Hekayələr. Герберт Уэллс
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Герберт Уэллс страница 8

Название: Hekayələr

Автор: Герберт Уэллс

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952242461 

isbn:

СКАЧАТЬ style="font-size:15px;">      Bunu deyib fikrə getdi, nə vaxtsa şahidi olduğu fokusu yadına saldı.

      – Bax budur! – o, əlini uzatdı. – Balıqla doldur! Yox, belə yox… Su dolu şəffaf akvarium ol, içində də qızılbalıqlar üzsün! Belə daha yaxşıdır. Görürsünüzmü, cənab Meydiq?

      – Heyrətamizdir, inanılmazdır! Ya da siz qeyri-adisiniz! Amma nə bilim…

      – Bu güldanı nəyə desəniz çevirə bilərəm, – Foderingey dedi. – Nəyə desəniz… Baxın: tez göyərçinə çevril!

      Dərhal göyümtül bir göyərçin pırıltı ilə otaq boyunca uçmağa başladı və hər dəfə yanından ötdükcə cənab Meydiqi aşağı əyilməyə vadar etdi.

      – Yerində don! – Foderingey əmr verməyi ilə göyərçin havada donub-qaldı. – Mən onu yenidən çiçək dolu güldana çevirə bilərəm, – deyərək göyərçini stolun üstünə qoyub bu möcüzəni də həyata keçirdi.

      – Yəqin, bir azdan qəlyan çəkmək istəyəcəksiniz, – deməklə güldanı yenidən ilkin vəziyyətinə – tütün bankasına döndərdi.

      Cənab Meydiq dinməzcə istənilən bəlağətli nitqdən qüdrətli olan sonuncu çevrilməni də izlədi. Təəccübündən böyümüş gözləri ilə Foderingeyə baxaraq ehtiyatla tütün bankasını qaldırdı, diqqətlə onu gözdən keçirib yenə də yerinə qoydu.

      – Hm… Belə! – yalnız bunu deyə bildi.

      – Düşünürəm ki, indi niyə bura gəldiyimi izah etmək asan olar… – deyərək Foderingey “Uzun əjdaha” barından başlayaraq son günlərdə baş vermiş qəribə hadisələri qatma-qarışıq halda danışmağa başladı. Gah ordan, gah burdan söz salır, arada polis işçisi Uinçin başına gələnlərdən danışır və dinləyicini daha da çaş-baş salırdı. Danışarkən cənab Meydiqin heyrətindən yaranmış məğrurluğu yoxa çıxdı və o, yenidən hamının tanıdığı adi Foderingey oldu. Cənab Meydiq isə əlində tütün bankasını sıxaraq diqqətlə qulaq asır, üzünün ifadəsi getdikcə dəyişilirdi. Foderingey üçüncü yumurta ilə bağlı möcüzəsinə çatanda keşiş titrəyən əlini qaldıraraq onun sözünü kəsdi.

      – Bu, mümkündür! – deyə ucadan bildirdi. – Ehtimal oluna bilər. Əlbəttə, heyrətamizdir, ancaq bəzi müəmmalı halları izah etməyə imkan verir. Möcüzə yaratmaq qabiliyyəti bir vergidir; dahilik və ya öngörücülük kimi xüsusi haldır. İndiyədək bu çox nadir hallarda, istisna insanlarda rast gəlinib. Amma hazırkı vəziyyətdə… Məni həmişə Məhəmməd peyğəmbərin, hind yoqlarının və xanım Blavatskayanın11 yaratdığı möcüzələr heyrətə gətirib. İndi hər şey aydın oldu. Əlbəttə, bu, xüsusi vergidir! Bütün bunlar necə də mükəmməl şəkildə dahi mütəfəkkirimizin mülahizələrini təsdiqləyir, – cənab Meydiq səsini qısdı, – əlahəzrət Arqayl hersoqunu12 nəzərdə tuturam. Burada biz adi təbiət qanunlarından daha dərin sirlərə nüfuz edirik. Belə… Davam edin… buyurun!

      Foderingey bu dəfə cənab Uinçlə bağlı xoşagəlməz hadisəni danışdı, amma az əvvəlki ehtiram dolu heyrətini və qorxusunu unutmuş keşiş tez-tez təəccüblü nidalar və hərəkətlərlə onun sözünü kəsirdi.

      – Bax elə məni də ən çox narahat edən budur, – Foderingey davam elədi, – elə məhz bu məsələ ilə bağlı sizdən məsləhət almaq istərdim. Uinç indi San-Fransiskodadır, dəqiq harasında olduğunu bilməsəm də, orada olduğuna əminəm. Nəticədə hər ikimiz – o da, mən də çətin vəziyyətə düşmüşük. Başa düşürsünüz, ona, əlbəttə ki, nə baş verdiyini anlamaq çox çətindir! Aydındır ki, o qorxub və hirsindən dəliyə dönüb; mənimlə tezliklə hesablaşmağa can atır. Əminəm ki, bütün bu vaxt ərzində o, San-Fransiskodan çıxıb bura qayıtmağa cəhd edir, mənsə yadıma düşdükcə hər iki-üç saatdan bir onu geri yollayıram. Əlbəttə, polis nə olduğunu dərk eləmir və sözsüz ki, bu onu daha da hiddətləndirir. Nəzərə alsaq ki hər dəfə geri qayıtmaq üçün bilet alır, onda nə qədər pul xərclədiyini də təxmin etmək çətin olmaz. Mən onun üçün əlimdən gələni etmişəm, amma ona da özünü mənim yerimə qoymaq və məni anlamaq asan deyil. Bir də onu fikirləşirəm ki, əgər cəhənnəm bizim təsəvvür etdiyimiz kimi bir yerdirsə, onda gərək polisi ordan çıxarıb San-Fransiskoya göndərəndə pal-paltarı yanmış olsun!.. Belə olduğu halda onu bu görkəmdə görən San-Fransisko polisi yazığı həbsxanaya basa bilər. Ona görə də tez əmr verdim ki, Uinçin əynində təzə kostyum olsun. İndi özünüz görürsünüz mən necə dolaşıb qalmışam?

      Cənab Meydiq üz-gözünü turşutdu.

      – Hə, başa düşürəm. Çox müşkül bir vəziyyətdir. Necə çıxış yolu tapa bilərdiniz?.. – o, bir neçə ala-yarımçıq, heç bir nəticəyə varmayan ifadə işlədib sonra da onu daha çox maraqlandıran mətləbə keçdi. – Gəlin bir müddətlik Uinç barəsində unudaq və daha geniş məsələni müzakirə edək. Düşünmürəm ki, sizin qabiliyyətiniz qara magiya və ya buna bənzər bir şeydir. Onu da ağlım kəsmir ki, cənab Foderingey, sizin bu bacarığınızda nəsə cinayət əməli olsun, əlbəttə, əgər bəzi mühüm faktları məndən gizlətmirsinizsə… Yox, bu, möcüzədir, özü də xalis möcüzədir! Hətta deyərdim ki, yüksək dərəcəli xariqədir!

      O, əl-qolunu ölçə-ölçə xalçanın üstündə gəzişməyə başladı. Foderingey isə qayğılı halda stolun arxasında oturub əlini yanağına dayadı.

      – Heç bilmirəm Uinçlə neyləyim, – deyə mızıldandı.

      – Sizin verginiz möcüzələr yaradır. Bu qüdrətli verginiz mütləq Uinçin məsələsini həll etməyə sizə kömək edəcək, – deyərək Meydiq əlavə etdi. – Əziz cənab, siz ki tamamilə istisna insansınız! Əlinizdə heyrətamiz imkanlar var! Elə az əvvəl etdiklərinizi götürək. Başqa məsələlərdə də… istəsəniz çox şey edə bilərsiniz.

      – Bəli, mən artıq bəzi şeylər düşünmüşəm, – Foderingey dedi. – Amma hər şey də istədiyin kimi alınmır axı! Yadınızdadırmı, bu balıq necə əmələ gəldi? Nə bu, nə də o qabdan çıxdı. Odur ki bir kimsə ilə məsləhətləşməyə ehtiyacım var…

      – Tamamilə təqdirəlayiq qərardır! – cənab Meydiq yenə onun sözünü ağzında qoydu. – Lap yaxşı düşünmüsünüz, alqışlanmalı qərardır!

      Bir anlıq susub Foderingeyə baxdı.

      – Mahiyyətcə sizin bacarığınız sərhədsizdir. Gəlin sizin gücünüzü yoxlayaq, görək doğrudanmı düşündüyümüz qədər qüdrətlidir?

      Beləliklə, bəlkə də, inanılmaz görünəcək, amma 1896-cı il 10 noyabr – bir bazar günündə kilsənin arxasına bitişik evin otağında cənab Meydiq tərəfindən ruhlandırılmış və qızışdırılmış Foderingey möcüzələr yaratmağa başladı. Oxuculardan xahiş edirik ki, tarixə diqqət yetirsinlər. Siz, əlbəttə, СКАЧАТЬ



<p>11</p>

Yelena Petrovna Blavatskaya (1831-1891) – ABŞ vətəndaşı olan rus okultisti, mediumu, həmçinin yazıçı və səyyahı

<p>12</p>

Arqayl hersoqu – Böyük Britaniya kraliçası Viktoriya Vindzorun (1819-1901) kürəkəni: qızı şahzadə Luizanın (1848-1939) həyat yoldaşı Con Kempbel (1845-1914) nəzərdə tutulur.