Hekayələr. Герберт Уэллс
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Герберт Уэллс страница 6

Название: Hekayələr

Автор: Герберт Уэллс

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952242461 

isbn:

СКАЧАТЬ saxlayan da elə özü olmalıdır. Əgər cənab Foderingey məntiqi düşüncə qabiliyyətinə malik olsaydı, sözsüz ki, “şüuraltı istək” fikri ətrafında xeyli baş sındırardı, çünki bu fikir iradə qüvvəsinin çox mürəkkəb problemlərini əhatə edir. Amma Foderingeyin belə mücərrəd fərziyyələrə meyli olmadığından bu məntiq ona qaranlıq qaldı; ona görə də onu qeyd-şərtsiz qəbul etdi. Sonra da buna söykənib – etiraf etməliyəm ki, heç bir məntiqə sığınmadan – qəlbindən keçirdiklərini təcrübədə yoxlamaq qərarına gəldi. Qəti hərəkətlə əlini şama uzadıb fikrini cəmlədi, axmaqlıq etdiyini anlasa da, əmrini verdi:

      – Qalx!

      Elə həmin anda onun olan-qalan şübhələri də yoxa çıxdı: şam qalxıb bir anlıq havada asılı qaldı, sonra onun çaşqın “Ah!” iniltisinin ardınca şappıltı ilə dolabçanın üstünə düşərək közərən fitilini nəzərə almasaq, Foderingeyi qaranlıqda qoydu.

      Bir müddət cənab Foderingey tərpənmədən qaranlıqda oturdu.

      – Deməli, belə də olub!.. – nəhayət, dodağının altında mızıldandı. – Axı nə baş verir, onu anlamıram?!

      Dərindən ah çəkib kibrit tapmaq ümidi ilə ciblərini eşələdi. Orada əlinə bir şey keçmədiyindən qalxıb dolabçanı qarışdırmağa başladı.

      – Heç olmasa, bir dənəsini tapa bilsəydim!.. – deyə düşündü.

      Pencəyinin ciblərini qurdaladı, orda da bir şey yox idi və birdən ağlına gəldi ki, bu möcüzəni kibritlə də həyata keçirmək olar. Qaranlıqda ovcunu irəli uzadıb üz-gözünü turşudaraq dilləndi:

      – Qoy əlimdə kibrit qutusu olsun!

      Ovcuna nəsə yumşaq bir əşya düşdü və onu ovcunda sıxdı – kibrit qutusu idi! Bir neçə uğursuz cəhddən sonra, nəhayət, kibrit çöpünü alışdırıb bunun hər hansı sehrli bir şey deyil, adi təhlükəsiz kibrit olduğuna arxayınlaşdı. Kibrit çöpünü atarkən dərhal ağlına gəldi ki, əmr eləsə, o da öz-özünə yana bilər. Əmr etdi və dolabçanın üzərinə qoyulmuş salfet kağızının üstündəki kibrit çöpü alışdı. Tələsik çöpü götürəndə o söndü. Xüsusi qabiliyyətinin bitib-tükənməz olduğunu anlayıb əlhavasına şamı taparaq qəndilə yerləşdirdi.

      – Tez yan görüm! – deyə əmr etdi, o anda şam alışdı, zəif işıqda az əvvəl kibritin salfet kağızına saldığı yanıq izini gördü.

      Bir müddət Foderingey gah yanıq izinə, gah da şama baxdı, sonra gözlərini qaldıranda özünün güzgüdəki əksinə tamaşa elədi. Bir neçə saniyə güzgünün vasitəsilə səssiz-səmirsiz, qəlbində öz ruhu ilə danışdı. Nəhayət, üzünü öz əksinə tutub ucadan soruşdu:

      – Hə, möcüzə ilə bağlı indi nə deyəcəksən?

      Foderingeyin bundan sonrakı düşüncələri gərgin olsa da, çox qeyri-müəyyən xarakter daşıyırdı. Anladığı qədəri ilə təkcə arzulamağı və əmr etməyi bəs edirdi ki, dərhal istəyi yerinə yetsin. Baş verənlərdən sonra riskə getmək istəmirdi və ən zərərsiz təcrübələr etməyə qərar verdi. Kağız vərəqini havada uçmağa, stəkandakı suyu çəhrayı rəngə, sonra da yaşıla boyanmağa vadar etdi. Sonra o, ilbiz yaratdı, tez də fikrindən daşınıb onu məhv etdi. Bundan başqa, özü üçün yeni diş fırçası düzəltdi. Gecəyarısı düşəndə o belə bir nəticəyə gəldi ki, görünür, onun iradə qüdrəti çox güclüdür ki, belə bir fövqəltəbii qüvvəyə malikdir. Əlbəttə, əvvəlcə buna şübhə ilə yanaşmışdı, amma indi tam əmin idi. İlk anlardakı qorxu və çaşqınlıq artıq yerini məğrurluğa vermişdi – öz fərqliliyi və müstəsna qüvvəsinin mümkün faydalarının dərki dumanlı hissiyyatını aydınlatmışdı.

      Qəflətən düşüncələrdən ayrılıb fikir verdi ki, kilsə qülləsindəki saat gecə saat biri vurur. Öz möcüzə yaratma qüvvəsinin köməyi ilə sabah idarəyə getməkdən canını qurtara biləcəyi fikri ağlına gəlmədiyinə görə yatağa girmək üçün tez paltarını soyunmağa başladı. Elə köynəyini çıxarırdı ki, ağlına parlaq fikir gəldi.

      – Qoy mən yatağımda uzanım! – deməyi ilə dərhal yataqda uzandığını gördü.

      – Həm də soyunmuş halda… – dərhal əmrində düzəliş etdi və həmin an yorğan-döşəyin soyuqluğunu duydu. Tələsik əlavə etdi:

      – Əynimdə gecə köynəyi olsun! Yox, bu deyil, yaxşı, yumşaq, ən zərif yundan olsun! Ah! – ləzzətlə içini çəkdi, – İndi isə şirin yuxuya dalmaq istəyirəm…

      Həmişəki vaxtında oyandı; səhər yeməyi zamanı çox fikirli idi: dünən baş verənlər ona parlaq yuxu kimi gəlirdi. Bunu yoxlamaq üçün bir neçə zərərsiz təcrübəni sınaqdan keçirmək niyyətinə düşdü; məsələn: səhər yeməyində üç yumurta yedi; onlardan ikisi ev sahibəsinin hazırladığı, bir az qalıb köhnəlmiş, üçüncüsü isə möcüzə yolu ilə süfrəsində peyda olmuş əla qaz yumurtası idi.

      Foderingey səylə gizləməyə çalışsa da, olduqca həyəcanlı şəkildə idarəyə tələsdi. Üçüncü yumurtanın qabıqlarını isə bir də axşam evə qayıdanda, o da ev sahibəsi naməlum qabıqlar haqqında danışdığı üçün xatırladı. İşdə isə bütün günü özündə aşkar etdiyi möcüzəvi xüsusiyyətləri ona başını aşağı salıb işləməyə imkan vermədi, amma buna görə onu danlayan da olmadı, belə ki, iş saatının bitməsinə on dəqiqə qalmış, möcüzənin köməyi ilə bütün işini yerinə yetirdi.

      Axşamayaxın heyrətini dərin sevinc hissi əvəzlədi. Düzdür, “Uzun əjdaha” barından qovulduğu anı xatırlamaq əvvəlki kimi yenə də xoşagəlməz təəssürat yaradırdı. Üstəlik, bu hadisənin çox şişirdilmiş hekayəti iş yoldaşlarının da qulağına çatmış və onların lağlağısına səbəb olmuşdu.

      Cənab Foderingey belə bir nəticəyə gəldi ki, kövrək, sına bilən əşyalara əmr edib qaldıranda ehtiyatlı olmaq lazımdır, digər əşyalarla isə istədiyi kimi davranmağa fövqəl qabiliyyəti ona imkan yaradırdı. Xüsusilə bəzi əşyalar yaradaraq öz əmlakını artırmaq qərarına gəldi. Bir cüt brilyant qol düyməsi yaratdı, amma cənab oğul Homşot şöbəyə yaxınlaşdığı üçün tez də yaratdığını yoxa çıxarmalı oldu. Oğul Homşotun brilyantı haradan əldə etdiyi ilə maraqlanacağından ehtiyatlandı. O, yaxşı anlayırdı ki, öz bacarığından ehtiyat və diqqətlə istifadə etməlidir. Hər halda, bu onun üçün velosiped sürməyi öyrənməkdən daha asan idi – baxmayaraq ki bu işin də öhdəsindən artıq gəlmişdi. Bəlkə də, “Uzun əjdaha” barında soyuq qarşılanacağına görə yox, məhz bu ideyalarını həyata keçirmək istəyi onda şam yeməyindən sonra qaz istehsalı zavodunun xəlvəti guşələrinin birinə çəkilərək sakitcə müxtəlif möcüzə yaratmağı məşq eləmək fikrini oyatdı.

      Görünür, cənab Foderingeyin təcrübələri öz orijinallığı ilə seçilmirdi; hər halda, onun qeyri-adi qabiliyyətini nəzərə almasaq, ən adi СКАЧАТЬ