Hekayələr. Проспер Мериме
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Проспер Мериме страница 6

Название: Hekayələr

Автор: Проспер Мериме

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952241723 

isbn:

СКАЧАТЬ qabağımıza qatıb sürətlə irəliləyirdik, atıcılar isə ardımızca gəlirdilər. Birdən ruslar üç dəfə “Urra!” çəkdilər, bu səslər apaydın eşidilirdi. Sonra rusların səsləri kəsildi və onlar atəşi dayandırdılar.

      Kapitan:

      – Bu sakitlik nəsə mənim ürəyimcə deyil, – dedi. – Bundan yaxşı şey gözləmək olmaz.

      Mənə elə gəldi ki, bizimkilər bir az çox haray-həşir qoparırlar və istər-istəməz onların hay-küyünü düşmən tərəfin sakitliyilə müqayisə etdim.

      Biz tez bir zamanda gəlib istehkamın hüdudlarına çatdıq. İstehkamın ətrafına çəpər kimi düzülmüş ağaclar dağılmış, bizim atdığımız qumbaralar torpağı qazıq-qazıq eləmişdi. İndiyə kimi də hər addımda qışqıran əsgərlər bu dəfə gözlənildiyindən daha da bərk: “Yaşasın İmperator!” – deyə qışqıraraq, xarabalıqlara tərəf döyüşə atıldılar.

      Yuxarı baxdım… Gördüyüm bu səhnəni heç vaxt unutmayacağam… Qalın tüstü qatı havaya qalxmışdı və istehkamın üstündə iyirmi metr hündürlükdə asılmış talvarı xatırladırdı. Yaşılımtıl rəngə çalan tüstü-dumanın içərisində, yarıdağılmış çəpərin arxasında rusların qumbara atanları tüfəngləri əllərində yuxarı qalxmış vəziyyətdə, heykəl kimi yerlərində qalmışdılar. Sanki mən həmin əsgərləri – sol gözü ilə bizə baxan, sağ gözünü isə üstümüzə tuşladığı tüfəngin arxasında gizlədən döyüşçüləri indinin özündə yenə görürəm. Bizdən bir neçə addım aralıda, mazğalların7 birindəki döyüşçü topun yanında, uzun taxtaya sarınmış fitili əlində tutmuş vəziyyətdə yıxılıb qalmışdı.

      Bədənim ürpəşdi və son nəfəsimin çatdığını hiss etdim.

      – Hə, bax, indi əsl oyun başlayacaq! Axşamın xeyir!

      Bu, həmin adamdan eşitdiyim son sözlər oldu.

      İstehkamda təbil gurultusu qopdu. Bütün silahların aşağı salındığını öz gözlərimlə gördüm. Gözlərimi yumdum, dəhşətli gurultu, atəş, onun ardınca isə qışqırıq və fəryad səsləri eşitdim. Gözlərimi açdım, özümü sağ-salamat görəndə məni təəccüb bürüdü. İstehkam yenə tüstü-duman içində idi. Dörd bir tərəfim ölülər və yaralılarla dolmuşdu. Mənim kapitanım düz ayaqlarımın yanında yerə sərilmişdi: başını top gülləsi dağıtmışdı. Dağılmış beyni və axan qanı üst-başımı bulamışdı. Bütün bölüyümdən cəmi-cümlətanı, mənim özüm də daxil olmaqla, altı nəfər adam qalmışdı.

      Bu qırğından sonra cansıxıcı bir sükut başladı. Papağını qılıncının başına keçirən polkovnik çəpəri hamıdan qabaq keçib istehkama atıldı, onun ardınca isə sağ qalanların hamısı: “Yaşasın imperator!” – deyə qışqırdı və irəli cumdu. Daha sonra nə baş verdiyini demək olar ki, xatırlaya bilmirəm. İstehkama necə girdiyimiz yadımda deyil. Göz gözü görməyən tüstü-duman içərisində biz əlbəyaxa vuruşduq. Zərbəm kimisə bərk tutmuşdu, buna şübhə yoxdu, çünki qılıncım qanlı idi. Nəhayət, mən kiminsə “Qələbə!” – deyə qışqırdığını eşitdim və yalnız bundan sonra tüstü-dumanın yavaş-yavaş çəkildiyini, istehkamda həlak olanların qan içində yan-yana sərildiklərini gördüm. Həlak olanlar o qədər idi və onlar bir-birinin üstünə elə sıx qalaqlanmışdı ki, torpaq görünmürdü. Toplar meyit qalaqlarının altında qalmışdı. Təxminən iki yüzə qədər fransız geyimində olan əsgər pərakəndə halda orda-burda toplaşmışdı; kimisi tüfəngini doldurur, kimisi də süngüsünü silirdi. Onların arasında on bir nəfər də rus əsiri vardı.

      Polkovnik qanına qəltan olmuş vəziyyətdə istehkamın girəcəyinin lap yaxınlığında, sınıq güllə yeşiyinin üstündə qalmışdı. Bir neçə əsgər onun ətrafına toplaşmışdı, mən də yaxınlaşdım.

      – Hanı sizin keçmiş kapitanınız? – o, bir serjantdan soruşdu.

      Serjant çox mənalı tərzdə çiyinlərini çəkdi.

      – Bəs leytenant hanı?

      Serjant təmkinlə:

      – Dünən gələn müsyö buradadır, – dedi.

      Polkovnik acı-acı gülümsəyib mənə müraciət elədi:

      – Hə, müsyö, komandanlığı qəbul edin. Siz başçı təyin olunursunuz. İstehkamın ağzının müdafiəsini təcili möhkəmləndirin, yoxsa düşmən güc gələr. General K. sizə kömək göndərəcəkdir.

      Ondan soruşdum:

      – Polkovnik, siz ağır yaralanmısınız?

      O, son dəfə dedi:

      – Ölürəm, əzizim, amma eyib etməz, istehkamı ki aldıq!

      ETRÜSK VAZASI

      Bu gen dünyada Oqüst Sən-Kler hələ heç vaxt sevilməmişdi. Bunun başlıca səbəbi ondan ibarət idi ki, Sən-Kler yalnız özünün bəyəndiyi adamlara xoş gəlməyə can atırdı. Ürəyincə olanlarla dostluq edir, xoşuna gəlməyənlərdən isə bacardıqca uzaq gəzirdi. Burası da vardı ki, Sən-Kler etinasız və dalğın adam idi. Bir gecə Parisdəki “İtaliya teatrı”nda tamaşaya baxandan sonra markiza A. ondan: “Hə, madmuazel Zontaq8 necə oxudu?” – deyə soruşduqda, o gülümsəyərək tamam başqa bir şey haqda düşünmüş və “Bəli, markiza” demişdi. Sən-Klerin bu qəribə cavabını onun tərəfindən utancaqlıq kimi qələmə vermək düzgün olmazdı, çünki o, lap mötəbər cənabla, adlı-sanlı əsilzadə ilə, son dəbdə geyinmiş bir xanımla, hətta özü səviyyəsində olan başqa bir adamla da elə belə danışardı. Markiza Sən-Klerin son dərəcə təkəbbürlü və ədabaz olduğunu özlüyündə yəqin etdi.

      Bir bazar ertəsi günü madam B. onu nahara dəvət etdi. Madam onunla çox söhbət elədi və Sən-Kler vidalaşarkən bildirdi ki, heç vaxt belə füsunkar qadına rast gəlməmişdir. Madam B. adətən, bir müddət ərzində başqalarının təcrübəsindən öyrənər, sonra öz evində təşkil etdiyi ziyafətlərdə topladığı təcrübədən ağılla istifadə edərdi. Sən-Kler madam B. ilə həmin həftənin cümə axşamı günü yenidən görüşdü. Budəfəki görüşdə Sən-Kler bir az sıxıldı. Başqa bir dəfə isə madam B. ilə görüşdükdən sonra Sən-Kler onun salonunda bir daha görünməmək qərarına gəldi. Bundan sonra madam B. hər yerdə ağzına gələni deyirdi ki, Sən-Kler son dərəcə ədəbsizdir və üstəlik, danışığının yerini də bilmir.

      Sən-Kler incə və sevən qəlblə dünyaya gəlmişdi; ancaq gənclik yaşlarında – təəssüratların ömürlük yadda qaldığı bir dövrdə onun həddindən artıq çılğınlığı yoldaşları tərəfindən gülüş hədəfinə çevrilmişdi. Sən-Kler məğrur və şöhrətpərəst idi. Bununla belə o, uşaq kimi başqalarının təsiri altına СКАЧАТЬ



<p>7</p>

Mazğal – qala divarlarında, istehkamlarda atışmaq üçün qoyulmuş dəlik (red.).

<p>8</p>

Zontaq – Zontaq Henrietta (1805-1854) – alman müğənnisi, Parisdəki italyan opera səhnəsində müvəffəqiyyətlə çıxışlar edib.