi. Ümumiyyətlə, ilk üç həftədə sultan Mustafa Kamalı dörd dəfə qəbul etmişdi. Bu görüşlərdən ikisi təkbətək olmuşdu. Həmin görüşlər barədə biz yalnız Mustafa Kamalın 1926-cı ildə çap olunmuş «Xatirələr» kitabından məlumat əldə edə bilirik. Kitabdan belə aydın olur ki, Mustafa Kamal xüsusilə ordu üzərində nəzarətin gücləndirilməsinin vacibliyini qeyd eləmişdi. Çünki silahlı qüvvələrin ölkədəki ağır siyasi və iqtisadi-sosial vəziyyəti bəhanə edib növbəti dəfə siyasətə müdaxiləsindən çəkinirdi. Bu onsuz da gərgin olan durumun daha da pisləşməsinə gətirib çıxara bilərdi. Sultan isə əhalinin aclıq çəkməsindən narahatlığını dilə gətirmişdi.

      «Tamamilə haqlısınız, əlahəzrət! Lakin İstanbul əhalisini doyurmaq niyyətiniz sizi ölkənin xilası naminə ən vacib və qəti tədbirlərə əl atmaq zərurətindən azad eləmir… Nə qədər ki, dövləti, milləti və onun müttəfiqlərini qorumaq məsuliyyəti daşıyan qüvvə başqasının əlindədir, sizin təkcə adınız «padşah» olacaqdır» – Mustafa Kamal açıq şəkildə bəyan eləmişdi.

      Xilaskar və qurtarıcı ordu! – qəhrəmanımızdakı nikbinliyə heyrət etmək olar. Çünki 1918-ci ilin yayında ölkənin özü kimi onun ordusu da acınacaqlı vəziyyətdə idi. Qafqaz istisna olmaqla, qoşunlar hər yerdə düşmənin təzyiqi ilə geri çəkilirdi. Fərarilik görünməmiş dərəcədə artmışdı. «Bizim üçün yaxşı sonlanacağına heç bir ümidin qalmadığı müharibənin son bir ili ərzində biz çox utanmalı olduq» – sonralar İsmət İnönü belə yazacaqdı. Yaranmış situasiyada sultan çıxış yollarından biri kimi Mustafa Kamalın hərbi zəkasından istifadə etmək qərarına gəldi. O, 1918-ci ilin avqustunda Fələstin və Suriyada vuruşan 7-ci orduya məhz qəhrəmanımızı komandan təyin elədi. Sultanın qərarı özünü doğrultdu: Mustafa Kamal həmin cəbhədə ingilis qoşunlarına qarşı uğurlu müdafiə əməliyyatları həyata keçirdi.

      Buna baxmayaraq, mövcud vəziyyətin ağırlığından qeyzlənmiş Vəhdəddin yetərincə çıxılmaz durumda idi: əsgərlərinin böyük qismi itirilmiş, döyüş sursatı və ərzaq tükənmişdi. O, Osmanlı dövlətinin İsveçrədəki səfiri ilə danışığında Mustafa Kamalla söhbətindəki narahatlıqlarını bir az da konkretləşdirmişdi: «Mən ümumxalq inqilabından qorxuram. Bədbəxtlikdən, mövcud şərait də qiyama haqq qazandırır… Hazırda hökuməti etibar edə biləcəyim kimsə yoxdur. Xanədanım məhvin astanasındadır…» Belə görünür ki, sultan tamamilə ümidsizliyə düçar olmuşdu: o, yaxşı başa düşürdü ki, vəziyyət belə davam edərsə, xüsusilə paytaxtda nizam-intizamı, asayişi qorumaq mümkünsüzləşəcək. Nə qanunlar bunu təmin eləmək iqtidarında idi, nə də sarayın elə güclü, nüfuzlu adamları var idi ki, camaat onların sözünü dinləsin… Ölkənin dörd tərəfindən isə qanqaraldıcı xəbərlərin ardı-arası kəsilmirdi: fərarilərdən ibarət soyğunçu dəstələr hər tərəfə yayılmışdı. Polis və jandarmanın onları bu dəstələrdən qorumaq iqtidarında olduğuna inanmayan kəndlilər öz evlərini tərk eləyib ucqarlara sığınmağa başlamışdı.

      Mustafa Kamal ordunu nəzarətdə saxlamaq üçün onun rəhbərliyini dəyişməkdə xeyli israr etsə də, Vəhdəddini buna inandıra bilmədi. Görünür, başqaları da sultan kimi düşünür, ordu rəhbərliyində dəyişikliyə isti münasibət bəsləmirdi. Bunu Mustafa Kamalın hökumət üzvləri ilə görüşməməsindən anlamaq mümkündür. Onun hətta özünə yaxın saydığı siyasətçilərlə görüşü barədə də heç bir məlumat yoxdur. Bu sıraya bir müddət əvvəl Sofiyadakı səfir postundan geri çağırılan, hazırda isə «İttihad və Tərəqqi» partiyasında aparıcı mövqe tutan dostu Əli Fəthi də daxil idi.

      Bir sözlə, görünən odur ki Osmanlının gələcəyi ilə bağlı məsələlərdə Mustafa Kamal təklənmişdi. O, demək olar, hamıdan fərqli düşünürdü.

      Mudros müqaviləsi28

      1918-ci il sentyabrın 20-də Mustafa Kamalın hərbi rütbəsi artırıldı. Ona sultanın fəxri yavəri29 («Fahri Yaver Hazreti Şehriyari» – red.) ünvanı verildi. Ancaq Mustafa Kamalın bu yüksək etimaddan zövq almağa vaxtı yox idi. Belə ki, ingilislərin 7-ci ordunun mübarizə apardığı bölgədə təhdidləri getdikcə artırdı. Bu təhdidlər qarşısında türklər geri çəkilmək məcburiyyətində qaldı. Nəticədə oktyabrın 1-də indiki Suriya paytaxtı Dəməşq, iki gün sonra isə hazırda Livanın paytaxtı olan Beyrut ingilislərin əlinə keçdi. İki həftə sonra Osmanlı ordusunun mübarizə apardığı cəbhə tamamilə parçalandı, bu döyüşlərdə ümumilikdə beş min türk əsgəri şəhid oldu. Bütün bunlara baxmayaraq, 7-ci ordunun komandanı Mustafa Kamal özünəxas enerji və igidliklə türk ordusunun şərəfini qorumaqda davam edirdi. Oktyabrın 31-də fon Sanders «İldırım» ordu birləşməsinin, daha doğrusu, ondan qalan bölüyün komandanlığını Mustafa СКАЧАТЬ



<p>27</p>

Marka – Almaniyada 2002-ci ilədək istifadə edilən pul vahidi

<p>28</p>

Mudros müqaviləsi – Egey dənizindəki Lemnos adasının (hazırda Yunanıstana aiddir) Mudros limanında, «Aqamemnon» zirehli gəmisində imzalandığı üçün belə adlanır. Müqaviləni Osmanlı dövləti adından Dəniz qüvvələri naziri Hüseyn Rauf Orbay imzalamışdır.

<p>29</p>

Yavər – yuxarı rütbəli zabitlərin yanında xidməti tapşırıqları və ya qərargah işlərini yerinə yetirən kiçik rütbəli, hərbi vəzifəli şəxs